Milli, yoxsa dilli Məclisimiz: Çarə parlamenti buraxmaqdadır

02 avqust, 2021 16:22

Populist çıxışlar, “qaş düzəltmək istəyəndə göz çıxarmaq”, boş-boş, heç bir ictimai yükü olmayan danışıqlar və saydıqca bitməyən mərəzlər.

Azərbaycan parlamentinin mənzərəsinə baxdıqda bundan başqa heç nə demək mümkün deyil. Təbii ki, bu, bütün deputatlara aid deyil, amma təəssüf ki, əksəriyyəti belədir. Nə seçici ilə işləyə bilirlər, nə də öz mandatlarına uyğun davranırlar.

Bir deputat seçicinin ona qazandırdığı mandatı girov qoyursa, hansı qanundan, qanunvericilikdən, ictimai nüfuzdan, yaxud xalqın maraqlarının qorunmasından danışmaq olar. 

Bir deputat ki, qanun qoruyusucu olan polis əməkdaşını döyürsə, daha nə deyə bilərik. 

Təsəvvür edin, Eldəniz Səlimovun əyləşdiyi Milli Məclisdə qanun qəbul edilir və mandatını sözün bütün mənasında arxa cibində gəzdirən bu deputat özünün də qəbulunda iştirak etdiyi qanunları qoruyan polisi şillə-təpiyin altına salıb döyür, təhqir edir. 

Problem bir deyil, iki deyil, hansından bəhs edək. Reallıq budur ki, bu gün parlament nə Prezident İlham Əliyevin apardığı qlobal siyasətə, nə dövlətin maraqlarına, nə də xalqın istəyinə uyğun deyil. Sanki Azərbaycan başqadır, onun parlamenti tamam başqa.

Azərbaycan 30 il sonra Vətən müharibəsi apardığı və tarixi Zəfər qazandı.

Azərbaycan bu gün böyük qlobal dəyişikliyin əsas açarlarından biridir və Prezident İlham Əliyev sözün gerçək mənasında dünya siyasətinin aparıcı və həlledici oyunçularından biridir.

Regionumuzda yeni reallıqlar yaranıb, elə dünya da yeni çağırışlar var. Bu proseslər fonunda Azərbaycan liderinin tarixi əhəmiyyətli fəaliyyətinə dəstək verməli olan qanunverici orqan nə işlə məşğuldur?

Biri polisi döyür, biri mənasız pafosla insanlarda ikrah yaradır, digəri danışdıqca batır, o birinin dedikləri isə əslində hakimiyyətə qarşı mənfi fikir formalaşdırır. 

Artıq hər kəsin qəbul etdiyi bir fikir var: Azərbaycan parlamenti nə yeni çağırışlara cavab verir, nə də dövlət rəhbərliyinin apardığı siyasətə. 

İndi parlament Azərbaycanı ayağından çəkən qurum halına düşüb, bunu təkcə Eldəniz Səlimovla bağlı məsələdə deyil, ümumi mənzərədə baxdıqda da görmək mümkündür.

Əslində 2019-cu ildə keçirilən növbədənkənar parlament seçkilərinin səbəbinə baxmaq lazımdır.

Hakimiyyətin üç qanadı var. Qanunverici, icraedici və məhkəmə hakimiyyəti. 

Prezident İlham Əliyevin 2018-ci ildə başlatdığı islahat kursu dövlətin bütün qollarına şamil edilməli idi.

İcraedici hakimiyyətdə köklü dəyişikliklər baş verdi. Dövlət başçısı sosial rifahın güclənməsi, liberal iqtisadiyyatın təşviqi, büdcəyə yük olan qurumların ləğvi, yaxud birləşdirilməsi, idarəetmədə gənclərin önə çəkilməsi və digər istiqamətlər üzrə addımlar atıldı. İcra orqanlarının təkmilləşməsi, idarəetmənin yenilənməsinə hesablanmış struktur islahatları müsbət istiqamətdə davam etdi. Nəticədə ölkədə sosial rifahın güclənməsindən tutmuş, daha səmərəli idarəetmə müxanizmlərinə nail olundu. Proses bu gün də davamlı olaraq həyata keçirilir.

Məhkəmə hakimiyyətində də addımlar atılır. Prezident İlham Əliyevin 2019-cu il 3 aprel tarixli Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqda Fərmanı bu prosesin sürətləndirilməsinə zəmin yaratdı.

Qanunverici hakimiyyət də yenilənməli idi və 2019-ci ildə hakim partiya parlamentin buraxılmasını gündəmə gətirməklə, Prezidentin islahat kursuna uyğun addım atdı. 

2020-ci ilin yanvarında növbədənkənar seçkilər keçirildi və yeni parlament formalaşdı.

Bəs gözləntilər özünü doğrultdumu? Bugünkü vəziyyət cavabın xeyr olduğunu göstərir.


Azərbaycan Vətən müharibəsi ilə irəliyə doğru böyük addım atdı və proseslər təsdiqlədi ki, Prezident İlham Əliyevin icraedici hakimiyyətdə həyata keçirdiyi islahatlar olduqca doğrudur. Məhkəmə hakimiyyətində də islahatların gedişi müşahidə olunur.

Bəs qanunverici hakimiyyətdə? Axı parlamentin buraxılması, növbədənkənar seçkilərin keçirilməsi hakimiyyətin bu qolunun da dayanmadan irəliyə doğru gedən qatara çatması ilə nəticələnməli idi. Bunun tam əksi ilə qarşılaşdıq.

Parlamentin mövcud mənzərəsini belə təsnif etmək olar.

Birincisi, bəzi deputatların fikirləri və davranışları qanunverici orqanın cəmiyyətdəki legitimliyinə zərbə vurur, sonuncu olaraq, Eldəniz Səlimovla bağlı hadisə bunu bir daha təsdiqlədi.

İkincisi, – 125 deputatdan yalnız 3/1 hissəsi aktiv fəaliyyətdədir, yerdə qalanları bir çox hallarda nəinki ictimaiyyət, heç seçiciləri də tanımır.

Üçüncüsü, bəzi deputatların danışmasındansa, susması daha yaxşıdır, çünki danışdıqca batır, həm də batırırlar.

Dördüncüsü, bəzi deputatların biznes fəaliyyəti qanunverici orqanın özünün qanunları pozması rəyini gücləndirir.

Beşincisi, boşluqları saydıqca bitməyən qanunverici orqan faktiki olaraq, cəmiyyətdə legitimliyini itirməkdədir.

Baş verənlər onu təsdiqləyir ki, dövlətin islahat prosesinin tərkib hissəsi kimi yenilənən parlament gözləntiləri özünü doğrultmadı və hazırda buraxılması vacib hala gələn hakimiyyətin əsas qoludur.

Mövcud parlamentin fəaliyyəti dövlətin təhlükəsizlik sisteminə, bütövlükdə dövlətçiliyə ciddi təhdid və təhlükə yaratdığını deməyə ehtiyac yoxdur, hər şey göz önündədir. 

Yeganə çıxış yolu mövcud parlamenti buraxmaq, növbədənkənar seçkilərlə irəliyə doğru addımlayan Azərbaycanın maraqlarına uyğun, Prezident İlham Əliyevin siyasəti ilə ayaqlaşa bilən qanunverici orqanın formalaşmasına nail olmaqdır. Əks halda qanunverici orqan Azərbaycanın ayağından çəkən, yaxud yük olan bir orqan olaraq qalacaq və getdikcə dövlətə, dövlətçiliyə təhdid yaradacaq.

Bu, təxirəsalınmaz addımın yaxın vaxtlarda gerçəkləşməsi mümkün təhdidlərin qarşısını almaq baxımından əhəmiyyətlidir.

Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI