"Veysəloğlu" və Hollandiya Sahibkarlığın İnkişafı Bankı (FMO) tərəfdaşlığı genişləndirir
Veysəloğlu Şirkətlər Qrupunun nümayəndə heyəti Hollandiyanın Haaqa şəhərində səfərdə olub. Səfər çərçivəsində Hollandiya Sahibkarlığın İnkişafı Bankı (FMO) ilə işgüzar mövzular müzakirə edilib.
Tədbirdə “Veysəloğlu”nu Qrup Baş Maliyyə İnzibatçısı / Qrup CEO-nun Maliyyə və İnzibati İdarəetmə üzrə müavini Könül Kərimova və Qrup Maliyyə Nəzarəti və Xəzinədarlıq Direktoru Fərahim Hacıyev təmsil edib. Bankın İdarə Heyətinin üzvü və Baş İnvestisiya İnzibatçısı Huib-Jan de Ruijter, Aqrobiznes, Qida və Meşəçilik sektorunun rəhbəri Tugce Kockaya-Beker, həmin sektorun əməkdaşları — Felix Potishman, Tatyana Kharlamova və Gulsah Imre, eləcə də Bankın digər komandaları ilə keçirilən müzakirələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı tərəflər gələcək əməkdaşlıq perspektivlərini dəyərləndirib, yeni layihələr və birgə təşəbbüslər üçün mümkün istiqamətlər dəyərləndirilib.
Qeyd edək ki, 2024-cü ildə Veysəloğlu Şirkətlər Qrupu ilə əməkdaşlıq çərçivəsində Hollandiya Sahibkarlığın İnkişafı Bankı ölkəmizdə aqrobiznes sektoruna ilk dəfə investisiya ayırıb və nəticədə Azərbaycana 39,1 milyon AZN həcmində xarici kapital cəlb olunub. Bu investisiya anbar infrastrukturunun genişləndirilməsi, supermarket şəbəkəsinin inkişafı və fermer təsərrüfatlarına dəstək verilməsi istiqamətlərinə yönləndirilib.
Veysəloğlu Şirkətlər Qrupu Hollandiya Sahibkarlığın İnkişafı Bankı ilə tərəfdaşlığın davamlı inkişafına və gələcəkdə yeni birgə layihələrin reallaşdırılmasına böyük önəm verir.













