"Gün gələcək, ABŞ Əfqanıstandan qaçdığı kimi erməni işini də tərk edəcək" - Zərdüşt Əlizadə

23 avqust, 2021 22:17

"Vaşinqton bir çox hallarda vəziyyəti düzgün qiymətləndirə bilmir, onların xarici siyasətlərinin nəzəri əsasları yanlışdır”.

Azsiyaset.com qaynarinfo.az-a istinadla xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin erməni jurnalistlərlə söhbət zamanı "Qarabağın statusu bəlli olmadığından münaqişəni bitmiş saymaq olmaz” fikrinə münasibət bildirərkən deyib. 

Politoloq qeyd etdi ki, Amerikanın siyasi dairələri əsrlər boyu erməni işini müdfiə ediblər:  

"ABŞ səfiri Dövlət Departamentinin mövqeyini bildirir. Dövlət Departamenti də öz növbəsində Prezidentin, Konqresin mövqeyini bildirir. Ermənilər onların Yaxın Şərqdə uzun müddətli məqsədlərinə xidmət edən qüvvədir”. 

Ekspert bildirib ki, amerikan siyasəti heç də bir çoxlarının düşündüyü kimi, ideal deyil: 

"Onlar bir çox hallarda vəziyyəti düzgün qiymətləndirə bilmir. Bir çox hallarda Amerika xarici siyasəti, silahlı qüvvələri gurultulu məğlubiyyətlərə düçar olublar. Belə bir şəraitdə Vaşinqton Yaxın Şərqdə və Cənubi Qafqazdakı vəziyyəti düzgün qiymətləndirməyi bacarmayaraq, yenə də köhnə ənənələrinə uyğun şəkildə erməni işinin müdafiəsi yolunu tuturlar. Daha qanmırlar ki, Qarabağın balaca bir hissəsində qalan 25 minlik erməni heç də statusa layiq əhali deyil. Onlara şərait yaratsalar, həqəqətən də məmuniyyətlə oranı tərk edib çıxıb gedərlər. Ancaq şərait dəyişsə də, Qərb siyasətçiləri köhnə bayatını oxumaq və çalmaqda davam edirlər”. 

Həmsöhbətimizin fikrincə, Amerika Əfqanıstandan qaçdığı kimi, erməni işini müdafiə etməkdən də zamanı gələndə geri çəkiləcək: 

"Amerikalılar həddən artıq ağıllı, müdrik qüvvə deyil. Vaxtilə Latın Amerikasında "N” sayda hərbi çevrilişlər edib, mütərəqqi insanları devirdilər. Amma nə baş verdi? Bütün Latın Amerikası onlara qarşı qalxdı və xeyli dövlətdə solçu qüvvələr hakimiyyətə gəldi. Vyetnamda da ağır məğlubiyyətə düçar olublar. Son olaraq isə ABŞ Əfqanıstanda rüsvayçı məğlubiyyətə uğradı. Bu da onlarn xarici siyasətinin nəzəri əsaslarının yanlış olmasından qaynaqlanır. O cümlədən, Ermənistan məsələsində də”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR