Dəyirmanlar ehtiyat toplayır, yoxsa yerli istehsal azalır? - Amma İkram Ziyadov kimilər pis qazanmır

28 may, 2021 18:54

Azərbaycan bu ilin ilk 4 ayında buğda idxalını 30 fazi artırıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, ölkəyə 92,9 milyon dollarlıq 365,3 min ton buğda idxal olunub.  Halbuki ötən ilin eyni dövründə 60,8 milyon dollarlıq 279,7 min ton buğda idxal edilib. Dünya bazarında ərzaq buğdasının qiyməti də artıb. Bahalaşma ötən ildən başlayıb və bu ilin ilk aylarınadək davam edib. Bununla belə, daxili bazarda qiymətlər sabit qalıb. Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 3 il vergidən azad edilib. Ekspertlər hesab edir ki, bu da qiymətlərin sabit qalması üçün yetərli olub.

Azsiyasət.com xəbər verir ki, virtualaz.org buğda idxalının artması səbəbləri və taxıl istehsalı ilə bağlı hazırki vəziyyəti öyrənib. Məlum olub ki, pandemiyanın pik nöqtəsində bəzi fermerlər az da olsa zərərlə qarşılaşıblar, lakin bu, istehsala təsir göstərməyib.

Fermerlər bildiriblər ki, yaxın bir neçə günə ölkədə taxıl biçini mövsümü başlayır. Bu il isə hava şəraiti biçin üçün hələlik əlverişlidir, üstəlik, bir çox bölgələrdə suvarma problemi həllini tapıb.

İdxalın artım səbəbləri...

 Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, Azərbaycanın buğda idxalı orta hesabla 350-400 min ton təşkil edir. Yəni mövsümdən asılı olaraq buğda idxalı dəyişir.

“Dəyirmanlar idxal bazarından qiymətlər əlverişli olduğu dövrlərdə məhsul idxalını artırırlar, yəni ehtiyat yığırlar. Ehtiyat azaldıqca yenidən idxalı artırırlar. Bunu bilmək üçün son 10 ilin statistikasına baxa bilərlər. İdxalın yerli istehsalın artıb-azalmasından asılılığı demək olar ki çox azdır”,-Fikrətzadə əlavə edib.

Buğda ilə təminatın təxminən 40 faizi idxal hesabına ödənilir.

Mərkəz direktoru deyib ki, Azərbaycanın özünün buğda ilə təminat göstəricisi təxminən 60 faizdir: “Ölkənin buğdaya olan təlabatının təxminən 40 faizi  idxal hesabına ödənilir. Məhsuldarlıq artır,  amma nəzərə alaq ki, eyni zamanda, əhalinin say göstəriciləri də artır. Digər tərəfdən, intensiv fermalar, təsərrüfatlar da inkişaf edir, məsələn, quşçuluqda yem təlabatı da artır.Hesablamalara görə, orta müddətli dövr üçün Azərbaycanda buğda idxalının həcmi 1.3-1.4 milyon ton səviyyəsində qərarlaşıb”.

Firdovsi Fikrətzadənin sözlərinə görə, ötən il quraqlıq olan zonalarda müəyyən problemlər yaşanıb. Amma builki mövsümdə taxıl istehsalında  gözləntilər yüksəkdir. Çünki bir sıra zonalarda yağıntı normal olub.

Azərbaycan əsasən Rusiyadan buğda alır

Hazırda dünyanın bir nömrəli buğda ixracatçısı Rusiyadır. Azərbaycan da ərzaqlıq buğdanı Rusiyadan alır. Buğdanın qiyməti isə  dünya bazarının təsiri altında formalaşır: “Ötən il bir çox məhsulların, eləcə də buğdanın qiymətində artım oldu. Artım bu ilin əvvəllərində də davam edirdi. Amma proqnozlara görə, bu il buğda istehsalı sabit olacaq və buna görə də qiymətlər sabit qalacaq”.

 Mərkəz direktoru qeyd edib ki, işğaldan azad olunmuş rayonlarda  təxminən 350 min hektardan çox ərazi əkin sahələr kimi yararlı olub.

“Bu ərazilərdə 100 min hektardan çox taxıl əkini gözlənilir...”

“ Bəzi bölgələrdə  tarixən taxıl əkini olub. Azad olunmuş zonalarda təmizlənmə və tədricən məskunlaşma gedəcək, təxminən 100 min hektarda əlavə taxıl əkiləcəyi gözlənilir”,-mərkəz direktoru deyib.

Fikrətzadə xatırladıb ki, kiçik və orta sahibkarlara dəstək məqsədilə 20 hektara qədər sahəsi olan fermerlərə hər hektara  görə 200 manat subsidiya verilir. 20 hektardan yuxarı sahəsi olan, yeni iri fermer təsərrüfatlarına hər hektara görə 160 manat ödənilir. Fermerlərin kombaynla təmin olunurlar və artıq texnika ilə bağlı problem qalmayıb.

Toxumçuluqla məşğul olanlar yaxşı qazanır.

Bərdəli fermer İkram Ziyadov bu il 440 hektar sahədə taxıl əkib. Əsasən toxumçuluqla məşğul olan fermer bildirib ki, Qarabağ bölgəsində suvarma problemi yoxdur, hava şəraitinə görə sahələrdə xəstəlik olmayıb. Hazırda tək istəyi biçin dövründə yağışın yağmamasıdır. Hava yağışlı olmasa məhsuldarlıqla bağlı gözləntilər özünü doğrultacaq. Fermer 3 sort Rusiyadan gətirib, yerli sortlardan da əkib, keyfiyyətindən razıdır.

İ.Ziyadov deyib ki, toxumçuluqla məşğul olan fermerlərin qazancı digərlərindən bir qədər artıq olur. Bundan əlavə, fermerlərə toxum 50 faiz güzəştlə verilir, subsidiya alırlar.

“Sahəyə çəkilən xərclər mövsümə görə dəyişir. Bu il toxumun, zülal maddələrin qiymətində az da olsa artım baş verdi.  Üstəlik, sahədə işləyənlərin əməkhaqqlarını da artırdıq. Bir hektar sahəyə təxminən min manat xərclənib. Amma toxumçuluqla məşğul olmayan fermerlərin qazancı mövsümə görə 500-1000 manat arası olur”,-fermer belə deyib.

 Panemiyada dərmanlanmış toxum anbarda qaldı

 İ.Ziyadov deyib ki, pandemiyada  satışda problemlə qarşılaşıb, dərmanlanmış toxumlar anbarda qalıb. Amma yenə də satış baş tutub. Ötən il yüksək keyfiyyətli toxumun kiloqramını 65-75 qəpiyə satıblar.  Bu il də qiymətləri bazar tənzimləyəcək, vəziyyətə uyğun olaraq qiymətya arta, ya da sabit qala bilər.

Ağdaşlı fermer isə deyib ki, ötən il buğda istehsalı arpadan yaxşı olub. Arpa satışında xərci borcunu güclə ödəyib, buğdada da isə ziyana düşməyib. Buna görə də bu il buğdaya üstünlük verib. Hava yağıntılı olmasa məhsuldarlıq yüksək olacaq.

Virtualaz.org

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR