Hüquqşünas deputatlardan gileyləndi - "Qanunlara dəyişikliyi yadda saxlamaq çox çətindir"

"Milli Məclisin fəaliyyətinə mən hörmətlə yanaşıram, orada da kifayət qədər həm praktik, həm də nəzəri baxımdan təcrübəli hüquqşünaslarımız çoxdur. Amma istəyirəm ki, qanunvericilikdə olan dəyişikliklər yüz ölçülüb-bir biçilməklə edilsin".
Bu sözləri hüquqşünas Şəmsəddin Əliyev deyib.
Xatırladaq ki, parlamentin son iclasında deputat Bəhruz Məhərrəmov faktiki yaşayış ünvanının şəxsiyyət vəsiqəsində qeyd olunması təklifi ilə çıxış edib. Marqarita pizza
"Polisə Dəstək" İctimai Birliyinin sədri, hüquqşünas Şəmsəddin Əliyev bu məsələyə münasibət bildirib:
"Bu, təkcə vətəndaşlar üçün yox, həm də ərazidə xidmət edən polis orqanları üçün də çətinlik yaradacaq. Çünki cinayətkarlıqla mübarizə sahəsində geniş bir dəhliz açılır. Əvvəllər ərazi üzrə polis orqanlarında qeydiyyatını aparılırdı ki, şübhəli şəxsin axtarılması zamanı onun barmaq izlərini götürüb təyin etmək mümkün olsun. Digər prosessual tədbirlərin həyata keçirilməsi üçün də münbit şərait var idi. Amma indi o şərait artıq ortadan götürülüb. Paytaxta köç axın var. Bunun qarşısını almaq lazımdır. İndi ucqar regionlar demək olar ki, boşalıb. Məsələn, tikinti meydanalarında işləyənlərin əksəri regionlarda qeydiyyatda olanlardır, amma hamısı faktiki Bakıda yaşayır. Onlar 40 gündə qeydiyyata düşməlidir, lakin Bakıda çalışdığı müddətdə qeydiyyata düşmürlər. Yük yenə polisin üzərinə düşür. Polis ev-ev düşüb pasport yoxlamalı olacaq, buna zərurət yaranacaq. Əvvəllər BMT-nin Bakıda nümayəndəliyi var idi. Bu nümayəndəlik ölkəyə gələn xarici miqrantların qeydiyyatını özü aparırdı və onları himayəsinə götürürdü. 6 ay müddətinə. Dövlət Miqrasiya Xidməti və polis orqanları ilə razılığa gələrək. Yəni vətəndaşlığ olmayan şəxsin Azərbaycanda yaşamasına icazə verilirdi və onun hərəkətləri nəzarətdə olurdu. İndi vətəndaşın yaşadığı yer göstərilmir, amma yenidən buna qayıtmaq fikri var".
Ş.Əliyev əlavə edib: "Milli Məclisin fəaliyyətinə mən hörmətlə yanaşıram, orada da kifayət qədər həm praktik, həm də nəzəri baxımdan təcrübəli hüquqşünaslarımız çoxdur. Amma istəyirəm ki, qanunvericilikdə olan dəyişikliklər yüz ölçülüb-bir biçilməklə edilsin. Onların qaçaraq səsverməyə çıxarılması və qəbul olunması arzuolunan hal deyil. 2000-ci ildən bəri qanunvericilikdə həddindən artıq dəyişikliklər olub. 20-dən çox dəyişikliyi mənimsəyib yadda saxlamaqda çox çətindir".