Rüsumların artması vətəndaşa neçəyə başa gələcək? - Ekspert

03 noyabr, 2021 12:00

Milli Məclisdə dövlət rüsumlarının qaldırılmasına dair təkliflərə baxılıb. Bu dəyişikləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi noyabrın 1-də keçirilən iclasında müzakirəyə çıxarıb.

"Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklərdə xarici pasportlardan tutmuş dərman preparatlarının dövlət qeydiyyatına alınmasına qədər müxtəlif rüsumların qaldırılması nəzərdə tutulur.

Bəs bu artımlar vətəndaşının xərclərinə nə qədər təsir göstərəcək?

Real partiyasının sədr müavini, iqtisadçı-ekspert Natiq Cəfərli bakupost.az -a bildirib ki, əgər təkliflər olduğu kimi plenar iclasda qəbul edilsə, bir çox istiqamətlərdə vətəndaşların xərcləri artacaq:

“Çünki rüsumların artırılması istər-istəməz son ünvan olaraq vətəndaşa təsir göstərir və vətəndaşın xərclərini artırır. Hansısa bir hesablama aparıb, ümumilikdə hər bir Azərbaycan vətəndaşına bunun nə qədər təsir göstərəcəyini söyləmək çətindir. Çünki spesifik məsələlər var. Məsələn, bir şəxs avtomobilinin sənədlərini və yaxud xarici pasportunu yeni alıbsa onlara rüsumların artımı həmin an təsir göstərməyəcək.

Əlbəttə, vətəndaşlar dövlət orqanlarında müəyyən sənədləşmə işlərini apararkən əlavə rüsum ödəmək məcburiyyəti yaranacaqsa, onların ciblərinə, xərclərinə çox təsir göstərəcək”.

İqtisadçı ekspert bildirib ki, bu işin fəlsəfəsi Azərbaycanda kökündən yanlışdır:

“Çünki müstəsna xidmət göstərən dövlət orqanları, yəni başqa heç bir yerdə eyni xidməti almağın mümkünsüzlüyünü nəzərə alaraq göstərdiyi xidməti ən azından maya dəyərinə göstərməyə çalışmalıdır. Dövlət burada pul qazanmaq, əlavə vəsait əldə etmək üçün qiymətləri artıra bilməz. Bu nöqteyi-nəzərdən təəssüf ki, Azərbaycanda bu fəlsəfi yanaşma tətbiq olunmur. Nəticə etibarı ilə müstəsna xidmət göstərən dövlət idarələri öz xidmət haqqını artıra bilirlər”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI