Avtomobil almaq istəyənlər, əlinizi cibinizdən çıxarın - Qaydalar dəyişir

28 noyabr, 2021 17:19

Əmlak eksperti: “Yaxşı olar ki, ilkin dövrlərdə hökumət müəyyən güzəşt siyasəti yürütsün”

Nəqliyyat eksperti: “Bu hamıya sərf edəcək - hökumətə də, alana da, satana da”

Azərbaycanda avtomobil satışı ilə bağlı yeni qayda müəyyən edilib. Bu məsələ “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Dəyişikliklər artıq Milli Məclisdə təsdiq edilib. Qeyd edək ki, bundan öncə mənzillərin alqı-satqısı zamanı tətbiq edilən bu qayda 2022-ci ildən etibarən avtomobillərin alqı-satqısına da şamil olunacaq.

Əmlak eksperti, “Vecon Consulting” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc AYNA-ya açıqlamasında deyib ki, bu qaydanın qəbulu qaçılmaz idi: “Əvvəla o səbəbdən ki, artıq bir çox əqdlər zamanı rüsumlar yalnız nağdsız formada ödənilir. Daşınmaz əmlakın alqı-satqısı zamanı uzun müddətdir bu qaydadan istifadə edilir. Bu qayda ilk növbədə vətəndaşların xeyrinədir. Dövlət avtomobillərin alqı-satqısı uçotunu bu yolla tənzimləmək istəyir. Bu, gələcəkdə ortaya çıxacaq hüquqi problemlərin də qarşısını alacaq”.

“Çox təəssüf ki, əksər sürücülər avtomobilləri etibarnamə ilə idarə edirlər. Onlar yalnız avtomobilin üzərində qərar vermək hüququ qazanırlar. Qanuna görə isə bunu hər il yeniləmək lazımdır. Bu səbəbdən avtomobillərin real sahibləri bəzən ciddi problemlərlə üzləşirlər. Bir çox hallarda isə sui-istifadə hallarına rast gəlirik. Avtomobili öz adında saxlayan keçmiş sahibi sonradan onu geri qaytarmaqla bağlı məsələ qaldırır. Hesab edirəm ki, əmlakın real sahibləri ilk növbədə onu öz adlarına rəsmiləşdirməlidirlər. Hansısa kiçik rüsuma görə, özünü riskə atmağa dəyməz”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, nağdsız ödənişlər büdcədən yayınma hallarının da qarşısını alacaq: “Avtomobillərin dövlət reyestrinin aparılması vacibdir. Bu olmadığına görə, avtomobillərin alqı-satqısı ilə bağlı statistik göstəricilər də bəzən reallığı əks etdirmir. Qiymətləndirmə şirkətləri olaraq bununla bağlı çətinliklər yaşayırıq. Məcbur olub qeyri-rəsmi mənbələrə üz tuturuq. İxtisaslaşmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsi ilə avtomobil satışı üzrə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi zəruri addımdır”.

“İqtisadiyyatda liberallığı təmin etmək, eyni zamanda şəffaflığa nail olmaq üçün nəinki bu sektorda, bütün sahələrdə alqı-satqı prosesləri nağdsız və elektron qaydada həyata keçirilməlidir. Yaxşı olardı ki, ilkin dövrlərdə hökumət müəyyən güzəşt siyasəti yürütsün. Misal üçün, alqı-satqı rəsmiləşdirilmələri zamanı tətbiq edilən rüsumlarda güzəştlər nəzərdə tutulsun. Bu əmlak sahibləri arasında gələcəkdə yarana biləcək problemlərin də qarşısını ala bilər. Yəni, belə bir güzəşt olarsa, avtomobil sahibləri etibarnamələrə deyil, real alqı-satqılara üstünlük verəcəklər”, - deyə Oruc vurğulayıb.

Əlavə edib ki, gələn il avtomobillərin də qiymətlərində artım müşahidə olunacaq: “Bilirsiniz ki, bir çox sahələrdə rüsumların artırılmasına qərar verilib. Bu, idxal zamanı avtomobillərin rəsmiləşdirilməsi rüsumlarına da şamil olunub. Onsuz da Azərbaycanda avtomobillərin qiymətləri baha idi. Gələn ildən isə qiymətlər yenə artacaq”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov da AYNA-ya şərhində söyləyib ki, yeni qaydanın tətbiqi, əsasən uçotun aparılmasını nəzərdə tutur: “Bu qayda bir çox istiqamətlərdə vətəndaşların xeyrinə olacaq. Onların fırıldaqçılıq halları ilə üzləşməsinin qarşısını alacaq - necə ki, hər il yüzlərlə insan müxtəlif fırıldaqların qurbanı olur. Onlar etibarnamə ilə avtomobil alsalar da, sonradan həmin maşınları geri tələb edirlər. Baxmayaraq ki, maşının real sahibidirlər, rəsmiləşdirmə aparmadıqlarına görə hüquqsuz duruma düşürlər”.

“Qanuna edilən dəyişiklik birmənalı olaraq bu kimi halların qarşısını alacaq. Çünki vətəndaş əmlak, o cümlədən avtomobil əldə edərkən nağdsız qaydada ödəniş etməli olacaq”, - deyə mütəxəssis qeyd edib.

Cəfərovun fikrincə, bir müddət sonra ölkədə nağd ödənişlər demək olar ki, tam aradan qalxacaq: “Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, inkişaf etmiş və etməkdə olan dövlətlərin hamısında nağdsız ödənişlərə üstünlük verirlər. Elektron ödəniş oğurluq və digər cinayətlərin qarşısını alır. Biz də buna keçid etməliyik. Daşınmaz əmlak sektorunda tətbiq edilən bu qayda gələn ildən avtomobillərə də şamil olunacaq. Sözsüz, bu qərarı alqışlamaq lazımdır və bundan heç kim - alan, satan, alverçi əziyyət çəkməyəcək”.

Müəllif: Azər Niftiyev

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR