"İçənlərin" çoxu Gəncə-Qazax bölgəsində cəmləşib, Lənkəranda isə... - Əhali hər iki manatdan birini ərzağa xərcləyir

31 may, 2021 17:38

Dövlət Statistika Komitəsi Azərbaycanın bölgələrində əhalinin istehlak xərclərinin strukturunu araşdırıb. 2020-ci ili əhatə edən araşdırmaya  görə, Azərbaycanda iqtisadi rayonlardan asılı olaraq, aylıq adambaşına istehlak xərcləri 279-324 manat arasında dəyişir.

Əhalinin istehlak xərclərinin strukturuna baxanda görünür ki, Azərbaycanda əhali, əsasən, ərzağa pul xərcləyir. İqtisadi rayonlar üzrə göstəricilərdən aydın olur ki, ərzağın ümumi istehlak xərclərində ən az yer tutduğu bölgələrdə də bu göstərici 41 faizdir.

Dünya təcrübəsində rifahın əsas göstəricilərindən biri ailələrin aylıq gəlirlərinin ərzaq, geyim, əyləncə kimi sahələrə necə bölünməsidir. Aylıq gəlirin ərzağa xərclənən hissəsi bu hesablamanın əsas indikatoru sayılır, çünki hesablamalar göstərir ki, əhalinin rifah səviyyəsi aşağı düşdükcə ərzaq məhsullarının ümumi istehlak xərclərindəki xüsusi çəkisi artır. Məsələn, Avropa Birliyi ölkələri arasında ərzaq xərclərinin toplam xərclərdəki payı 9-26 faiz arasında dəyişir. İnkişaf etmiş ölkələrin çoxunda bu göstərici 10 faiz civarındadır. Azərbaycanda isə istehlak məqsədi ilə xərclənən hər iki manatdan təxminən biri məhz ərzağa sərf edilib.

Ərzaq məhsullarının toplam istehlak xərclərində ən çox yer tutduğu iqtisadi rayon isə Lənkəran iqtisadi rayonudur (buraya Astara, Lerik, Yardımlı, Masallı və Lənkəran inzibati rayonları daxildir). Ötən il bölgədə ev təsərrüfatlarının istehlak məqsədi ilə xərclədiyi hər 100 manatdan 47-si ərzaq məhsullarına sərf olunub. İqtisadi rayonlar arasında ərzağa ən az pul xərclənən bölgə isə Dağlıq Şirvan iqtisadi rayonudur. Ağsu, İsmayıllı, Qobustan və Şirvan rayonlarını əhatə edən həmin iqtisadi rayonda ərzaqla bağlı xərclər ümumi istehlak xərclərinin cəmi 41 faizinə bərabər olub.

Ərzaq məhsullarına xərcləmələrə görə lider olan Lənkəran iqtisadi rayonu digər bir xərc istiqaməti – alkoqollu içkilərə xərclənən vəsaitin həcminə görə iqtisadi rayonlar arasında sonuncudur. Burada bütün istehlak xərclərinin cəmi 0.3 faizi alkoqollu içkilərə sərf edilib. Rəsmi rəqəmlərə görə, ölkədə alkoqollu içkilərə ən çox pul sərf edilən region Gəncə-Qazax iqtisadi rayonudur. Burada alkoqollu içkilərə sərf edilən vəsaitin toplam istehlak xərclərindəki payı Lənkəran iqtisadi rayonuyla müqayisədə iki dəfədən də çoxdur – 0.7 faizdir.

Tütün məmulatlarına gəlincə, iqtisadi rayonlar arasında "lider" Dağlıq Şirvan iqtisadi rayonudur. Burada ev təsərrüfatlarının istehlak xərclərinin 2.3 faizi məhz tütün məmulatlarına sərf olunur. Maraqlıdır ki, digər xərc istiqamətləri üzrə iqtisadi rayonlar arasında bir o qədər fərq olmasa da, Dağlıq Şirvan iqtisadi rayonunda tütün məmulatlarına sərf edilən vəsaitin miqdarı digər iqtisadi rayonların ortalamasından təxminən iki dəfə çoxdur. Tütün istehlakı baxımından ən sağlam həyat tərzi Naxçıvan Muxtar Respublikasındadır. Burada tütün məmulatlarınının istehlakı ev təsərrüfatlarındakı istehlakın cəmi 0.6 faizi qədərdir.

İqtisadi rayonlarda mehmanxana, kafe və restoran xidmətlərinə sərf edilən vəsait arasında da fərqlər gözə çarpır. Bu tip xidmətlərə ən çox vəsait sərf edilən region Quba-Xaçmaz iqtisadi rayonudur. Burada ev təsərrüfatlarının hər 100 manatlıq istehlak xərclərinin təxminən 12 manatı bu istiqamətə xərclənir. Amma, məsələn, Lənkəran iqtisadi rayonunda bu göstərici cəmi 5.4 manatdır.

Su, işıq, qaz və digər yanacaq növlərinə sərf edilən vəsaitin ümumi istehlak xərclərindəki payına görə lider bölgə Şəki-Zaqatala iqtisadi rayonudur. Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Şəki rayonlarını əhatə edən iqtisadi rayonda əhalinin istehlak xərclərinin 11 faizini kommunal xidmətlər tutur. Su, işıq, qaz və digər yanacaq növlərinə sərf edilən vəsaitin ümumi istehlak xərclərindəki payının ən aşağı olduğu bölgə isə Naxçıvan Muxtar Respublikasıdır. Bu tip xərclər muxtar respublikada ev təsərrüfatı xərclərinin cəmi 5.4 faizidir. (“Azadlıq” radiosunun xülasəsi)

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR