İlham Əliyevin Rusiya və Ermənistana verdiyi mesajlar - Niyə məhz "CNNTürk" vasitəsilə?

15 avqust, 2021 13:52

Qarabağdakı mövcud vəziyyətlə bağlı Azərbaycan cəmiyyətini narahat edən xeyli sayda cavabsız suallar var idi. Xüsusilə də, Rusiya sülhməramlılarının qanunsuz davranışlarının və Ermənistana dəstək addımlarının gərginliyi daha da artırması Azərbaycanın növbəti dəfə ortaya qətiyyətli mövqe qoymasını tələb edirdi. Prezident İlham Əliyev “CNNTürk” telekanalına verdiyi müsahibədə cavabsız qalan bütün suallara aydınlıq gətirdi, Rusiyaya da, Ermənistana da mühüm mesajlarını verdi, regionun inkişaf strategiyasının yeni tezislərini formalaşdırdı və bildirdi ki, Ermənistanın istənilən şəkildə silahlandırılması heç bir nəticə verməyəcək. Dövlət başçısı "Biz onun başını bir daha əzəcəyik” deməklə də, anti-terror əməliyyatların yaxın zamanlarda zərurətə çevrilə biləcəyinin mesajını da vermiş oldu.

Öncə bundan başlayaq: İlham Əliyev niyə məhz “CNNTürk”ə müsahibə verdi?

Əvvəla, müsahibə üçün “CNNTürk”ün seçilməsi o demək idi ki, Qarabağ məsələsində İlham Əliyevin mövqeyi həm də Türkiyənin mövqeyidir. Yəni, bu məsələdə dəyişən heç nə yoxdur. Digər tərəfdən, Rusiyaya və Ermənistana verilən mesajlar üçün ən effektiv və diplomatik çağırışlara cavab verən platorma məhz elə “CNNTürk” ola bilərdi. Nəzər almaq lazımdır ki, bu telekanal 44 günlük Vətən Müharibəsi zamanı da Azərbaycanın haqlı mövqeyinin dünyaya təqdimatında əsas pəncərələrdən biri idi. Həmçinin, “CNNTürk”ə verilən müsahibə Qafqazda yeni güc nüvəsinin dəyişdiyini göstərir. Azərbaycan dövlət başçısı Rusiyaya mesaj vermək üçün “CNNTürk”ə müsahibə verirsə, bu o deməkdir ki, ölkəmiz üçün heç bir qaranlıq məqam yoxdur, Türkiyə ilə birlikdədir, iki ölkə arasındakı münasibətlər bundan sonra da ən yüksək səviyyədə qurulacaq.

Prezidentdən daxili və xarici düşmənlərə xarakterik xatırlatma və mühüm dərs...

İ.Əliyev müsahibəsində deyir: “Müharibənin ilk günlərində bəziləri düşünürdü ki, görən dayanacaqlarmı, dayanmayacaqlarımı. İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi. Amma müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik”. Bu fikirlər dövlət başçısının spesifik qətiyyətinin, ölkənin birinci əsgəri kimi döyüşkənliyinin, Ali Baş Komandan kimi sərkərdəlik əzminin, Prezident kimi mühüm şəxsi keyfiyyətlərinin, diplomat kimi məharətinin və vətəndaş kimi əsl vətənpərvər nümunəsi olduğunun ifadəsidir. Bu, həm də İ.Əliyevin daxili və xarici düşmənlərə mesajı idi ki, O, Azərbaycan dövlətinin mənafeyi naminə heç bir məsələni yarımçıq qoymayacaq.

Rusiya Azərbaycanın qonşusu, Ermənistanın müttəfiqidir...

İ.Əliyevin müsahibə zamanı Rusiyanı Azərbaycanın qonşusu, Ermənistanın isə müttəfiqi kimi dəqiq xarakterizə etməsi mühüm hadisə kimi qiymətləndirilməlidir. Məsələ bundadır ki, Rusiyanın Ermənistanla müttəfiqliyi rəsmi İrəvanı tarixin ən biabırçı məğlubiyyət ssenarilərindən birini yaşamağa vadar etdi. Rusiyanın verdiyi silahlarla Azərbaycana atəş açan Ermənistanın məğlubiyyəti həm də Rusiya üçün düşündürücü amil olmalıdır. Rusiya müdafiə nazirinin Ermənistan ordusunun modernləşdirilməsi ilə bağlı hazır olduqlarını ifadə etməsi Azərbaycanın Ermənistan üzərindəki hərbi-siyasi üstünlüyünü azalda bilməyəcək. Rusiya nəinki sülhməramlı missiyanın daşıyıcı kimi, heç qonşu dövlət kimi də özünün obyektiv mövqeyini qoruyub saxlaya bilmir. Ermənistanı tamamilə gücsüz vəziyyətə salmamaq, Cənubi Qafqazda terrorçu və monoetnik Ermənistan dövlətinin mövcudluğunu saxlamaq üçün Rusiya bütün səyini ortaya qoyub. Amma bütün bu addımlar Azərbaycan-Türkiyə birlik modelinin kölgəsinə sığınacaq qədər effektiv ola bilməyəcək.

Rusiya sülhməramlı və qonşu dövlət kimi uğursuzluğunun detalları...

Birincisi, silahlı erməni birləşmələri Laçın dəhlizi vasitəsilə məhz Rusiya sülhməramlılarının mühafizəsi və müşayiəti ilə Xankəndinə, Xocalıya daşınır.

İkincisi, Rusiya Ermənistanı silahlandırmaqda davam edir. Amma bir həqiqət var ki, Rusiyanın 30 il ərzində Ermənistana verdiyi hərbi texnika hazırda Bakının mərkəzində Hərbi Qənimətlər Parkındadır.

Üçüncüsü, Rusiyanın vasitəçiliyi ilə minalanmış ərazilərin Ermənistandan alınan xəritələrinin 75 %-nin doğru olmadığı üzə çıxmış oldu. Minalanmış ərazilərin xəritələrinin cəmi 25%-nin doğru olması ilə bağlı İ.Əliyevin fikri rəsmi Kreml üçün SOS olmalıdır. Bu, Rusiyanın sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı xeyli şübhəli məqamları ortaya çıxarmış oldu. Eyni zamanda, Rusiyanın vasitəçilik missiyasının heç bir işə yaramadğını nümayiş etdirdi. Eləcə də, uzun illər ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın ermənipərəst mövqe tutduğunun növbəti və təsdiqə ehtiyacı olmayan nümunələrindən biridir.

Dördüncüsü, Rusiya müdafiə nazirliyi bir neçə gün əvvəl “Dağlıq Qarabağın silahlı birləşmələri...” ifadəsini işlətməklə terrorçu qruplaşmaların himayə olunmasındakı maraqlarını büruzə verdi. İ.Əliyevin müsahibə zamanı “İkinci Qarabağ Müharibəsindəki məğlubiyyət onlara dərs olmayıb” deməklə, Azərbaycanın istənilən zaman anti-terror əməliyyatlarına başlaya biləcəyinin və Kremlin terrorçuları himayəçilik planlarının da alt-üst ediləcəyinin göstəricisidir.

“Boşluq olmamalıdır, ara olmamalıdır ki, kimsə bu araya girməsin..”

Prezident İ.Əliyevin müsahibə zamanı səsləndirdiyi fikirlərdən biri Azərbaycan-Türkiyə birlik modelinin möhkəmləndirilməsinin vacibliyi ilə bağlıdır.

O deyir: “Boşluq olmamalıdır, ara olmamalıdır ki, kimsə bu araya girməsin. Çünki elələri də var. Çalışacaqlar ki, aramıza girsinlər, çalışacaqlar ki, provokasiyalar, təxribatlar, uydurmalar ortaya atılsın”.

Həqiqətən də tarix sübut edib ki, iki qardaş dövlət arasındakı münasibətlərin müxtəlif dövrlərdəki mövsümi zəifliyi məhz düşmənlərin planlarından doğan amillərlə bağlı olub. Bu baxımdan, bundan sonra da təkcə Azərbaycan deyil, həm də Türkiyə iqtisadi-siyasi, hərbi və mədəni əlaqələrinin daha da gücləndirilməsi üçün bütün vasitələrdən istifadə etməlidir.

Samir Feyruzov 

Azsiyaset.com

 

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"