Dinc ölkələr hesabatı - YAP-çı deputat Azərbaycanın 121-ci olmasına etiraz edir

23 iyun, 2021 10:27

2021-ci ilin Qlobal Sülh İndeksi açıqlanıb. Beynəlxalq təşkilat-İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı, daxili və xarici təhdidlər meyarlarına əsaslanan reytinqdə İslandiya, Yeni Zelandiya, Danimarka, Portuqaliya, Sloveniya, Avstriya, İsveçrə, İrlandiya, Çexiya, Kanada ən dinc 10 ölkə kimi göstərilir. Azərbaycan 163 ölkə arasında 121-ci yerdə qərar tutub.

Estoniya 30-cu, Latviya 35-ci, Litva 37-ci, Moldova 56-cı, Qazaxıstan 67-ci, Qırğızıstan 76-cı, Gürcüstan 89-cu, Özbəkistan 90-cı, Ermənistan 94-cü, Tacikistan 97-ci, Türkmənistan 109-cu, Belarus 117-ci, İran 141-ci, Ukrayna 142-ci, Türkiyə 149-cu, Rusiya 154-cüdür.

Siyahını Əfqanıstan qapayır.

Azərbaycan siyasi təbəddülatların, küçə nümayişlərinin, siyasi qarşıdurmaların yaşanmadığı ölkədir. Həm də artıq bir neçə ildir belədir. Qonşu Gürcüstan və Ermənistanda isə vəziyyət Azərbaycandan tam fərqlidir. Ölkədə stabil hökumətlər yoxdur, siyasi gərginliklər yaşanır. Amma biz siyahıda onlardan sonrakı yerləri tuturuq. Ona görə də bu cür hesabatların necə hazırlandığı sualı gündəmə gəlir. “Daxili və xarici təhdidlər meyarları”na görə Azərbaycan niyə bu cür riskli ölkə hesab olunsun? Beynəlxalq hesabatlarda niyə bizə münasibət bəzi hallarda qərəzlidir?

Hikmət Babaoğlu: “Çoxsaylı beynəlxalq təşkilatlar var ki, onlar ayrı-ayrı dövlətlər üzərində təzyiq aparatı funksiyasını yerinə yetirirlər”

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Beynəlxalq  İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı, daxili və xarici təhdidlər meyarlarına əsaslanan reytinqdə Azərbaycanın  163 ölkə arasında 121-ci yerdə qərarlaşdırılması tamamilə bu təşkilatın subyektiv mövqeyi ilə əlaqədardır və əsla reallığı əks etdirmir: “Çoxsaylı beynəlxalq təşkilatlar var ki, onlar ilk baxışda müxtəlif sahələr üzrə ixtisaslaşmış, universal dəyərləri mənimsəmiş təşkilatlar kimi görünsələr də, əslində qlobal imperializmin ayrı-ayrı dövlətlər üzərində təzyiq aparatı funksiyasını yerinə yetirirlər. Eyni zamanda onlar əksər hallarda demokratiya və insan hüquqları kimi dəyərləri manipulyasiya edərək ona islamafob  eynəkdən baxırlar. Nəticədə də belə eybəcər və reallıqla uzlaşmayan təhrif olunmuş hesabatlar ortaya çıxır. Hesabatda Azərbaycana qarşı olan qərəz də elə buradan irəli gəlir. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan üzərində şanlı zəfər əldə edib. Bu isə bütün islamafob dairələri olduqca narahat edir. Biz isə bənzər qərəzli münasibətlərə alışmışıq və ona qarşı mübarizə aparmağı da öyrənmişik”.

Fikrət Yusifov: “Ölkəmizin hesabatda geridə qalması bəzi qurumların fəaliyyətindəki nöqsanlardır”

İqtisadçı professor Fikrət Yusifov isə bildirdi ki, qonşu ölkələrlə müqayisədə ictimai-siyasi vəziyyətin yetərincə sabit olduğu Azərbaycanın Beynəlxalq İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı, daxili və xarici təhdidlər meyarlarına əsaslanan reytinqində Gürcüstan və Ermənistandan belə geridə qalması bir tərəfdən bizə olan ikili münasibətin nəticəsində yaranmış vəziyyətdirsə, digər tərəfdən bu cür qiymətin verilməsinə şərait yaradan bəzi qurumların fəaliyyətindəki nöqsanlardır: 

“Ölkədə elə məsələlər var ki, onları fərqli şəkildə həll edib beynəlxalq aləmdə də yüksək reytinqlər qazanmaq mümkündür. Necə oldu ki, biz Dünya Bankının ”Doing business" hesabatında  birdən-birə reytinqimizi yetərincə yaxşılaşdıraraq hətta Avropanın bir çox inkişaf etmiş ölkələrini geridə qoya bildik? Deməli, bu mümkündür. Deməli, əsasən iqtisadi müstəvidə baş verən islahatlara rəğmən aldığımız bu qiyməti digər müstəvilərdə də, o cümlədən hüquq müstəvisində də əldə etmək mümkündür. Ölkədə gerçək olan bir barış  mühitinin yaradılmasına ehtiyac duyulur. Bunu etmək mümkündür. Xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra bunu etmək mümkündür və gerçək olan budur ki, bunu etməyin vaxtı yetişib. Biz bunu edəriksə, o halda, belə reytinqlərdə də sürətlə irəliləyə biləcəyik. Bu cür hesabatlarda aşağı yerlərdə qərarlaşmağımız həm də ölkəmizə xarici şirkətlərin gəlməsinə və investisiya yatırımlarına da mənfi təsirini göstərir. Bu cür hesabatlarda hansı yerlərdə qərarlaşmağın həm siyasi, həm iqtisadi baxımdan əhəmiyyəti, təsirləri var".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR