"Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir" - Korotçenko

27 noyabr, 2021 20:26

Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir. Bunu Trend-ə Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko deyib.

"Soçi sammitinin yekunları Rusiya prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin siyasi qələbəsidir. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının dəstəyi ilə dekabrda sammit keçirməyi və bu sammiti Rusiyanı Cənubi Qafqazda vəziyyətin tənzimlənməsindəki rolundan çıxarmaqla Azərbaycana qarşı siyasi ittiham prosesinə çevirməyi planlaşdırırdı. Ona görə Paşinyan Rusiyaya dəvət olunmasına baxmayaraq, noyabrın 9-da səfər etmədi və Aİ-nin dəstəyi ilə Brüsseldə alternativ tədbir təşkil etdi. Ona görə də Putin bütün diplomatik-siyasi təzyiq tədbirlərindən istifadə etdi ki, Paşinyanı Brüsselə səfərdən əvvəl Soçiyə gəlməyə vadar etsin. Burada, əlbəttə ki, Prezident Vladimir Putin - Prezident İlham Əliyev tandemi, Paşinyan-Aİ tandemindən daha güclü və səmərəli oldu. Ona görə də sammitin yekunları Azərbnaycanın mövqeyini tam əks etdirir", - deyə ekspert bildirib.

İ.Korotçenko qeyd edib ki, ilk növbədə, V.Putin bir daha məhz nəqliyyat dəhlizi sözünü işlətməklə Zəngəzur dəhlizinin işə salınmasının zəruriliyini vurğulayıb.

"Bu, dəhlizin eksterritorial statusunu ifadə edir. Orada heç bir erməni nəzarət orqanı olmayacaq. Beləliklə, Azərbaycan üçün Naxçıvana, oradan da Türkiyəyə birbaşa yol açılır. Bu, uğurun birinci vacib amilidir. Bu, həm Rusyanın, həm də təbii ki, Azərbaycanın maraqlarını əks etdirir. Bu halda Ermənistanın fikri diqqətə alınmayıb. Sammitin ikinci vacib məqamı sərhədin demarkasiyası prosesinin başlaması ilə bağlıdır. Putin dəqiq bildirdi ki, ikitərəfli komissiya yaradılacaq. Beləliklə, o, bu komissiyanın üçtərəfli olması və Rusiyanın Yerevanın maraqlarını müdafiə etməsi ilə bağlı arzularını nəzərə almadı. O bildirdi ki, Bakı ilə birbaşa danışmaq lazımdır. Rusiya zəruri məsləhət xidmətləri göstərəcək, amma bu, ikitərəfli format olmalıdır. Bununla da Putin öz mövqeyini bir daha sərgilədi", - ekspert vurğulayıb.

Onun sözlərinə görə, sammitin nəticələri ümumilikdə regionda vəziyyətin tənzimlənməsi üzrə Rusiya və Azərbaycanın malik olduğu vahid yanaşmaları və yaxınlaşma siyasətini əks etdirir.

"Ermənistanı isə Paşinyanın ötən ilin noyabrında imzaladığı üçtərəfli bəyanatı həyata keçirməyə vadar edirlər. Soçidə imzalanmış bəyanatda əsir və girovlar haqqında məsələnin yer almamasına gəldikdə isə, heç bir əsir yoxdur. Qarabağda döyüş əməliyyatlarının başa çatmasından və əsirlərin mübadiləsi prosesindən sonra Azərbaycan ərazisində əli silahlı saxlanan terrorçular var. Özü də onlar Azərbaycan ərazisinə Ermənistandan keçiblər. Əsirlərin mübadiləsi prosesi başa çatıb. Ona görə də onlar terrorçudur və onlara münasibətdə Azərbaycan məhkəməsinin zəruri tədbirləri tətbiq olunur. Paşinyanın bu məsələni qabartmaq cəhdlərinin qarşısı Putin tərəfindən dərhal alındı və bu məsələ sammitdə müzakirə olunan məsələlər sırasında yer almayıb. Amma aydındır ki, Paşinyan bu mövzunu Brüsseldə qaldıracaq və Brüssel sammitini Azərbaycana qarşı şikayətlər kitabı qismində istifadə edəcək", - deyə İ.Korotçenko sözlərini yekunlaşdırıb.

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"