Türk dünyasının vahid valyutası nə vaxt reallaşacaq? - Proqnoz

20 noyabr, 2021 14:34

Vüqar Bayramov: “İqtisadi inkişaf səviyyəsi yaxınlaşıb, inteqrasiya prosesi sürətlənərsə”...

Keçən həftə İstanbulda  türk dövlət başçılarının növbəti sammiti keçirildi. Sammit zamanı türk dövlətlərinin birliyi Türk Dövlətləri Təşkilatı adlandırıldı. Son illərdə türk dövlətlərinin fəaliyyətinin koordinasiyası, bir sıra ortaq qurumların yaradılması mühüm regionda yerləşən bu ölkələr arasında münasibətləri daha da dərinləşdirib. Heç bir beynəlxalq və regional birliyə qoşulmayan Türkmənistanın müşahidəçi statusu ilə Təşkilata üzv qəbul edilməsi bütün tütk dövlətlərinin vahid təşkilatda birləşməsi istiqamətində ciddi bir addım sayılır.

İstanbul zirvəsi zamanı Türkiyənin ticarət naziri Mehmet Muş türkdilli ölkələrə ikitərəfli ticarətdə milli valyutaların payını artırmağı təklif edib. Akdeniz Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin professoru Mustafa Yıldıran bildirib ki, ticarət nazirinin türk lirəsindən istifadə və ya ortaq bir valyutada əməliyyatların aparılması təklifi zaman alacaq: “Bu, xüsusilə ticarətin inkişafı ilə əlaqəli olan bir məsələdir. Türk dövlətləri arasındakı investisiyalar, iqtisadi və enerji bazarlarındakı əməkdaşlıqlar artdıqca, bunun özlüyündən həyata keçəcəyini düşünürəm. Zaman içərisində ortaq bir pul və ya səbət valyuta vahidi ola bilər. Bu səbət valyuta üzərindən ticarət əməliyyatları həyata keçirilə bilər. Bu, günümüzdə çox asandı. Məlumdur ki, artıq rəqəmsal valyutalarla bu kimi əməliyyatlar aparıla bilir. Ehtimal ki, zaman içərisində bu həllər müzakirə olunacaq. Bunun zamanla mümkün olduğunu düşünürəm”.

M.Yıldıran qeyd edib ki, hazırda türk dövlətləri arasında iqtisadi əməkdaşlıqda xarici ticarətin həcmi təxminən 10 milyard dollar civarındadır: “Bu, çox böyük rəqəm deyil. Xüsusilə Azərbaycan və Qazaxıstan iqtisadiyyatı sürətlə böyüməkdədir və dünya enerji bazarında əhəmiyyətli yerdədirlər. Xüsusilə son inşa edilən boru kəmərləri ilə Avropaya nəql imkanları genişlənib. Bu da ölkələrin iqtisadi inkişafına təkan verəcək. Türkiyə ilə əlaqələrə baxıldığı zaman bu 10 milyard dollarlıq rəqəmin gələcəkdə 20-30 milyard dollara qədər çatacağını proqnozlaşdırmaq olar”.

Qeyd edək ki, müəyyən iqtisadi, regional əsasla birləşən dövlətlərin vahid valyutasının yaradılması sahəsində ən son təcrübə Avropa Birliyinin tətbiq etdiyi avrodur. 27 birlik ölkəsi hazırda bütün əməliyyatlarını avro ilə reallaşdırır. Nəzərə alsaq ki, Avropa Birliyi 50 ildən yuxarı bir müddətdə inteqrasiya prosesindən, 20 ilə yaxın hazırlıqdan sonra vahid valyutaya keçə bildi, onda türk dövlətlərinin bu sahədə çox böyük işlər görməli olduqlarını söyləyə bilərik.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Ayhan Satıcının sözlərinə görə, 6 müstəqil türk dövləti birlikdə 4.7 milyon kv.km ərazini əhatə edir: “Müqayisə üçün qeyd edək ki, Avropa Birliyi ölkələrinin ərazisi ümumilikdə 4 milyon kv. km-dır. Həmçinin 6 müstəqil Türk dövlətləri birlikdə ümumi dünya əhalisinin 2 faizindən çoxunu təşkil edir. Türkdilli xalqların iqtisadi göstəricilərinə, o cümlədən ÜDM alıcılıq qabiliyyəti pariteti ilə hesablamalara nəzər yetirsək Türkdilli müstəqil dövlətlər birlikdə 3.4 trilyon dollardan daha çox statistik göstəriciyə sahibdir. Belə ki, dünya üzrə ÜDM alıcılıq qabiliyyəti pariteti 132,6 trilyon dollar ətrafındadır. Türk dünyası ölkələrinin payı bu nisbətdə 2,6 faiz edir”.

Ayhan Satıcı

Ekspert qeyd edir ki, türk dünyası ölkələrinin tarixi “İpək Yolu” üzərində yerləşməsi onların Şərq və Qərb arasında artmaqda olan ticarət dövriyyəsində önəmli rol almalarına şərait yaradır: “Statistik göstəricilərə əsasən Çin və Avropa ölkələri arasındakı ticarət dövriyyəsi günlük 1 milyard ABŞ dollarının üzərindədir. Türk dünyası ölkələrinin bu mühüm ticarət yolu üzərində yerləşməsi Türk Dövlətləri Təşkilatının regionda iqtisadi gücə çevrilməsinə şərait yaradır. Belə ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dünya iqtisadiyyatındakı ümumi ticarət dövriyyəsi 536 milyard ABŞ dolları təşkil edir və bu rəqəm 2019-cu ilin dünya üzrə mal ticarət dövriyyəsi (Merchandise Trade) ilə müqayisə etdikdə 2,8 faizdən çoxdur. Həmçinin 6 müstəqil Türkdilli ölkələrin idxal üzrə mal ticarət dövriyyəsinin dünya üzrə nisbəti 2016-ci ildən ümumi 1,58 faizdən 1,65 faizə qədər yüksələ bilmişdir. Bu rəqəm ixrac üzrə isə 2016-ci ildə 1.35 faiz, yaxud 234 milyard ABŞ dolları idisə, 2020-ci ildə 1,43 faiz, yaxud 252 milyard ABŞ dolları olub”.

Ekspertin dediyinə görə, Türk Dövlətləri Təşkilatı ölkələri geoiqtisadi əlaqələri və əlverişli coğrafi mövqeyi ilə yanaşı, təbii ehtiyatların zənginliyi ilə də digər təşkilatlar və birliklərdən fərqlənir: “Əsas neft yataqları, təbii qaz, kömür, dəmir filizi və bu kimi digər təbii ehtiyatlar ilə zəngin olan Türk Dövlətləri Təşkilatı ölkələri hər zaman enerji, nəqliyyat, logistika və s. bu kimi regional və qlobal layihələrin bir hissəsi olmuşdur. Türk dünyasının müstəqil ölkələrinin ümumilikdə neft ehtiyatı 35,8 milyard barel təşkil edir. Əlavə olaraq, Türk dünyasının müstəqil ölkələri arasında təbii qaz ehtiyatları ilə zəngin ölkələr Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanı göstərmək mümkündür. Belə ki, 19,2 trilyon kub metr qaz ehtiyatına malik bu ölkələr ümumi dünya təbii qaz ehtiyatı ilə müqayisə etdikdə 10,2 faizdən çoxdur”.

Türk Dövlətləri Təşkilatının sıx əlaqələr qurması və regional inteqrasiyası qlobal iqtisadi böhran fonunda baş tutub: “İlk olaraq, dünya ticarəti mərkəzi qərbdən şərqə dəyişən bir zamanda bu təşkilatın yaranması Türkdilli ölkələrin yerləşdiyi coğrafiyanının ticarət korridoru olaraq önəminin artmasına səbəb oldu. Həmçinin böhranın nəticəsi olaraq dövlətlər mərhələli olaraq proteksionist ticarət siyasətini qəbul etməyə başlamışdı və Türkdilli ölkələr qlobal səviyyədə başlayan qütbləşmənin təsirindən Türk Dövlətləri Təşkilatının yaranması və iqtisadi əməkdaşlığın artması ilə minimal təsir ilə davam ediblər. Əlavə olaraq, Azərbaycan və Qazaxıstan kimi neft və qaz ilə zəngin ölkələrin Türk Dövlətləri Təşkilatının enerji təhlükəsizliyini təmin etməsi və enerji mənbələrinin diversifikasiyalaşmasında rolu iqtisadi əməkdaşlığı dərinləşdirməkdədir. Belə ki, daxili və xarici siyasətində azad olmağa çalışan türk ölkələri öz aralarında ticarət əlaqələrini artırmaq üçün iqtisadi olaraq xarici güclərdən asılılığı yox etməyi hədəf götürüb. Türk Dünyası Təşkilatının ilk görüşünün ”iqtisadi əməkdaşlıq" mövzusuna həsr edilməsi də bunun nəticəsidir".

Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, türk dilli dövlətlərin vahid valyutasının yaradılması üçün indiki halda zəruri şərtlərin olduğunu söyləmək mümkündür: “Avropa Birliyinə baxsaq, müstəqil və güclü iqtisadiyyatları olan dövlətlər uzunmüddətli inteqrasiya prosesindən, maliyyə-iqtisadi proseslərini əlaqələndirdikdən sonra vahid valyutaya keçə bildilər. Bu baxımdan türk dövlətlərini indiki iqtisadi inkişaf və inteqrasiya səviyyələrinə görə vahid valyutaya keçidə hazır hesab etmək mümkün deyil. Amma gələcəkdə inteqrasiya prosesi dərinləşərsə, türk dövlətlərinin iqtisadi inkişaf səviyyəsi bir-birinə yaxınlaşarsa, vahid valyutanın tətbiq olunması üçün əlverişli zəmin yarana bilər”.

Musavat.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR