Keyfiyyətli internet problemi necə həll olunacaq? - Cəhdlər nəticə vermir, amma...

21 avqust, 2021 00:31

"Azərbaycanda internetin əlçatımlığı və keyfiyyəti ilə bağlı problem uzun müddətdir ki, öz həllini tapa bilməyib. Hökumət tərəfindən bu problemin kökündən həlli istiqamətində müəyyən cəhdlər olsa da, indiyədk bunlar reallaşmayıb. Xüsusən də regionlarda və kəndlərdə, o cümlədən Bakı ətrafında, əhalinin daha az məskunlaşdığı ərazilərdə bu problem daha ciddidir".

Azsiyaset.com azpolitika.info-ya istinadıa xəbər verir ki, bunları Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, ötən il Bakı ətrafında keyfiyyətli internetə əlçatımlıqla bağlı böyük həcmdə dövlət vəsaitləri ayrılsa da, hələlik real nəticələr ortada yoxdur: "Qonşu ölkələrdə bu istiqamətdə müəyyən üstünlük olsa da, müşahidələr göstərir ki, elə onların da bəzilərində oxşar problemlər qalmaqdadır. Maraqlıdır, onların bir çoxunda son zamanlar bu problemin, xüsusən də ucqarlarda və əhali az yaşayan yerlərdə həllinə yanaşmalar xeyli dəyişib".

Ekspert bildirib ki, Azərbaycanda bu problemin həlli üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yeni yanaşma irəli sürüb. Onun sözlərinə görə, nazirlik dövlət və özəl tərəfdaşlığı çərçivəsində, yəni dövlət provayderi olan "Aztelekom" və ya "Baktelecom"-la digər özəl provayderlərin əməkdaşlığı ilə həll etmək niyyətindədir. Bu barədə artıq nazirlik açıqlamalar da verib.

O.Gündüz deyir ki, amma hələlik bu əməkdaşlığın prinsipləri, dövlət və özəl provayderlərin hüquq və vəzifələri haqqında heç bir məlumat yoxdur: "Kəndlərdə yeni qurulacaq magistral şəbəkə, həmçinin son nöqtəyədək olan xətlərin necə qurulacağı, hansı texnologiyadan istifadə ediləcəyi, kimin bu infrastrukturu quracağı və qurulmuş infrastruktur üzərində mülkiyyətin kimə məxsus olacağı haqqında açıqlamalar verilməyib. Ümid edirəm ki, NTRYN-nin şərtləri özəl provayderlər üçün cəlbedici olacaq. Gözlənilən o idi ki, NRYTN kəndlərdə və qəsəbələrdə, daha az əhali yaşayan yerlərdə magistral infrastrukturu özü quracaq, müxtəlif texnologiyalar tətbiq ediləcək, lakin son nöqtəyə internetin çəkilməsini özəllərə həvalə edəcək. Qeyd etdiyim kimi hələlik bununla bağlı vəziyyət açıqlanmayıb".

Bəs, qonşu ölkələr bu problemi necə etmək istəyirlər?

Ekspertin sözlərinə görə, qonşu ölkələr əhalinin daha az yaşadığı ərazilərdə, ucqarlarda və kəndlərdə bu problemi həll etmək üçün son dövrlərdə daha innovativ yanaşma sərgiləyirlər: "Qazaxıstan, Qırğızıstan və Gürcüstan artıq "StarLink" və "One Web" ilə danışıqlar apararaq onların peyklərindən internet əldə etməklə adı çəkilən əraizlərdə keyfiyyətli internetə əlçatanlıq problemini həll etmək niyyətindədir. Bu istiqamətdə artıq adı çəkilən ölkələr və peyk operatorları ilə bir neçə dəfə müzakirələr aparılıb.

"Starlink" və "OneWeb" dünyanın istənilən yerində internet təminatını həyata keçirməyə imkan verən qlobal peyk sistemləridir. Bu tip internetin əldə edilməsi üçün müəyyən avadanlığa (antennaya) və routerə sahib olmaq tələb olunur. Azərbaycanda bu tip peyk internetinin əldə edilməsi imkanları haqqında hələlik rəsmi açıqlamalar verilməyib. Amma "Azərkosmos"-un son açıqlamalarından və addımlarından belə güman etmək olar ki , bizdə də "StarLink" və ya "OneWeb" kimi operatorlardan internet əldə edilməsi istisna olunmur.

Belə ki, son zamanlar "Azərkosmos" Çinin kosmos sahəsində kommersiya fəaliyyətini həyata keçirən məşhur “Satelliteherd” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu şirkət “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində diametri 4,2 metr olan yerüstü antennasını da quraşdırıb. Düşünmək olar ki, gələcəkdə "Azərkosmos" da qlobal peyk sistemlərindən internet əldə edilməsini nəzərdə tutur".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR