TƏBİB-in də sonu gəldi - Paytaxta nəzarət bu qurumdan alındı

30 avqust, 2021 18:49

Partiya sədri: “Azərbaycan səhiyyəsində dərin böhran hökm sürür. TƏBİB mənasız qurumdur, bunu niyə yaratdılar ki?”

Yoluxma sayının sürətlə artması, hər gün minlərlə insanın koronavirus infeksiyasına mübtəla olması, müraciət edən vətəndaşlardan günlərlə, bəzən həftələrlə test götürülməməsi və bütün bunların fonunda ortaya çıxan kütləvi narazılıqlar hökuməti hərəkətə gətirib.

Hokm.az-a daxil olan eksklüziv məlumata görə, ən çox yoluxma sayının olduğu Bakıda TƏBİB-in bütün səlahiyyətləri əlindən alınıb. Bundan sonra paytaxt səhiyyəsinə nəzarəti Səhiyyə Nazirliyi həyata keçirəcək. TƏBİB isə yalnız regionlarda fəaliyyət göstərəcək. Bununla bağlı Hokm.az-ın sualını TƏBİB-dən də təsdiqləyiblər.

TƏBİB niyə yarandı?

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) Prezidentin 2018-ci il tarixli fərmanı ilə yaradılıb. Fərmanda qeyd olunur ki, TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir.

Tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, əhalinin sağlamlığının qorunması sahəsində əlverişli şərait yaratmaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırmaq, tibb müəssisələrində xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət etmək kimi missiya öz üzərinə götürən TƏBİB-in yaranması məmnunluqla qarşılandı. O səbəbdən ki, ona qədər ölkə səhiyyəsinin idarə edilməsinə tək məsul qurum olan Səhiyyə Nazirliyinin fəaliyyəti yarıtmaz idi. Digər yandan ölkəboyu həyata keçirilən kompleks islahatlar bu sahədə də ciddi dəyişiklərin olacağına böyük ümidlər aşılayırdı.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin 2019-cu ilin dekabr ayında imzaladığı sərəncamla Ramin Bayramlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri təyin edildi. Son təyinata qədər  Talessemiya Mərkəzinin direktor müavini vəzifəsində çalışan R.Bayramlı bundan öncə ATU-nun Tədris Terapevtik Klinikasının baş həkimi postunu da tutmuşdu. Yəni, səhiyyə menecmenti sahəsində təcrübəsi az olmamalı idi. Lakin hələ o təyin olunan zaman onun Azərbaycan Azərbaycan Tibb Universitetinin sabiq rektoru, hazırda Milli Məclisin Səhiyyə Komitəsinə rəhbərlik edən, akademik Əhliman ƏImiraslanovla qohumluq əlaqəsi səbəbindən sürətli karyera inkişafı yolunu keçdiyini söyləyənlər də az deyildi.

Müasir menecment, yoxsa köhnə ənənələrin yeni üslubda davamı…

Ramin Bayramlının TƏBİB rəhbərliyinə gəlişi dünyada və ölkəmizdə koronavirus infeksiyasının vüsət aldığı dövrə təsadüf etdi. Mütəmadi olaraq Operativ Qərargahın brifinqlərində mətbuat nümayəndələrinin suallarını cavablandıran və ölkə səhiyyəsinin faktiki rəhbəri obrazında cəmiyyətə təqdim edilən R.Bayramlı az keçmədi ki, ciddi tənqid hədəfinə gəldi. Onu müxtəlif məsələlərdə ittiham etdilər. Öz şəxsi klinikasını yaradaraq COVİD testləri götürməsinə, bu sahədə monopoliya yaratmasına, dəbdəbəli villa tikdirməsinə, ictimai rəyi qulaqardına vurmasına, səhiyyə sahəsində heç bir yenilik edə bilməməsinə, onsuz da zəif durumda olan ölkə səhiyyəsinə aqoniya vəziyyətinə gətirməsinə qədər müxtəlif məsələlərdə ittiham olunurdu. Amma bütün bu narazılıqlar onun “dəmir iradəsini” sındıra bilmirdi. Sanki hansısa “qaranlıq əl” hər vəchlə onu qorumağa çalışır və buna nail olurdu. Ancaq bir yerə qədər…

Bir müddət sonra artıq yuxarı hökumət dairələrində də başa düşdülər ki, Bayramlı uğurlu kadr deyil. Düzdür, onu rəsmi olaraq vəzifədən azad etməyiblər. Hazırda nəinki sahiyyə cameəsinin, bütövlükdə cəmiyyətin ağrılı yeri olan koronavirus infeksiyası ilə bağlı bütün müzakirələrdən kənarda qoyulub. Brifinqlərdə Səhiyyə nazirinin səlahiyyətlərini icra edən şəxs görünsə də, bu qurumu ardıcıl olaraq şöbə müdiri səviyyəsində təmsil olunur. Və elə bir situasiya yaranıb ki, uzun illərdir ləğv edilməsi gözlənilən, səlahiyyətlərinin bir qismi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, bir hissəsi isə rəhbəri olduğu TƏBİB-ə veriləcəyi gözlənilən Səhiyyə Nazirliyi yenidən dominant quruma çevrilib. Bu gün üçün Səhiyyə Nazirliyi bütün paytaxt Bakıya nəzarəti götürürsə, qısa müddət sonra bütün ölkə səhiyyəsinə nəzarət edəcəyi qaçılmazdır. Bu məlum prosesin başlanğıcıdır və nə yazıqlar ki, biz irəliyə yox, geriyə, yenidən Səhiyyə Nazirliyi dövrünə qayıdırıq. Bu məsələdə isə Ramin Bayramlının səriştəsiz idarəçiliyinin də rolu az deyil.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu HOKM.AZ-a bildirib ki, Azərbaycan səhiyyəsində dərin böhran hökm sürür. ADP sədri vəziyyətdən çıxış yolu olaraq ya TƏBİB-in, ya da Səhiyyə Nazirliyinin ləğv edilməsi təşəbbüsünü irəli sürür:

“Yoluxma sayı sürətlə artır. Vətəndaşlar evlərində oturub gözləyirlər ki, gəlib onlardan test götürsünlər. Lakin test götürən yoxdur. Günlərlə, bəzən həftələrlə gözləyirlər. İnsanların taleyinə bu qədər dırnaqarası yanaşmaq olmaz. TƏBİB tam mənasız qurum oldu. Ümumiyyətlə bu qurumu niyə yaratdılar ki?” – sualı ilə partiya sədri rəsmilərə müraciət etməyi də unutmur.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI