Avtovağzalda və ətrafında niyə hamı narazıdır? - REPORTAJ

09 oktyabr, 2021 15:20

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən oktyabrın 1-dən rayonlararası sərnişindaşımada COVİD-19 pasportu tələb olunur. Pasportu və ya əks-göstəriş sertifikatı olmayan sərnişinlərə bilet satılmır.

Qərarın tətbiqindən cəmi 1 həftə keçsə də, avtobuslarla rayonlara gedən sərnişinlərin sayı kəskin azalıb. Pandemiyanın pik vaxtlarında işləmədiklərindən ziyana düşən avtobus sürücüləri indi də sərnişin azlığından şikayətçidirlər. Onların sözlərinə görə, reysə çıxmaq sərfəli deyil, məsələn, 45 sərnişin tutumu olan avtobusla cəmi 10-15 sərnişin daşıyırlar. Sərnişin azlığından avtobusların hamısı reysə çıxa bilmirlər. Amma tək şikayətçi sürücülər, sərnişindaşıma xidməti göstərən sahibkarlar deyil. COVİD-19 pasportu olmayan sərnişinlər də narazıdırlar. Çünki taksilərin ümidinə qalıblar,  onlar isə fürsətdən istifadə edərək gedişhaqqını bahalaşdırıblar.

"Azsiyaset" xəbər verir ki, virtualaz.org yeni qərarın tətbiqindən sonra rayonlara sərnişindaşıma ilə bağlı vəziyyəti öyrənib. Bəlli olub ki, son 5-10 gündə gedişhaqqı ən azı 5-7 manat bahalaşıb. Taksilər Beynəlxalq Avtovağzalın ərazisinə buraxılmır, yol kənarlarında dayanmalarına da icazə verilmir. Bununla belə, maşınlarını dayanacaqlarda saxlayıb sərnişin götürmək üçün şirin dilini işə salan, müştəri uğrunda mübahisə edən sürücülər yenə də iş başındadılar.

 “Jurnalistlər çörəyimizə bais olur...”

 Bunu taksi sürücülərdən biri deyir və əlavə edir ki, jurnalistlər onlar üçün arzuolunmaz şəxslər siyahısındadılar. Çünki onların gündəlik güzaranından yazılmır, yalnız fəaliyyətləri tənqid edilir. 

“Hər dəfə gəlirlər, çəkirlər, yazırlar, bizi işə salırlar. Bir parça çörəyimizdən oluruq”, - Gəncəyə sərnişin daşıyan “Vito” mikroavtobusun sürücüsü deyir və bizə ərazidən uzaqlaşmağımızı məsləhət görür.

Yolun qarşı tərəfinə keçirik, bizi sərnişin hesab edən sürücü gediş haqqı ilə bağlı məlumat verir. Gəncəyə “Vito” ilə getmək 10-12 manata başa gəlir. Sürücü arxayın edir ki, yolda saxlayıb COVİD-19 pasportu tələb edərlərsə, sərnişin problem yaşamayacaq, uzaqbaşı pasportsuz sərnişin daşıdığına görə onun özü cərimələnəcək. Taksi sürücüsü isə araya girir, deyir ki, 20 manata Gəncədəki evə qədər aparır, üstəlik, yolda saxlayıb pasport tələb edən də olmayacaq.

Qiymət 2 dəfə artıb...

Bir anda taksi sürücülərinin əhatəsində qalırıq.  Bizi sərnişin zənn edən sürücülər mübahisəyə başlayırlar, 20 manatdan təklif edilən gedişhaqqı 17 manatadək endirilir. Qərb və cənub bölgəsinə gediş haqqı 20 manatdan başlayaraq 25 manatadək davam edir. Uzun müddət müştəri gözləyən sürücülər 2-3 manat endirim edirlər ki, yola çıxa bilsinlər. Məsələn, Yevlaxa sərnişin daşıyan sürücü and-aman edir ki, dünən 20 manatdan aşağı sərnişin aparmayıb. Bu gün 2 nəfər tapıb, yola çıxmaq üçün daha 2 nəfərə ehtiyacı var, 3 saatdan çoxdur digər 2 müştərini dilə tutub yubadır. Buna görə də 18 manata aparmağa razıdır.

Yoldaşlarının Abbas deyə çağırdığı sürücü isə bildirir ki, yanacaq bahalaşıb, gediş-gəliş çətinləşib. Bir tərəfdən də avtobusların fəaliyyətinə icazə verilib. Bayram, ya tətil də deyil ki, müştəri çox olsun. Adətən bayramlarda qiyməti 3-4 manat artırırlar. İndi isə bu qiymət də sərfəli deyil: “Avtobuslar böyükdür, adambaşına 10 manatdan yığanda sərf edir. Amma biz dörd adamla bu yolu 10-12 manata gedə bilmirik. Tələsən, işi olan bizimlə gedir, ucuz getmək istəyən avtobusu gözləyir”.

Xaçmaza sərnişin daşıyan Rauf isə deyir ki, indi əvvəlki vaxt deyil, maşının dolmasına görə saatlarla gözləməyə məcburdurlar.

“İndi hər şeyin qiyməti qalxıb, sürücünü də qınamayın. Tək yanacaq deyil, maşının ehtiyat hissələri 4-5 dəfə bahalaşıb. Hələ üstəlik, əlavə xərclərimizi demirəm”.

Onu da öyrənirik ki, İmişli, Beyləqan, Daşburun, Əhmədbəyli, Füzuli istiqamətində də gediş haqqı ən azı 5 manat qalxıb.

“COVİD-19 pasportu yoxdur, vağzala buraxmadılar”

 Oğlu ilə birgə Bərdəyə gedən sərnişin də “Vito” sürücüsünə qoşulub müştəri səsləyir. Deyir ki, axşam rayonda olmalıdırlar, amma saat yarımdır avtomobilin dolmasını gözləyirlər.

“Mən vaksin vurdurmuşam, oğlum vurdurmayıb. Avtovağzala buraxmadılar, sürücüyə dedim, bu boyda avtobusu kimdir yoxlayan, qoy gedək. İcazə vermədi, 40 manat da taksiyə verib getməyə imkanım yoxdur. Saat yarımdır gözləyirik”,- sərnişin gileylənir. Əlavə edir ki, sərnişindən çox taksi var. Heç kim bir-birinə güzəşt etmir. Halbuki növbə ilə çıxsalar, gecikmə olmaz.

Ciddi tədbirlər görüləcək

Bəs sərnişindaşımaya cavabdeh strukturlar hansı tədbirləri görür, yaxud görməyi planlaşdırır?

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin və taksi sürücülərinin kompakt toplaşdığı digər ərazilərdən rayonlara qeyri-qanuni sərnişin daşıyan sürücülərə qarşı ciddi tədbirlər görüləcək. Gələn həftədən yol polisi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti birgə reydlərə başlayacaq. Xidmətin açıqlamasında deyilir ki, qeyri-qanuni daşımalar çox ciddi problem yaradır. Ən böyük problemlərdən biri də qiymət artımıdır. Tarif Şurasının müəyyən etdiyi standart qiymətlər var və tariflər "avtovağzal.az" saytında da qeyd olunur. Qiymətlər sərnişinlərə kassalarda rəsmi qaydada təqdim edilir.

Amma xidmətin özü də etiraf edir ki, qanunsuz sərnişin daşımaların, başqa sözlə, taksilərin kökünü birdəfəlik kəsmək mümkün olmayacaq. Uzaqbaşı bir yerdən başqa bir əraziyə köçəcəklər. Hələlik, bir yanda, sərnişin olmadığından narazılıq edən sahibkarlar, avtobus sürücüləri, digər yandan çörəkpulu qazanmaq üçün yola çıxan taksilər var. Heç bir təhlükədən sığortalanmayan sərnişinlərin şikayət və narazılıqları da öz yerində...

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"