"Qonşularla münasibətlərin genişləndirilməsi..." - Abbas Arakçı
18 noyabr, 2025 16:12
Rəsmi Tehran üçün regional əməkdaşlıq və qonşularla münasibətlərin genişləndirilməsi əsas prioritetdir.
Bunu İran xarici işlər naziri Abbas Arakçı deyib.
“İran prezidentinin Rusiya və Azərbaycana səfərləri uğurlu olub və yaxın müddətdə Türkmənistan və Qazaxıstan səfərləri ilə qonşuluq siyasətinin daha da gücləndirilməsi planlaşdırılır. Xəzəryanı dövlətlərin uzun illərdir ortaq maraqlar və təhlükəsizlik çağırışları əsasında əməkdaşlığının dərinləşməsi təqdirəlayiqdir”, - Arakçı əlavə edib.











