İnflyasiya iqtisadiyyatın uğurlarını "yeyir" - Qiymətlər xeyli artıb, gəlirlər azalıb

26 sentyabr, 2021 12:19

Azərbaycanda bu ilin səkkiz ayı ərzində ÜDM ötən ilin analoji dövrü ilə müqayisədə 3,6 faiz artıb. Qeyri-neft sektorunda artım 5,5 faiz təşkil edib. Ölkə iqtisadiyyatında yeddi ay ərzində artımın 2,7 faiz, o cümlədən qeyri-neft sektorunda 5,3 faiz olduğunu nəzərə alsaq, deyə bilərik ki, ümumilikdə iqtisadiyyatda, xüsusi olaraq isə qeyri-neft sektorunda inamlı inkişaf var.

Ancaq iqtisadi artımdan gözlənilən əsas məqsəd ölkə əhalisinin rifah halının yüksəlişidir. Həqiqətən də, iqtisadi artım sürəti nə qədər yuxarıdırsa, ölkə və onun əhalisi bir o qədər yaxşı yaşayır. Ancaq bizim misalımızda bunu söyləmək çətindir. Çünki, rəsmi statistikanın göstəricilərinə görə, ölkədə inflyasiyanın yüksəlməsi ilin əvvəlindən iqtisadiyyatdakı yetərincə artımı neytrallaşdırır. Üstəlik, inflyasiya hətta iqtisadi artım sürətini üstələyir.

Belə ki, bu ilin əvvəlindən Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) ötən ilin analoji dövrü ilə müqayisədə 104,8 faiz təşkil edib. O cümlədən, ərzaq məhsullarının, içkilərin və tütün məmulatlarının qiymətləri 5,4 faiz, qeyri-ərzaq məhsullarının qiyməti və əhaliyə pullu xidmətin tarifləri 4,2 faiz artıb.

Üstəlik İQİ hər ay yüksəlir. Məsələn, avqustda iyulla müqayisədə artım 0,5 faiz, ötən ilin avqustu ilə müqayisədə isə 6,7 faiz təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üçün İQİ artımı isə bir ay üçün 0,8 faizə və illik hesablamada 7,8 faizə bərabər olub. Bu vaxt qeyri-ərzaq məhsulları müvafiq olaraq 0,3 faiz və 5 faiz, əhaliyə pullu xidmətlər isə əvvəlki ayla müqayisədə 0,2 faiz, ötən ilin avqustu ilə müqayisədə 6,4 faiz bahalaşıb.

Digər tərəfdən, Azərbaycan əhalisinin nominal pul gəlirləri ilin əvvəlindən təqribən 37,2 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Bu vaxt onu da nəzərə almaq lazımdır ki, əhalinin nominal pul gəlirləri ötən il 2019-cu ilin göstəricilərinə münasibətdə 1,8 faiz azalmışdı. 

Yəni, əhalinin nominal pul gəlirləri bu ilin avqustunda hətta 2019-cu ilin avqustunun səviyyəsinə də çatmayıb, inflyasiya isə ötən illə müqayisədə artım, 2019-cu illə müqayisədə isə azalma sayılmalı bu göstəricini bir neçə dəfə üstələyir. Deməli, ÜDM artımı bu dəfə özünün təyinatını yerinə yetirməyib.

Yeri gəlmişkən, bunu pərakəndə mal dövriyyəsi ilə bağlı göstəricilər də təsdiqləyir. Bu ilin səkkiz ayı ərzində pərakəndə ticarət şəbəkələri vasitəsilə istehlakçılara 26,46 milyard manatlıq məhsul satılıb. Əhali 14,347 milyard manatlıq ərzaq məhsulları, 12,113 milyard manatlıq qeyri-ərzaq məhsulları əldə edib. 2020-ci ilin analoji dövrü ilə müqayisədə pərakəndə ticarətin dövriyyəsi real olaraq 2,7 faiz artıb. O cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları 2,4 faiz, qeyri-ərzaq məhsulları isə 3,1 faiz çox satılıb.

Aydın görünür ki, səkkiz ayın yekunlarına görə Azərbaycan əhalisinin nominal pul gəlirləri daha çox ÜDM-un yox, İQİ-nin artımına müvafiq gəlir. Və bu doğrudur - əhalinin xərcləri gəlirlərinin göstəricilərini üstələyə bilməz. Digər tərəfdən, ÜDM və inflyasiyanı ümumiyyətlə bir-birinə bağlamaq tam doğru deyil. 

ÜDM - çox sayda iqtisadi faktorların məcmusunu özündə cəmləyən deflyatordur. İnflyasiya ona yalnız müəyyən təsir göstərə bilər. İndiki halda da görünür ki, ölkə iqtisadiyyatının artım sürəti bütün proqnozları qabaqlayır, ancaq inflyasiya iqtisadiyyatın bütün uğurlarını yeyir. Və bu problem daha da kəskinləşəcək, çünki indiki inflyasiya qlobal xarakter daşıyır və, böyük ehtimalla, yaxın perspektivdə azalmayacaq. (virtualaz.org)

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI