İctimai nəqliyyatda absurd şənbə-bazar qadağası - Avtobuslara icazə varsa, qatarlar nədən işləməsin?

27 may, 2021 00:32

Mayın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə açıqlanan müsbət qərarlardan metronun və şəhərlərarası nəqliyyatın fəaliyyətinin bərpa olunmasını qeyd etmək olar. Amma təəssüf ki, şənbə-bazar günləri ictimai nəqliyyat yenə işləməyəcək. Bunun səbəbi barədə inandırıcı, əsaslı izahat verilməyib.

Məsələn, belə bir sual ortaya çıxır: əgər ölkədə bütün ticarət mərkəzlərinin, AVM-lərin fəaliyyətinə icazə verilirsə, istirahət günləri insanlar ora necə gedəcəklər? Bütün məkanlar işləyirsə, ictimai nəqliyyatda yoluxma təhlükəsi nə qədər əsaslıdır? Vətəndaşlar nəyə görə əlavə xərc çəkib taksilərdən istifadə etməlidir?

Təəssüf doğuran qərarlardan biri də dəmir yolu ilə sərnişindaşımaya hələ də icazənin verilməməsidir. 40-50 sərnişin tutumlu avtobuslar işləyəcəksə, hansı məntiqlə qatarlar işləməyəcək? Yeri gəlmişkən, bu sektorda əsas gəlir daşımadan formalaşdığına görə son aylar dəmir yol işçiləri maaşlarını ala bilmirlər.

Aidiyyatı qurumlar bu və ya başqa reallıqları niyə nəzərə almayıblar?

İqtisadçı Samir Əliyev hesab edir ki, həftəsonu ictimai nəqliyyatın işləməməsi qərarı səhvdir və təcili ləğv edilməlidir. Onun sözlərinə görə, bu addımın artıq təhlükəsizlik əhəmiyyəti qalmayıb, əksinə, sosial zərər yaradır. Ekspert fikrini əsaslandırmaq üçün bir neçə məqama diqqət çəkib:

- Yoluxmanın qarşısı alınmır. Taksilərə 4 nəfər oturur və avtobusdan fərqli olaraq bir-birinə daha yaxın məsafədə otururlar;

- Gediş haqqı baha başa gəlir. Taksilərdə gediş haqqı ən azı 1 manat olduğundan, vətəndaş avtobusdan (30 qəpik) 3 dəfə çox gediş haqqı ödəməli olur. Bu isə şənbə günü işləyənlər, o cümlədən vaksinləşmədə iştirak edən tibb bacıları üçün əlavə xərcdir;

- Tıxaclar yaradır. Şəhər yerlərində tıxacların qarşısının alınması yollarından biri də ictimai nəqliyyatın səmərəli işləməsidir. Bizdə isə onsuz da səmərəli işləməyən nəqliyyat həftəsonu tamam dayanır. Bu isə "1 manatlıq" taksilər hesabına tıxac yaradır. Təsəvvür edin, 40 nəfər aparan 1 avtobus əvəzinə 10 dənə minik maşını xidmət göstərir. Üstəgəl, həftəsonları şəxsi maşınlardan istifadə artır.

- Nəqliyyat qadağası kölgə iqtisadiyyatını çiçəkləndirir. Təsəvvür edin, şəhərdaxili nəqliyyatın şənbə-bazar toplamalı olduğu vəsaitdən də 3 dəfə çox məbləğ "1 manatlıq" taksilərə qismət olur. Həmin vəsait faktiki olaraq vergidən kənarda qalır. 

S.Əliyev qeyd edib ki, eyni məsələni rayonlararası nəqliyyatın işləməməsinə də şamil etmək olar. O, əlavə edib ki, böyük həcmdə vəsait sərnişinləri rayonlara daşıyan minik avtomobilləri tərəfindən mənimsənilir.

azpolitika.info

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR