Akif Çovdarov qan və gözyaşları hesabına topladığı sərvəti geri qaytarır? - Cinayətkar bəraət istəyir

23 dekabr, 2021 10:56

Xəbər verildiyi kimi ötən gün Ali Məhkəmə ləğv edilmiş MTN-nin keçmiş idarə rəisi Akif Çovdarovun şikayətinə baxıb. Şikayətə əsasən Çovdarov ona bəraət verilməsini və məhkəmə hökmü ilə müsadirə olunan əmlaklarının geri qaytarılmasını istəyirdi. Və Ali Məhkəmə bu şikayəti qismən təmin edib-işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Bu isə o mənanı verə bilər ki, Ali Məhkəmədə Çovdarovun barəsində  2017-ci ildə çıxarılmış məhkəmə hökmünün ədalətli olmasına ən azından şübhə yaranıb və indi keçmiş MTN generalı qan və gözyaşları hesabına, qarət yolu ilə topladığı sərvəti geri qaytarmaq uğrunda mübarizəsinə Bakı Apellyasiya Məhkəməsində davam edə bilər. Axı o həmin sərvəti tamamilə qanuni yolla əldə etdiyinə əmindir, üstəlik özünü tam günahsız sayır və barəsində hətta bəraət hökmü çıxarılmasını istəyir.

Çovdarovun çoxsaylı mülklərindən biri...

Çovdarovun müsadirə edilmiş əmlakının ümumi dəyəri isə 33 milyon manata yaxın idi. Hərçənd bu da MTN generalının topladığı əmlakın hamısı deyildi, böyük ehtimalla onun mülklərinin və obyektlərinin bir qismi istintaqın diqqətindən kənarda qalmışdı. Üstəlik məhkəmə Çovdarovun özünün və ailə üzvlərinin yaşadığı evləri müsadirə etməməyi qərara almışdı, onları sahiblərinə geri qaytarmışdı.

Çovdarovun əmlak üzərinə həbs qoyulması barədə qərarları  13 məhkəmə - Nəsimi, Səbail, Binəqədi, Xətai, Nərimanov, Nizami, Yasamal, Sabunçu, Qəbələ, Kürdəmir, Xızı, Abşeron və Şamaxı rayon məhkəmələri çıxarmışdı. A.Çovdarovun həbsdəki ən dəyərli əmlakı Nizami rayonu, Naxçıvanski küçəsi 50 ünvanındakı meyvə-tərəvəz bazarı (xalq arasında “Vasmoy bazarı” kimi tanınır,-red.)  sayılır. Həmin bazarın 8 milyon 100 min manat dəyərində olduğu qeyd edilir.

Digər əmlaklar Xətai rayonundakı mənzil, Binəqədidəki torpaq sahələri, Yasamaldakı 250 kvadratmetrlik qeyri-yaşayış sahəsi, Xətaidəki 147.4 kvadrat metr sahəyə malik mənzil, Badamdar qəsəbəsindəki 9.96 sot torpaq sahəsi, onun üzərindəki fərdi yaşayış evidir. Bundan başqa, sabiq generalın Nəsimi, Abşeron (Saray və Novxanı qəsəbələri), Xızı, Qəbələ, Şamaxı, Kürdəmir rayonlarındakı torpaq sahələrinin, mənzillərin, yaşayış evlərinin üzərinə də məhkəmə qərarları ilə həbs qoyulmuşdu.

Akif Çovdarovun ən dəyərli aktivi hesab edilən “Vasmoy bazarı”nın MTN bandası tərəfindən necə ələ keçirildiyi barədə o zaman mətbuatda geniş yazılıb. Həmin bazar bir vaxtlar keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin həmyerliləri olan Cəfərov qardaşlarının əlindən  alınmışdı, yaxud qarət edilmişdi. Bazarın səhmləri digər MTN generalı Hilal Əsədovla Akif Çovdarovun adamları arasında bölüşdürülmüşdü.

Qeyd edək ki, Akif Çovdarov həbsdə olsa da onun müsadirədən kənarda qalan çoxsaylı biznes obyektləri işləməkdə, milyonlarla manat gəlir gətirməkdə idi. MTN generalının oğlu və digər yaxınları isə heç nə olmamış kimi öz bizneslərinə davam edirdilər. Nəhayət 2020-ci ildə Çovdarov “koronavirus əfvi” sayəsində azadlığa çıxdı və öz şad-xürrəm həyatına yenidən başladı. Baxmayaraq ki, həbsdə olarkən vəkilləri onun “hər an ölə biləcəyi, səhhətinin çox ağır olduğu” barədə davamlı hay-küy qaldırırdılar.

2015-ci ildə həbs edilən Çovdarov aşağıdakı maddələrlə ittiham olunurdu:

- Maddə 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda),

- Maddə 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə),

- Maddə 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə),

- Maddə 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ),

- Maddə 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə),

- Maddə 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma),

- Maddə 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə),

- Maddə 313 (Vəzifə saxtakarlığı),

- Maddə 341.2.1, 341.2.2 və 341.2.3-cü bəndlər (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda)

Məhkəmə onu bu maddələrin böyük əksəriyyəti üzrə təqsirli bilmişdi və 12 il həbs cəzası vermişdi. İndi isə ola bilsin Çovdarovu hətta dissident elan edə bilərlər, kim bilir ...

virtualaz.org

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"