Beynəlxalq bankda "xidmət": Saatlarla gözləmə, virusa yoluxma üçün şərait... - FOTOLAR

08 iyul, 2021 16:56

Azərbaycanda fəaliyyət göstərən bankların verdiyi kreditlər, faizlərin yüksək olması həmişə narazılıq doğurub. Son vaxtlar isə bank xidmətlərinin keyfiyyəti, müştərilərə saymazyana münasibət barədə faktlara, informasiyalara daha tez-tez rast gəlinir. Bakupost.az -ın əməkdaşının apardığı müşahidələr bu informasiyaların heç də əsassız olmadığını göstərir.

***

Azərbaycanın ən iri və çeşidli xidmətlər təklif edən banklarından olan Beynəlxalq Bankda müştərilərə xidmətin səviyyəsi üçün bu bankın filiallarında bir dəfə olmaq yetərlidir.

Bakupost.az əməkdaşı xəbər verir ki, koronavirus pandemiyası səbəbindən bir çox xidmətlər onlayn həyata keçirilsə də, ABB “onlayn”ı təsdiqləmək üçün mütləq filiallarından birinə yaxınlaşmağı tələb edir. Məsələn, debit kart sifariş etmisənsə...

Proses belə keçirilir: Onlayn qaydada “Visa-kart” sifariş edilir, pul ödənilir, bir neçə gündən sonra müraciət etdikdə isə seçdiyin filiala yaxınlaşmaq tələb olunur. Kartın hazırlanması və kuryerlə çatdırılması ABB-nin “xidmətinə” daxil deyil. Halbuki, hətta hansısa ödəniş qarşılığında bank öz müştərisinə xidmət keyfiyyətini yaxşılaşdırmaq, həmçinin filiallardakı sıxlığı aradan qaldırmaq üçün kuryerlərindən istifadə edə bilərdi.

Əvəzində isə bank filialına yaxınlaşdıqda içəridə pandemiya qaydalarının heç birinə əməl edilməyən mənzərə gözə dəyir – sosial məsafə qorunmur, işçilərin “operativ” fəaliyyəti nəticəsində isə müştərilər saatlarla gözləməyə məhkum edilir.

Bankda bu cür xidmət başlayır

Əvvəlcə “qısa fəaliyyət üçün” bölməsini seçib, növbəyə durursan. Bank sözügedən bölməni seçənlərin məhz “qısa” – ayaqüstü yola salınması vacibliyini nəzərə ala və sözügedən müştərilərin tez bir zamanda binanı tərk etməsi, bununla da sıxlığın qismən aradan qaldırılması qayğısına qalmayıb. Hansı bölməni seçirsən seç, fərqi yoxdur, növbəni gözləməlisən.

Bir saat gözlədikdən sonra növbə çatır, bəlli olur ki, onlayn sifariş etməyinə baxmayaraq, bir qucaq sənəd imzalanmalıdır. O sənədlər haqda məlumatla isə müştəri artıq onlayn sifariş vaxtı hamısı ilə tanış olub və razılıq verib.

Bunların heç biri nəzərə alınmır, onlaynla razılıq “sayılmır”, yenidən vərəqlər dərc edilir və imzalanma mərasimi keçirilir. Bu vərəqlər niyə israf olunur? Niyə onlayn qaydada şərtlər razılaşdırılsa da, yenidən vərəqlərə imza atdırılır?

Bu prosesdən sonra yenidən kassa növbəsi başlayır. Dəqiqələrlə kassa növbəsinə durandan sonra sənə artıq hazır olan kart verilir. Bundan sonra isə “qeydiyyat” bölməsinə keçməli və seçdiyin kodu təsdiqlətməlisən. Əgər bəxtin gətirsə və “qeydiyyat” bölməsində adam tapsan, bu işi qısa müddətdə həll edə bilərsən. Əks halda “qeydiyyat”a işçi gəlməsini də gözləməlisən.

Bankda xidmət növbə dərdi

Beynəlxalq bankın əksər filiallarında (bizim müşahidələrimiz “Gənclik” filialında olub – red.) işçi sayı məhduddur. Məsələn, 15-16 xidmət pəncərəsindən ən yaxşı halda 5-6-sı boşdur, işçi yoxdur, eyni zamanda, 4 kassa pəncərəsindən də 2-si fəaliyyət göstərir.

Pandemiyanın ölkə iqtisadiyyatına, xüsusən bank sektoruna ziyanları hər kəsə bəllidir. Bunun nəticəsində xüsusilə Azərbaycan Beynəlxalq Bankı filiallarını, hətta bankomatlarını da ixtisar edib. Ancaq filialların ixtisarı ilə bərabər, filiallardakı işçi heyəti də, görünür, yarıbayarı azaldılıb. Belə olmasaydı, xidmət pəncərələrinin hər birində bank işçisi olar və müştərilər də saatlarla gözləməyə vadar edilməzdi.

Gəldiyimiz qənaət

Pandemiya belə Azərbaycan Beynəlxalq Bankında onlayn xidmətin genişlənməsi və sıxlığın aradan qaldırılmasına səbəb olmayıb. Bankın onlayn xidməti sanki formal xarakter daşıyır. Eyni zamanda, prosedur “pəncərələri”nin də sayı azalmayıb. Bir ədəd onlayn qaydada sifariş edilmiş “Visa kart”ın alınması saatlarla gözləməyə başa gəlirsə, onda bu bankda digər xidmətlərin səviyyəsini təsəvvür etmək çətin olmaz.

 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI