Paşinyan sülh razılaşmasından boyun qaçırır? - "Məlumatları mətbuata ötürüb

27 oktyabr, 2021 00:27

Bir neçə gün öncə Ermənistan mətbuatında Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanacağına dair sensasiyalı məlumat yayıldı.

Ermənistanın müstəqil “Aliq Media” nəşri tərəfindən dərc olunan və dərhal demək olar, bütün aparıcı erməni KIV-ləri tərəfindən tirajlanan, sonradan isə Kremlə yaxın “RİA Novosti”nin də təqsdiqlədiyi həmin məlumatda deyilirdi ki, noyabrın 9-da, ya da 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada görüşəcək və Vladimir Putinin iştirakı ilə iki hissədən ibarət sülh müqaviləsi imzalayacaqlar. 

Birinci sənəd Azərbaycanla Ermənistanın dövlət sərhədlərinin demarkasiyası və delimitasiyasını nəzərdə tutur. Hansı ki, bununla tərəflər SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının 1920-ci ilə aid xəritələrinə əsaslanaraq, bir-birilərinin sərhədlərini və ərazi bütövlüyünü tanıyırlar. İkinci sənəd isə kommunikasiyaların, yolların açılmasıyla bağlıdır.

Bu məlumat artıq bir neçə gündür ki, həm Ermənistan, həm də Azərbaycan cəmiyyətinin və mətbuatının əsas müzakirə mövzusudur. Azərbaycan və Rusiya tərəfindən bu məlumata hər hansı rəsmi münasibət açıqlanmasa da, erməni mətbuatı yazır ki, Ermənistan XİN belə bir görüş barədə hər hansı razılaşmanın olmadığını bildirib.

Ancaq hadisələrin gedişi göstərir ki, belə bir görüşün keçirilməsi və sənədin imzalanması qaçılmazdır. Elə Rusiya Prezidenti Vladimir Putinin son “Valday” Klubundakı çıxışında Azərbaycanla Ermənistan arasındakı sərhədlərin delimitasiyası və demarkasiyasında Rusiya Müdafiə Nazirliyinin arxivindəki xəritələrdən istifadə olunacağına, eləcə də Zəngəzur dəhlizinin və ümumilikdə kommunikasiyaların açılmasına dair fikirləri, əlbəttə ki, təsadüfi deyildi. Bundan öncə, MDB başçılarının videokonfrasında Nikol Paşinyanın Zəngəzur dəhlizində qatar yolu ilə yanaşı avtomobil yolunun olacağına, həmçinin Ermənistanın Azərbaycan vasitəsilə Rusiyaya və İrana yol əldə edəcəyinə dair söylədikləri də ondan xəbər verir ki, ortada hansısa razılaşdırılmış sənəd, yaxud sənədlər var. Və yaxın zamanda, hətta ola bilsin ki, erməni və rus mətbuatının da yazdığı kimi, noyabrın ilk ongünlüyündə həmin sənədin imzalanması həyata keçiriləcək.

Bunu erməni siyasi təhlilçilər də təsdiqləyirlər. Lakin onlar qeyd edirlər ki, bu sənəd Ermənistanın maraqlarına uyğun gəlmir və buna görə də Nikol Paşinyan hansısa yollarla onu imzalamaqdan qaçmağa, prosesi uzatmağa çalışır.

Məsələn, “Sputnik Armenia”-ya danışan tanınmış siyasi təhlilçilərdən olan Suren Surenyants hətta iddia edir ki, Moskvadakı görüşlə bağlı məlumatı indidən mətbuata sızdıran elə Paşinyanın özüdür: “Hər nə qədər hakimiyyət müxtəlif səviyyələrdə inkar etsə də, belə bir proses var. Hazırkı prosesi Ermənistan üçün əlverişli saymaq olmaz. Və məhz İrəvan məlumat sızdırmaqla prosesi dəyişmək, ya da ləngitmək istəyir. Lakin hakimiyyət bunu edə bilməyəcək.”

Politoloq qeyd edib ki, bunun üçün ya hakimiyyət sənədi imzalamaqdan imtina etməlidir, ya da cəmiyyətdə elə böyük bir etiraz dalğası olmalıdır ki, Paşinyan sənədi imzalamaqdan boyun qaçıra bilsin: “Lakin bu variantların heç biri üçün ilkin şərtlər yoxdur”. Bu, həm də o deməkdir ki, Paşinyan cəmiyyətdən gözlədiyi etirazı görmür. Bu da təbiidir. Çünki seçkidə Paşinyana səs verən ermənilər bunu Nikolu sevdikləri üçün yox, müharibədən “paylarını aldıqları” üçün etmişdilər. Ona görə də indi ermənilərin böyük əksəriyyətinin Azərbaycanla yeni razılaşmaya, yaxud sülh müqaviləsinə kütləvi şəkildə etiraz edəcəkləri inandırıcı görünmür... 

Daha bir erməni politoloq Aqasi Enokyan da Paşinyanın bilərəkdən gözlənilən görüş və sənədlərin imzalanmasıyla bağlı məlumatı mətbuata ötürdüyünü iddia edir:

“Ölkə rəhbərliyi sənədi imzalamaqdan rəsmən imtina edə bilmir, çünki zamanında buna dair söz verib. Güman ki, Paşinyanın müharibədən sonra hakimiyyətdə qalması da məhz bununla izah oluna bilər.”

Politoloq deyib ki, Ermənistan artıq razılıq verilən sənəddən yalnız o halda imtina edə bilər ki, ölkədə hakimiyyət dəyişikliyi olsun. Müxalifətin isə bunu edəcək resursu və potensialı yoxdur.

Göründüyü kimi, ortada konkret razılaşmaların və onları əks etdirən sənədin olduğunu Ermənistanda da iddia edənlər olduqca çoxdur. Heç rəsmi İrəvan da bunu birmənalı inkar etmir. Belə görünür ki, Ermənistanın ümidi sadəcə prosesi mümkün qədər uzatmağadır.

Lakin erməni politoloqların da dediyi kimi, Paşinyan hökumətinin başqa çıxış yolu yoxdur. Və bu məsələdə ən maraqlı məqamlardan biri erməni cəmiyyətinin istənilən sənədin imzalanmasına hər hansı etirazının olmamasıdır, sanki artıq önümüzdəki xalq müharibədən öncə Azərbaycanın üstünə “xoruzlanan”, “qan-qan” deyən millətçi toplum deyil...

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI