"TƏBİB niyə yaranıb, nəyə xidmət edir, oyuncağa çeviriblər" - Sərdar Cəlaloğlu

13 sentyabr, 2021 20:20

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Bildirək ki, qurum rəsmisi ərizəni iki gün əvvəl yazıb, hətta bununla bağlı “Twitter” hesabında da paylaşım edib. Əksəriyyət Bayramovun bu addımını  TƏBİB-in yarıtmaz fəaliyyəti, onun cəmiyyətin əsas tənqid hədəflərindən birinə çevrilməsi ilə əlaqələndirir.  Ümumiyyətlə, bir çox insan ölkədə tibbi xidmətin şaxələnməsinin doğru olmadığını və səhiyyənin vahid bir mərkəzdən idarə edilməsinin vacibliyini vurğulayır.

"Azsiyaset" xəbər verir ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu məsələ ilə bağlı yenisabah.az-a açıqlamasında qeyd edib ki, idarəetmədə ikibaşlılıq çox böyük bir qüsurdur, dünyanın heç bir ölkəsində səhiyyə sistemi kimi mühüm bir sistemin üzərində sosial eksperiment keçirilmir:

“TƏBİB təşkilatını kimin hansı məqsədlə yaratdığı məlum deyil. Bunların hamısı gizli, cəmiyyətə aydın olmayan səbəblərlə bağlıdır və təcrübə də göstərir ki, bu, çox yanlış bir addımdır, qətiyyən səhiyyədə ikibaşlılıq yaratmaq olmaz. 

Səhiyyə rəhbərliyini möhkəmləndirmək, daha ciddi adamları səhiyyə təşkilatının başına gətirmək əvəzinə, dublikatını yaradıblar. Bu da həm qarmaqarışıqlığa, həm yeyintilərə səbəb olur, həm də səhiyyə işinin təşkilində çox ciddi problem olur.  

Koronavirus dönəmində bu cür ikili yanaşmanın ağır nəicələri oldu. Məsələn, xəstəxanaların bəzilərində yalnız TƏBİB-in icazəsiylə xəstələri yerləşdirmək mümkün olurdusa, bəzilərinə bu icazəni Səhiyyə Nazirliyi verməli idi. Belə işlərə yol vermək olmaz”.

Həmsöhbətimiz hesab edir ki, bircə Səhiyyə Nazirliyi fəaliyyət göstərməlidir və hər şeyə o, cavabdehlik daşımalıdır:

“İşin yaxşı təşkili üçün çox ağıllı, ləyaqətli bir şəxs olmalıdır. Kimin dostu, qohumu varsa, xətri qalmasın deyə təşkilat yaratmaq olmaz. Bunlar dövləti oyuncağa çevirirlər, qüsurlu təcrübədir. Ümumiyyətlə, TƏBİB niyə yaranıb, nəyə xidmət edir? Bunu bir nəfər çıxıb izah etsin ki, Səhiyyə Nazirliyi ola-ola ona alternativ bir xidmət niyə yaradılır? 

Dövlət bu iki müəssisə arasında sağlamlıq siyasətini necə həyata keçirir? Ölkədə baş verən səhiyyə pozuntularına qarşı kim cavabdehlik daşıyır? İndiyədək TƏBİB Səhiyyə Nazirliyindən fərqli hansı işləri görüb? Azərbaycan xalqının sağlamlıq probleminin aradan qaldırılması istiqamətində nə kimi dəyişiklik edib? Bütün bu suallar cavabsız qalıb. Yaratdıq, dağıtdıq, qoyduq, çıxardıq, tutduq, asdıq, kəsdiklə iş olmur. Səhiyyə sistemində, dövlətin əsas təhlükəsizlik orqanlarından birində bu cür mühəndislik etmək millətə ən böyük zərbələrdən biridir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR