Müəllim peşəsindən uzaq düşən kişilər... - ARAŞDIRMA

25 oktyabr, 2021 15:08

Bu gün ölkənin ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlərin əksər hissəsini qadınlar təşkil edir. Direktor vəzifəsində çalışan qadınların da sayı az deyil. Ancaq onlardan fərqli olaraq məktəblərdə çalışan kişi müəllim və direktorların sayı nəzərəçarpacaq dərəcədə azdır. İldən-ilə də onların sayında azalma müşahidə olunur.

Statistika Komitəsinin məlumatına görə, 2009-2010-cu tədris ilində ümumi müəllimlərin sayı 161 min 299, kişi müəllimlərin sayı 37099, 2014-2015-ci tədris ilində ümumi müəllimlərin sayı 149 min 602, kişi müəllimlərin sayı isə 31 min 416, 2019-2020-ci tədris ilində ümumi müəllimlərin sayı 141 min 749, kişi müəllimlərin sayı 24097 olub. Hazırda isə Azərbaycanın 4481 ümumtəhsil məktəblərində çalışan 149,602 müəllimin 71 faizini qadınlar, 29 faizini isə kişi müəllimlər təşkil edir. Statistikadan da göründüyü kimi ildən-ilə müəllimlik peşəsində çalışan kişilərin sayında azalma olur.

Təhsil naziri Emin Əmrullayev bildirib ki, təhsildə qadınların çox olması gələcəkdə problemlərə səbəb olacaq.

Nazirin fikrincə, mütləq şəkildə kişi müəllimlərin sayını artırmaq lazımdır:

“Biz məktəblərdə kişi müəllimlərin çox olmasını istəyirik. Hesab edirəm ki, bu problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə ciddi ehtiyac var”.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, orta məktəblərdə kişi müəllimlərinin sayı 1990-cı ildən etibarən azalmağa başlayıb.

O dövrdən etibarən kişi müəllimlərin kütləvi şəkildə məktəbdən uzaqlaşması müşahidə olunur:

“Sovet dönəmində də məktəblərdə kişi müəllimlərin sayı çox deyildi. Ancaq onların sayı indiki qədər da azlıq təşkil etmirdi. Bu gün ölkənin orta məktəblərində fəaliyyət göstərən ibtidai sinif müəllimlərinin 99 faizini qadınlar təşkil edir. Kişi ibtidai sinif müəllimi demək olar ki, yoxdur. Ayrı-ayrı fənlər üzrə kişi müəllimlərin də sayı qadınlara nisbətən azdır”.

Ekspertin sözlərinə görə, ölkə üzrə müəllimlərin böyük əksəriyyətinin qadınların təşkil etməsinin səbəblərindən biri onların müqəddəs peşə sayılan müəllimliyə daha çox maraq göstərməsidir:

“Qadının təbiətində tərbiyə etmək, öyrətmək, məşğul olmaq xüsusiyyəti var. Ona görə də xanımların böyük əksəriyyəti müəllimlik peşəsini seçir. Gəlin etiraf edək ki, qadın müəllimlərin çoxu bu peşəni müvəffəqiyyətlə yerinə yetirirlər. İkinci bir səbəb isə ailədə olan qız uşaqlarının valideynlər tərəfindən müəllimlik peşəsinə yönəldilməsidir. Valideynlərin çoxu hesab edir ki, qadın üçün ən gözəl peşə müəllimlikdir. Ona görə də onlar övladlarını daha çox bu peşəyə yönəldirlər”.

N.İsrafilov bildirib ki, məktəblərdə kişi müəllimlərin kifayət sayda olması çox vacib şərtdir. Hətta bəzi fənlər məhz kişi müəllimlər tərəfindən tədris olunmalıdır:

“Hərbi hazırlıq dərslərini məktəblərdə mütləq şəkildə kişi müəllimlər keçməlidir. Mənim fikrimcə, şagirdlərin xüsusilə də oğlanların həm kişi həm də qadın müəllimlərin təsiri altında formalaşması daha doğru olar. Ailədə də uşaq ata zabitəsi və ana mehribanlığı görür. Bu da onların kamil, məhsuliyyətli bir sözlə əsil vətəndaş kimi formalaşmasına kömək edir. Ancaq məktəbdə bu tənasüb gözlənilmir. Elə məktəblər var ki, orada pedaqoji kollektiv yalnız qadınlardan ibarətdir. Hətta idman dərslərin belə qadınlar keçir. Belə olan halda da burada təhsil alan şagirdlər ancaq qadınlarla ünsiyyətdə olur. Qarşılıqlı ünsiyyətdə onların özünə məxsus çılğınlığını, bəzi hallarda aqressiv münasibətini, əksər hallarda mehribanlığını görür. Bu da şagirdlərin tərbiyəsinə, məsuliyyətli insan kimi formalaşmasına müəyyən qədər öz mənfi təsirini göstərir. Bütün bu sadalanları nəzərə alaraq mütləq şəkildə məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır. Qadınların gələcəyimiz olan uşaqları yetişdirmək, tərbiyə etmək, formalaşdırmaq və hər bir gənci xalqa, cəmiyyətə təqdim etmək məqsədilə müəllim peşəsini seçməsi çox müsbət haldır. Təqdirəlayiq haldır. Ancaq uşaqların güclü vətənpərvərlik ruhunda böyümələri üçün kişi müəllimlərə ehtiyac var”.

Sosioloqlar hesab edir ki, bu gün ölkədə kişilərin müəllimlik peşəsinə az maraq göstərməməsinin ən başlıca səbəbi əməkhaqqının aşağı olmasıdır: “Azərbaycan cəmiyyətində ailəni əsasən kişi saxlayır. Evə əsas qazanc gətirən, xərcləri qarşılayan da kişidir. Müəllimin aldığı az əməkhaqqı ilə indiki zamanda ailə saxlamaq mümkün deyil. Bu səbəbdən də pedaqoji təhsili olan kişilərin çoxu müəllimliyi atıb ailələrini saxlamaq üçün başqa işlərdə çalışırlar”.

Sosioloq Etibar Həsənovun dediyinə görə, bu gün orta məktəbi bitirən hər bir gənc oğlan təbii olaraq gələcəkdə ona daha çox gəlir gətirəcək ixtisası seçməyə çalışır. Müəllimlik gəlirli sahə olmadığı üçün onlar da bu ixtisası seçmir:

“Bu gün çox az oğlan tapılar ki, əməkhaqqısı az, gəliri olmayan müəllimlik peşəsini seçsin. Seçsə belə bir neçə ildən sonra, maddi problemlərlə üzləşəndə müəllimliyi atır. Məcbur qalıb başqa işlə məşğul olmağa başlayır”.

Sosioloq vurğulayıb ki, bu gün bir sıra ölkələrdə müəllim maaşı ümumi orta əməkhaqqı göstəricisindən yüksəkdir. Almaniyada müəllimin aylıq maaşı 4-5 min avroya bərabərdir. ABŞ-da 2600 avro, Danimarkada 3046 avro, Belçikada 2688 avro, Böyük Britaniyada 2680 avro, İtaliyada 1995 avro, Polşada 999 avro, Rusiyada 545 avro, Türkiyədə isə 800 avrodur. Yaponiyada müəllimlər il ərzində 62 100 dollar maaş alırlar. Amma bu da onların əsas maaşı deyil. Bu ölkədə müəllimlərin çox böyük sosial və tibbi sığortası var və bunu da dövlət özü qarşılayır. Bununla yanaşı digər imtiyazlar da mövcuddur – mənzil təminatı, yüksək təqaüd zəmanəti və sair. Bu səbəbdən də bu gün Yaponiyada insanların çoxu müəllimlik peşəsinə üstünlük verir. Üstəlik bu ölkədə müəllim işləyən kişilərin sayı qadınlara görə çoxluq təşkil edir. Yaponiyada ibtidai təhsil müəllimlərinin 39 faizi, orta təhsil müəllimlərinin 61 faizi, yuxarı sinif müəllimlərinin isə 78 faizi kişilərdir:

Ancaq Azərbaycanda digər ölkələrlə müqayisədə müəllimlərin əməkhaqqı çox aşağıdır: “Mən əminəm ki, əgər müəllimlərin əməkhaqqısı artırılsa və aldıqları məvacib dərs deyənləri qane etsə, bütün ehtiyaclarını ödəsə, o zaman bu peşəni seçən kişi müəllimlərin sayı da sürətlə artacaq. Əmək haqqının az olması kişiləri müəllimlik peşəsindən uzaqlaşdıran ən başlıca səbəbdir”.

Keçmiş coğrafiya müəllimi Şamxal Yusifov qeyd edir ki, yeddi il məktəbdə coğrafiya müəllimi kimi fəaliyyət göstərib:

“İxtisas seçimi zamanı hələ uşaqlıqdan böyük maraq, sevgi və həvəs göstərdiyim müəllimliyi seçdim. Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil oldum və bu təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirdim. Müəllimlərin işə qəbulu imtahanında iştirak etdim. Müsabiqənin bütün mərhələlərindən uğurla keçdim. Təyinatım verildi və orta məktəblərin birində coğrafiya müəllimi işləməyə başladım. Yeddi il ixtisasım üzrə müəllim işlədim. Əsas hədəfim ən yaxşı müəllim olmaq və sıravi müəllimlikdən direktor vəzifəsi yüksəlmək idi. Böyük həvəs və səylə hədəfimə doğru irəliləyirdim. Ancaq təəssüf ki, üzləşdiyim maddi çətinliklər mənə mane oldu. Aylıq məvacibim ailəmin dolanışığı üçün yetərli deyildi. Müəllimlikdən aldığım maaşla ailəmi dolandıra, ehtiyacları ödəyə bilmirdim. Ona görə də məcbur qalıb sevimli peşəmdən uzaqlaşmalı oldum. İndi isə tamamilə başqa sahədə fəaliyyət göstərirəm”.

Riyaziyyat müəllimi Mikayıl Xəlilovun sözlərinə görə, 15 ildir ki, riyaziyyat müəllimi işləyir. Bu 15 ildə bir an belə olsun bu peşədən uzaqlaşmağı düşünməyib: “Müəllimliyi ancaq bu peşəni ürəkdən sevən insan seçir. Peşəni sevdikdən, gördüyün işdən mənəvi zövq aldıqdan sonra işin maddi tərəfininin o qədər də önəmi qalmır insan üçün. Mən peşəmin vurğunu, müəllimliyə ürəkdən bağlı olan insanam. Mənim üçün müəllimlikdən başqa peşə yoxdur. Doğrudur, əməkhaqqım çox aşağıdı, maddi problemlərlə üzləşirəm, cətinliklərim olur. Məvacibim sosial xərclərimi ödəməyə yetmir çox vaxt. Son 3 ildir ki, maddi problemlərimi aradan qaldırmaq üçün məcburiyyətdən müəllimliklə yanaşı repetitorluqla da məşğul oluram. Ancaq bütün bu çətinliklərə rəğmən, müəllimliyi atmaram heç vaxt. Peşəmə dönük çıxmaram”.

bakupost.az

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"