"Azərişıq" ASC-nin Lənkərandakı "ölüm məntəqələri" - Transformatorlarda narkomanlar yuva salıb - FOTOLAR

03 avqust, 2021 01:15

Ölkəmizdə “Azərişıq” ASC-nin bərbad vəziyyətdə olan transformator məntəqələrinə tez-tez rast gəlmək olar. Xüsusilə də bölgələrimizdə heç bir təhlükəsizlik qaydalarına uyğun gəlməyən, ciddi təhlükə mənbəyi olan transformatorlar olduqca çoxdur.

Azsiyaset.com xəbər verir ki, azpolitika.info-nun elektron poçtuna Lənkərandakı oxucularımızdan daxil olan məktubda xüsusilə məktəb və liseylərin həyətlərindəki elektrik transformatorlarının bərbad vəziyyətdə olduğu və burada təhsil alan şagird və tələbələr üçün böyük təhlükə yaratdığı qeyd olunur.

Fotolardan da göründüyü kimi, yüksək gərginlik olan transformatorların ya tamamilə açıq olduğu, ya da necə və nə ilə gəldi, əksər hallarda paslanmış dəmir-dümürlə yarımçıq şəkildə bağlandığı görünür.

Redaksiyamıza ünvanlanan məktubda deyilir: 

“Bildiyimiz kimi, hər bir məktəbin ərazisində “Azərişıq” ASC-nin transformator məntəqələri mövcuddur. Lənkəran Elektrik Şəbəkəsinin(EŞ) rəhbərliyi yeni tədris ilində bizim övladlarımızı qapıları olmayan, sökülmüş, ölümə səsləyən, texniki normalara uyğun olmayan transformator məntəqələri ilə salamlayacaq. 

Artıq uzun illərdir ki, Lənkəran EŞ-nin balansında olan bu transformator məntəqələrində narkomanlar yurd-yuva salıblar. Transformator məntəqələrinin tikililəri qəzalı vəziyyətdədir. Qapı və pəncərələri yoxdur. 

Qapısı olan yerlərdə isə qıfıl əvəzi paslı məftillərdən istifadə olunub. Bəzi yerlərdə köhnə dəmir çarpayıların dəmir torlarından qapı kimi istifadə olunub. Məntəqələrin ətrafında olmalı olan qoruyucu baryer hasarlar ümumiyyətlə yoxdur. Çox maraqlıdır, bu işlər üçün ayrılan pullar hara və kimlərin ciblərinə gedib?”

Qeyd edək ki, söhbət Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdən, Lənkəran Peşə Liseyindən, Lənkəran şəhəri R.Məmmədov adına 5 nömrəli tam orta məktəbdən, Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta məktəbdən, Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseydən gedir.

Doğrudan da, maraqlı sualdır – bu məntəqələrin saxlanması, təmiri və s. üçün ayrılan pullar hara, kimlərin cibinə gedib? Və sabah bu transformatorlar hansısa azyaşlı uşağın, məktəblinin ölümünə səbəb olsa, buna görə kim məsuliyyət daşıyacaq?

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR