"İstər dövlət, istər özəl televiziyalarımız bu məsələdə həvəskar kimi davranırlar" - Zeynal Məmmədli

01 dekabr, 2021 16:22

Ölkədə baş verən hər hansı ekstrimal hadisələr zamanı televiziyalarımızda heç bir dəyişiklik nəzərə çarpmır. Ötən gün Xızıda helikopter qəzası zamanı şəhid olan 14 hərbçimizin xəbəri hər kəsi məyus etsə də televiziyalarımızda çal-çağır proqramları dayandırılmadı. 

"Azsiyaset" xəbər verir ki, mövzu ilə bağlı Moderator.az-a danışan media eksperti Zeynal Məmmədli xəbər aparıcılarımızın bu cür xəbərləri çatdırarkən dediklərini dərk etmədiklərini bildirib:

“Əsas diqqət xəbərin necə çatdırılmasına yönəlməlidir, nəinki efirdə nümayiş olunan çal-çağır verilişlərinə. Aparıcı xəbəri elə şəkildə təqdim etməlidir ki, şəhidlərin  doğmalarının könlü inciməyə. Belə məqamda aparıcı hansı səs tonu ilə xəbəri çatdırması, jesti, mimikaları önəm kəsb edir. Şəhid xəbəri çatdırıldıqda aparıcı gülümsəməməlidir. Dünən əksər xəbər proqramlarını izlədikdə isə bu hadisəni təqdim edən xəbər aparıcılarının umursamazlıqlarının şahidi oldum. Soyuqqanlı, saymazyana və umursamaz şəhid xəbəri çatdırmaq nə qədər qənaətbəxş hesab edilir? Sanki  məcburi şəkildə işlərini görürlər. Xəbəri çatdırarkən onun intonasiyası, necə çatdırılması önəmlidir.  Bu tipli  xəbərlərin çatrılması ilə bağlı xəbər proqramlarında qeyri peşkarlıqlar  var. O, ki, qaldı matəm verilişlərinə, ölkədə matəm elan olunmayıbsa, televiziyalar o proqramları saxlamırsa burada qəbahət yoxdur. Əsas məsələ proqram  arasında hansı xüsusi materialların təqdim edilməsidir. Heç olmasa bunu etməlidirlər. İstənilən televiziyalarda bu cür hallarala bağlı yaddaşlar olmalıdır. Bunlar daxili razılaşdırılmış qaydalardır.  Bizim televiziyalarda bu yoxdur. Bu birbaşa qeyri-peşəkar davranışlardır.  İstər dövlət, istər özəl televiziyalarımız bu məsələdə həvəskar kimi davranırlar.  Özlərini müştərinin başında dəlləlik öyrənən bərbər kimi aparırlar. Sanki peşəkar davranışları da tamaşaçının başında öyrənirlər. Bizim televiziyalar təəssüf ki, bunu xatırladır. Televiziyalar cəmiyyətə nəyi vermək istəyir? Onların işçiləri, aparıcıları bu itkinin nə olduğunu izah edə bilirmi? Axı düşünmürlər ki, bir pilotun, peşəkar polkovnikin yetişdirilməsi  uzun zaman və təcrübə deməkdir. Bunu dərk etmək lazımdır. Bunu dərk etməyəndə yanaşma da  belə olur. Çox təəssüf”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR