Nefti ucuzlaşdırmaq planı: qərar verildi, amma tam tərsi baş verdi - Bu plana hansı ölkələr qoşulub?

24 noyabr, 2021 11:33

ABŞ prezidenti Cozef Bayden ölkənin strateji neft ehtiyatlarından 50 milyon barrel neftin bazara çıxarılması haqda sərəncam verib. Lakin bu xəbərdən sonra dünya bazarlarında neftin qiyməti nəinki aşağı düşməyib, əksinə 3 faizdən çox artıb.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, son aylar neftin qiymətinin kəskin artması ABŞ-da son 30 ilin ən yüksək inflyasiyasının müşahidə edilməsinə səbəb olub və Bayden administrasiyası qiyməti aşağı salmaq üçün ölkənin strateji ehtiyatlarının bir qismini bazara çıxarmağı qərara alıb. Bundan əvvəl OPEC+ ölkələrinin hasilatı artırması üçün göstərilən səylər nəticə verməmişdi, bu sövdələşməyə daxil olan ölkələr hasilatın ancaq məhdud həcmdə və mərhələlərlə artırılmasına gedəcəklərini ifadə ediblər.

Hərçənd ABŞ prezidentinin sərəncamı hələ icra edilməyib və strateji ehtiyatlardan ayrılan 50 milyon barrel neftin gələn ay satışa çıxarılması planlaşdırılır. Bununla belə xəbərin özü kifayət etməliydi ki, neftin qiymətində az da olsa ucuzlaşma baş versin, amma bunun tam əksi müşahidə olunub və dünəndən bəri neft 4 dollara yaxın bahalaşıb, hazırda 83 dollar səviyyəsindədir.

Ağ evdən yayılan açıqlamada deyilir ki, strateji ehtiyatların bir qisminin satışı digər aparıcı istehlakçılarla-Çin, Hindistan, Yaponiya, Koreya və Böyük Britaniya ilə paralel həyata keçiriləcək. Ekspertlər isə qeyd edirlər ki, Baydenin qərarı bazara ancaq qısamüddətli təsir göstərə bilər, çünki neftin qiymətinin formalaşmasına müxtəlif amillər təsir edir. Bunların arasında dünya iqtisadiyyatının koronavirus qadağalarından sonra canlanması və istehlakın kəskin artması, ənənəvi energetika infrastrukturuna investisiyaların qoyulmaması və bərpa edilən enerji mənbələrinin gözlənilən sürətlə inkişaf etməməsi yer alır.

Bayden dəfələrlə OPEC ölkələrindən xahiş edib ki, hasilatı daha sürətlə artırsınlar. Ancaq kartel ölkələri hesab edirlər ki, koronavirusun növbəti dalğasının başladığı və tələbatın azalmasının gözlənildiyi bir vaxtda bunu etməyə dəyməz.

Texas və Luiziana ştatlarında yerləşən nəhəng neft anbarlarından həmin 50 milyon barrel neftin dekabrın ortalarında satışa çıxarılması planlaşdırılır, Ağ evdə istisna etmirlər ki, bazarda stabillik yaratmaq üçün strateji ehtiyatlardan daha bir miqdar nefti bazara çıxarmaq lazım gələcək. Ehtiyat neftin bir qismini satmaqla qiyməti endirmək planına Böyük Britaniya da dəstək verib və 1.5 milyon barrel neft satacaqlarını açıqlayıb. Yaponiyanın baş naziri Fumio Kisida isə bildirib ki, yaxın günlərdə strateji ehtiyatların bir qisminin satılması qərarı verə bilər.  Bu ölkədə 145 günə çatacaq qədər artıq neft var və yerli qanunlara görə zəruri ehtiyatlar ən azı 90 günə bəs etməlidir. Ona görə də hökumət ehtiyatların bir qismini bazara çıxarmaqda çətinlik çəkməyəcək.

Hindistan hökumətindəki mənbə isə ölkənin strateji ehtiyatlarından 26.5 milyon barrel neftin bazara çıxarılması üçün ABŞ-la məsləhətləşmələrin davam etdiyini bildirir. Hələlik isə bazarda tələb təklifi üstələyir və nəticədə qiymət artır, iri istehlakçıların hasilatçılara qarşı birləşmək planları gözlənilən nəticəni vermir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR