Pamdemiya nə vaxt və necə bitəcək? - 3 ssenari...

08 sentyabr, 2021 18:09

Artıq inkişaf etmiş ölkələrin də vaksinasiyadan sonra yeni mutasiyaların dalğası ilə üz-üzə qalması pandemiya ilə vəziyyətin ürəkaçan olmadığını göstərir.

Aliməri, həkimləri, hətta dövlət rəsmilərini bir sual maraqlandırır: bundan sonra nə olacaq? 90% əhali peyvəndlənəndən və kollektiv immunitet yarandıqdan sonra dünya əvvəlki axarına qayıdacaqmı?

Medicina.az dünya mətbuatında mütəxəssislərin pandemiyanın sonu barədə irəli sürdüyü mümkün ssenariləri araşdırıb. Onlardan hansı daha realdır?

İyulun sonunda dünyaca məşhur elmi dərgi olan Lancetdə alimlərin məqaləsi dərc olundu. Onlarla avropalı alim pandemiyanın hansı istiqamətdə gedəcəyini təhlil edərək diskussiya aparıb. Onları heç olmasa yaxın 3 ildə pandemiyanın bitib-bitməyəcəyi düşündürüb.

Alimlərin fikrincə, son 3 əsas faktordan asılı olacaq:

1 – Təkcə ayrı-ayrı ölkələrdə yox, bütün dünyada, eyni vaxtda vaksinasiyanın ən azı 80-90%-ə çatması baş verərsə. İndiki durumda İsrail və ya Almaniya, Çin, ABŞ əhalisini peyvəndləyir, amma İran, inkişaf etməmiş ölkələr, MDB dövlətləri isə hələ geridədir. Belə vəziyyət işə yaramır. Ya bütün ölkələr eyni vaxtda 2-3 dozanı vurdurub, 6 ay gözləməlidir, ya da virus bir ölkədən digərinə yayılacaq.

Planetdə nəhəng masştabda, sürətdə peyvəndləmə olmalıdır.

2-ci faktor – virus necə mutasiyaya uğrayacaq? Yeni ştammlar nə dərəcədə təhlükəli olacaq? Bunu isə zaman göstərəcək

3-cü faktor – istər peyvənd olunanlar, istər olunmayanlar özünü qoruma və məsafə tədbirlərinə dəqiq hələ 1 il əməl etməlidir. İnsanlar arxayınlaşdıqca, virus ayaq açır.

Təcridetmələr, karantinlər, məhdudlaşdırmalar çox yumşalmamalıdır.

Alimlər hesab edir ki, bu günkü mənzərəyə görə bu 3 faktordan heç biri ürəkaçan dərəcədə deyil. Ona görə də yaxın 2 ildə pandemiyanın bitəcəyini proqnozlaşdırmaq olmaz

Pandemiyanın gedişini məhz kovidə qarşı yeni, təsirli dərmanın tapılması da dəyişə bilər. Hazırda belə dərman üzərində çox şirkətlər çalışır.

Nəticə olaraq, alimlər etiraf edir ki, koronavirusdan tam və həmişəlik yaxa qurtarmaq çətin mümkün ola. Hətta kovid xəstələri sağalsa da, əhalinin 90% yoluxub sağalsa da, koronavirus infeksiyası heyvanlar arasında gəzişəcək. Və bir gün gözlənilmədən təhlükəli mitasiyaya çevrilib insana keçəcək.

3 SSENARİ

Bu ssenarilər JAMA elmi dərgisində çap olunub.

Ssenari 1- tam qovulma

Tibb işçilərinə bir zaman çiçək xəstəliyində olduğu kimi kovidi də Yer üzündən birdəfəlik yox etmək nəsib ola bilər. Belə bir uğura imza atmaq üçün bir şərt lazımdır: insanların immunitetinin polad kimi möhkəm olması. İmmunitet o qədər sağlam olmalıdır ki, təkrar yoluxmalar olmasın və infeksiya bir insandan digərinə keçməsin.

İndiki halda realist ssenari belə ola bilər. Hər bir ölkə 2-4 aylıq tam təcridə keçib, sərhədlərini bağlayıb, əhalisinin 90% ni peyvənd etdirib, bütün yoluxanları sağaldıb, sıfıra endirməklə.

Bu ssenari ilə artıq Avstraliya, Vyetnam, Çin, Sinqapur gedib və uğura çatıb. Epidemiyanı ciddi nəzarətdə saxlamaqla ölkələr virusa qalib gələ bilər.

2-ci Ssenari – virusla yanaşı həyat

İndiki və yeni vaksinlər insanları kovidin ağır gedişatı və ölümdən qoruya biləcəyini nəzərə alsaq, insanlar virusla birgə yaşayacaq. Hansı ölkədə vaksinasiya mütəmadi aparılacaq, orda korona mövsümi adi qripə çevriləcək və insanlara zərər verməyəcək.

3- ssenari – kütləvi ümümdünya yanma

Bu ssenari daha realdır. Əgər hələ də üçüncü dərəcəli kasıb ölkələr vaksinsiz qalıbsa, planetin yarıdan çoxu vaksin olmayıbsa, o zaman qurunun oduna yaş da yanacaq. Belə olan halda virus sürətlə yayılacaq, yayıldıqca da mutasiyaya uğrayacaq. Bu zaman güclülər yaşayacaq, zəiflər gedəcək.

Alimlər ən yaxşı halda 2-ci ssenarini arzulayır. Kovid qrip kimi mövsümi virusa çevrilib, insanlar arasında sakitcə gəzişsin

Ən pis halda isə üçüncü ssenari ola bilər.

Kovidə qarşı antitellərin cəmi 5-6 ay davam etməsi insan orqanizmini bu mübarəzədə zəif tərəf edib. Koronavirus nə qızılcadır, nə çiçək xəstəliyi. Onlarda immunitet ömürlük ola bilər, burda isə ömürlük müdafiədən söz belə getmir.

İndiki vaksinlərin heç biri 90% qorunma vəd etmir, ona görə peyvənd olunanlar da virusu daşımaqda davam edəcək

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"