İrəvan Sülh Fondundan 10 milyonu ala bilmir

04 iyul, 2025 11:26

Macarıstanın Bakı şərti qəbul olun(ma)sa...

Macarıstan Ermənistan üçün Avropa Sülh Fondundan əlavə vəsaitin ayrılmasını bloklayır. Bu barədə İrəvanda keçirilən mətbuat konfransında Ermənistan üçün Avropa Sülh Fondundan əlavə vəsait ayrılmasına veto qoyulması ilə bağlı xəbərlərin həqiqət olub-olmadığı sualını cavablandıran Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası prezidentinin müavini Kaya Kallas bildirib.

Qeyd edib ki, Avropa İttifaqı 27 suveren dövlətdən ibarətdir, hər bir ölkənin öz mövqeyi var və qərarlar konsensus əsasında qəbul olunur.

“Məsələnin həllini tapmağa çalışırıq. Bəli, hələlik qərar yoxdur, amma həll yolu axtarırıq”, - deyə K.Kallas bildirib. Kaya Kallasın təşəbbüsü ilə təklif olunan yardım Avropa Sülh Fondu vasitəsilə Ermənistana qeyri-döyüş müdafiə imkanlarının gücləndirilməsinə yönəlib. Yada salaq ki, Ermənistan Aİ-dən 10 milyon avroluq ilk hərbi yardımı alıb. Həmin vəsait növbəti iki il yarım ərzində bir batalyonluq hərbi hissə üçün səhra hospitalının və yardımçı obyektlərin quraşdırılmasına xərclənməlidir.

Macarıstan həmin vəsaitin ayrılmasını aylarla bloklayıb,  Azərbaycanın da proqrama daxil edilməsini tələb edir və bunu vəziyyətdən çıxış yolu adlandırır. Qeyd edir ki, Azərbaycanın əraziləri otuz ilə yaxın işğal altında olub. Çox sayda Azərbaycan yaşayış məntəqəsi erməni işğalçıları tərəfindən talan edilib. Ermənistanda isə belə hallar olmayıb. Ermənistan ərazilərinin minalardan təmizlənməsinə böyük vəsait xərclənməsinə ehtiyac yoxdur, Azərbaycan isə buna məcburdur. Ermənistanın Azərbaycana qarşı cinayətlərinin siyahısını davam etdirmək olar. Amma bunların heç birinə görə Ermənistan böyük dövlətlər tərəfindən qınanmayıb. Əksinə, indi ona yardım, o cümlədən hərbi yardım göstərmək istəyirlər. Macarıstan isə ədalətli davranaraq buna qarşı çıxır. Kallas son açıqlamasında “məsələnin həllinə çalışırıq” desə də, Macarıstanın Azərbaycanla bağlı haqlı tələbi barədə heç nə deməyib.

Avropa Sülh Fondu Aİ büdcəsi hesabına maliyyələşdirilir. Fond 2021-ci ildə yaradılıb və 2027-ci ilədək fəaliyyət göstərməsi nəzərdə tutulub. Onun hazırkı büdcəsi 17 milyard avrodur. Niyə Bakıya yardım verilmir ki, Macarıstan bloku götürsün?

Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqı indiyə qədər də müxtəlif layihələr və proqramlar adı altında Ermənistana maliyyə yardımları edib. Ermənistana milyonlarla avro  maliyyə vəsaiti ayrılsa da, ölkədə hökumət tərəfindən sosial və humanitar məsələlərlə bağlı hər hansı bir real layihənin həyata keçirilməsi müşahidə edilməyib: “Ən azından əhalinin sosial durumunun ağır olması da bunu təsdiqləyir. Bütün bunlar məsələdə siyasi maraqların olmasını göstərir.

Layihənin adından da göründüyü kimi, Avropa İttifaqı Şurası Avropa Sülh Fondu çərçivəsində Ermənistanın “müdafiə qabiliyyətinin artırılması” adı altında əslində Ermənistan ordusunun gücləndirilməsi, təminatı üçün 10 milyon avro yardım göstərilməsinə qərar verib. Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi hələ də imzalanmayıb və Ermənistanda revanş əhvalı hələ də qalır. Belə olduğu halda, Ermənistan ordusu üçün 10 milyon avro yardım ayrılması qətiyyən düzgün deyil və sülhə xidmət etmir. Dost Macarıstan dövləti də haqlı olaraq və bu məntiqdən çıxış edərək Avropa Sülh Fondunun ayırdığı həmin 10 milyon avronun Ermənistana verilməsinə mane olur. Macarıstan dəfələrlə haqlı olaraq bəyan edib ki, Avropa Sülh Fondunun bu qərarı Ermənistanda revanşizm meyllərinin güclənməsinə, bu ölkənin yenidən təcavüzkar siyasət həyata keçirməsinə təkan verə bilər. Azərbaycan da Aİ-nin bu addımını heç bir halda ədalətli yanaşma kimi qiymətləndirmir və dövlət rəsmiləri də bu barədə öz mövqelərini ifadə ediblər".

Deputat hesab edir ki, Avropa Sülh Fondu bölgədə sülhə dəstək vermək istəyirsə, sülhə qarşı olan, sülh müqaviləsi imzalamaqdan yayınan Ermənistana deyil, sülhün tərəfdarı olan Azərbaycana maliyyə ayırmalıdır: “Avropa Sülh Fondu ona görə Azərbaycana deyil, Ermənistana yardım ayırır ki, Ermənistan güclənsin. Öz aləmlərində düşünürlər ki, bu cür yollarla Ermənistan ordusunu gücləndirib.  Azərbaycan Ordusu səviyyəsinə qaldıra bilərlər. Ancaq yanılırlar. Azərbaycan Ordusu Avropa Sülh Fondunun yardımı olmadan gəlib indiki güclü səviyyəyə çatıb və inkişaf etməkdə davam edir. Azərbaycan öz ordusunun təminatını öz imkanları ilə həyata keçirir. Azərbaycana yardım ayırmamaqla bizim ordunun güclənməsinin qarşısını almaq mümkün deyil”. 

A.Hüseynov qeyd etdi ki, Avropa Birliyi qərar qəbul edəndə konsensus əsasında qəbul edir. Yəni orada tam razılıq olmadan qərarların qəbul olunması məsələsi mümkün olmur: "Ona görə də Macarıstan əgər Ermənistanla bağlı məsələdə AB-nin istəyinə “hə” deməsə, bu yardımın birbaşa AB adından edilməsi mümkün deyil. Avropa Birliyi Macarıstanın şərtini qəbul etməlidir".

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli isə bildirdi ki, Avropa İttifaqının ikili siyasəti yeni deyil. Yarandığı vaxtdan dövlətlərə münasibətdə “özününkülər” və “özgəninkilər” bölgüsü  həyata keçirirlər: “Bu da ona gətirib çıxarıb ki, Avropa İttifaqı digərlərinə münasibətdə ədalət prinsipini qoruyub saxlaya bilməyib və üstəlik, xristian birliyinə cevrilib. İqtisadi və sosial baxımdan Türkiyədən çox zəif olan ölkələr Avropa Birliyinə qəbul edilsələr də,  Türkiyəyə hələ də ögey münasibət davam etməkdədir. Azərbaycan və Ermənistana münasibətdə də hər zaman işğalçı ölkənin yanında olublar. Torpaqlarımızı işğal edən  Ermənistana qarşı nəinki basqı göstərilməyib, üstəlik, ona hər zaman maddi və mənəvi köməklik edilib. Bundan da ruhlanan Ermənistan ərazilərimizi 30 ildən artıq işğal altında saxlayıb. Avropa İttifaqı sanki müsəlman ölkələrinə ədalətsiz mövqe tutmağı özünün bir prinsipinə çevirib. Onlar istəmirlər ki, Azərbaycan müstəqil ölkə kimi inkişaf etsin. Ona görə də heç bir halda olkəmizə maliyyə yardımları etmirlər. Faktlara nəzər salsaq gorərik ki, Ermənistan və Gürcüstana hər il təhsilə ayırdıqları vəsait Azərbaycana nəzərdə tutduqları vəsaitdən 5-10 dəfə çox olur. Bu proqramı  da Avropa Birliyi maliyyələşdirir".

M.Rəhimlinin sözlərinə görə, bütün bunlari nəzərə alsaq deyə bilərik ki, Avropa İttifaqı Azərbaycana vəsait ayrılmasın deyə birtərəfli və haqsız prinsipini dəyişməyəcək: “Avropa Sülh Fondundan Ermənistana düşən vəsaiti başqa adlar altında bu ölkəyə verəcəklər”.

08 dekabr

12:05 - Azərbaycanlı milyarderin işində gizli şahid ortaya çıxdı12:02 - İlham Əliyev iranlı naziri qəbul etdi 12:00 - Rusiya ordusu sürətlə irəliləyir... - "Telegraph"

02 dekabr

13:17 - Zelenski istefa verir? 13:12 - Quru sərhədlərin açılması məsələsi gündəmə gəldi13:10 - Rusiya Pokrovsk və Vovçanska nəzarəti ələ keçirdi

01 dekabr

11:48 - Regionda ən bahalı mobil telefon tarifləri Azərbaycandadır - "Numbeo" 11:46 - Azərbaycanla həmsərhəd ərazidə ŞƏT-in təlimləri başlayır11:43 - Əli Kərimli hansı maddə ilə ittiham edilir?

27 noyabr

14:23 - İlham Əliyev mineral daş yunu zavodunun açılışında...14:20 - "Rusiyanın raket gücü Qərbi Ukrayna üzrə sülhə razı saldı" - "The New York Times" 14:18 - "ABŞ-nin sülh planının əsas məqamları razılaşdırılıb, top Ukrayna tərəfdədir" - Lukaşenko14:15 - Deputatın oğlu bu dəfə 31 milyonluq tender qazandı

24 noyabr

10:21 - Putin Trampın "Sülh Planı"na münasibət bidirdi10:19 - İran Azərbaycanın tankerini saxlayıb? 10:18 - Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN

21 noyabr

13:32 - "Veysəloğlu Distribusiya"nın rəhbər heyəti Böyük Britaniyada qabaqcıl logistika təcrübəsi ilə tanış olub - FOTOLAR09:55 - Dövlət Agentliyinin sədri öz bacısından Agentlik üçün ofis icarəyə götürür09:48 - Bu il ət və ət məhsulları nə qədər bahalaşıb? - Tam siyahı09:46 - "ABŞ-nin Azərbaycanla tərəfdaşlığı ölkənin regiondakı strateji rolundan qaynaqlanır" - "Forbes" nəşri09:44 - Rusiya Kupyanskı şəhərini ələ keçirdi

19 noyabr

13:33 - Maduro ABŞ-a istefasını təklif edib - - "New York Times" 13:31 - Komitə sədri vergilərin artırılmasından danışdı13:29 - Paşinyanın silahdaşı Türkiyə ilə sərhədin tezliklə açılacağının anonsunu verdi

18 noyabr

22:12 - "Qızıl sandıq" lotereyası başladı - İndi ƏDV geri-al çekləri sizə daha çox qazandıracaq16:13 - "ABŞ Paşinyanı belə sülh sazişi hazırlamağa təşviq edə bilər" - Riç Outzen16:12 - "Qonşularla münasibətlərin genişləndirilməsi..." - Abbas Arakçı16:03 - Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyası ISO/IEC 17025 akkreditasiyasını əldə etdi - Keyfiyyət və etibarlılıqda yeni mərhələ

17 noyabr

12:15 - Rusiyanın bu silahı NATO-da təşviş yaratdı11:36 - Dövlət katibinin müavini Zəngəzur dəhlizi üçün Azərbaycana da gələcək