Orqan köçürülməsi qanuniləşdi - Qiymətlər...

27 avqust, 2021 10:01

Ölkədə qaraciyər və böyrəyin transplantasiyasının qiyməti təxminən 32 min manatdır, amma...

Nazirlər Kabineti donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısını təsdiqləyib. Belə ki, 2022-ci il yanvarın 1-dən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun qüvvəyə minir.

Sənəd reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və (və ya) toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və ya embrion), eləcə də qan və onun komponentlərinə şamil edilmir.

Donor orqanların və toxumaların siyahısına əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

Meyit donordan transplantasiya məqsədilə götürülə bilən orqanlar bunlardır: ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri.

18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır.

Şəxs sağlığında donor orqanların transplantasiyasına, tədris və elmi məqsədlərlə istifadə edilməsinə yazılı razılığını bildirərsə, ölümündən sonra onun donor orqanları transplantasiya, tədris və elmi məqsədlərlə istifadə oluna bilər.

Meyit donordan götürülmüş donor orqanların resipiyentlər arasında bölgü ardıcıllığı vahid dövlət informasiya bazasındakı məlumatlar əsasında elektron qaydada donor-resipiyent cütlüyünün müəyyən edilməsi yolu ilə həyata keçirilir. Azərbaycanda donor orqanların ticarəti və reklamı qadağandır.

Əməliyyatı aparacaq tibb müəssisələrinin siyahısı təsdiqlənsə də, əsas suallar açıq qalır. Məsələn, bu müəssisələr bu cür çətin əməliyyatın öhdəsindən gəlmək üçün təcrübəli personala, tibb aparatlarına malikdirmi? Bu əməliyyatlarda orqan nəqli gözləyənlərin növbəlilik prinsipinə nə dərəcədə ədalətli nail oluna biləcək? Və daha bir sual - bu əməliyyatlar orqan nəqlinə ehtiyacı olanlar üçün nə qədər əlçatımlı (maddi baxımdan) mümkün olacaq, qiymətlər necə müəyyən ediləcək və sairə...

Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb: “Bu cür qərarın verilməsi ölkəmiz üçün uğurlu bir addımdır. Bildiyiniz kimi, uzun zamandır ki, orqan köçürməsi ilə bağlı problemlər açıq qalmışdı və tibb müəssisələrinə bununla bağlı icazələr verilmirdi. Amma bu gün icazələr var”.

Zülfüqar Yusifov orqan köçürmələri ilə  bağlı ölkəmizdə müəyyən bir bazanın olduğunu vurğulayıb: “Bununla bağlı müəyyən tibbi klinikalarımız və kifayət qədər olmasa da personal var. Nəzərə alsaq ki, bu məktəb yeni başlayıb və işin hüququ bazası artıq həllini tapıb, düşünürəm ki, bu hüquq bazasının üzərində digər praktik-nəzəri məsələlər öz həllini tapacaq. Yəni icazənin verilməsi hələ o demək deyil ki, klinikalar hazırlıq olmadan həmin işləri görəcək. Yəqin ki, aidiyyəti orqanlar bu hazırlıq üçün bir daha təkrar araşdırmalar apararaq, bu prosesin daha da rəvan getməsi üçün təcrübələrin artırılması istiqamətində addımlar atacaq. Onu da qeyd edim ki, bu istiqamətdə də kifayət qədər ciddi təcrübələrimiz, həmçinin xarici tibbi müəssisələrlə ortaq əlaqələrimiz, təcrübələrimiz, elmi paylaşımlarımız var. Buna görə də düşünürəm ki, hər bir məsələ öz qaydasında olacaq”.

Zülfüqar Yusifov növbəlilik məsələsində də problemlərin ola biləcəyini  düşünmədiyini bildirdi: “Əsas məsələ insanların bu prosesə doğru, tolerant yanaşmasıdır.

Təbii ki, orqanların xəstə insanlar üçün bağışlanma mədəniyyətinin artıq yaranmasına, formalaşmasına ciddi ehtiyac var. Bu işi həyata keçirən səhiyyə orqanlarına, işçilərinə inamın aşılanması, yaranması olduqca ciddi faktorlardır. Hesab edirəm ki, bütün bunlar olarsa, digər problemlər tədricən öz həllini tapacaq. Hər halda, bu, ölkəmiz üçün ilkdir. Buna görə səhiyyəmizi təbrik etmək lazımdır. Onun üzərinə qoyulan yeniliklər artıq çoxlu sayda insanların həyatını qurtarmaq üçün faydalı olacaq".

Adil Qeybulla

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirdi ki, ölkəmizdə də orqan nəqlinə icazə verilsə bəzi məsələlər öz həllini tapmayıb: “Məsələ bundan ibarətdir ki, donor haqqında qanun layihəsi var. Bu qanuna əsasən əslində donor mənbəyi leqal olmalıdır. Bəs donorun mənbəyi haradan olacaq? Bu gün Azərbaycanda hansısa beyin ölümü keçirmiş gənc adamdan orqan götürmək mümkündürmü? Bu suala cavab tapılmalıdır. Ölkəmizdə donor mənbəyi müəyyən edilməmiş bu məsələni sistemə salmaq mümkün deyil. İkinci bir tərəfdən, səhiyyə sisteminə çevrilməmiş orqan nəqli məsələsi özünün effektiv həllini tapa bilməz. Məsələn, bir rayonda hansısa donor mənbəyi əldə olunsa, başqa bir rayonda növbəyə duran adam bundan məlumatlı olmalıdır. Yoxsa haradansa müxtəlif yollarla orqan tapıb, orqan köçürmək bu məsələnin həlli demək deyil”.

Araşdırmalardan belə məlum olur ki, Azərbaycanda ümumi orqan köçürülməsi əməliyyatının 70 faizini böyrək transplantasiyası təşkil edir. İkinci yerdə qaraciyər və onun seqmentlərinin köçürülməsi gəlir. Son beş ildə aparılan orqan köçürülməsi əməliyyatlarının 10 faizini isə sümük iliyinin nəqli tutur. Qiymətlərə gəldikdə isə məlum olur ki, ölkədə qaraciyər və böyrəyin transplantasiyasının qiyməti təxminən 32 min manatdır. Bundan əlavə, əməliyyat qabağı analizlərə 5 min manata qədər pul lazım gəlir. Bunu nəzərə aldıqda ümumilikdə, böyrək və ya qaraciyər köçürülməsi pasiyentə təxminən 37 min manata başa gəlir.

İcbari Tibbi Sığortaya gəldikdə isə bununla bağlı qurumun xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısında transplantasiya və ya rədd edilmiş böyrəyin çıxarılması 1200 manat göstərilib.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bununla bağlı açıqlamasında qeyd etmişdi ki, orqan transplantasiyası bahalı əməliyyat sayılır və vətəndaşın bunun öhdəsindən təkbaşına gəlməsi mümkün deyil, ancaq dövlət də bu yükü tam üzərinə götürə bilməz. Onun sözlərinə görə, dünya təcrübəsinə uyğun olaraq, orqan transplantasiyası icbari tibbi sığorta hesabına keçirilməlidir.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"