Rus tanklarına daş atan heç bir uşaq böyüyüb xoşbəxt ola bilmədi, amma müstəqil dövlət qurduq...

20 yanvar, 2022 13:11

Leninin heykəli vardı bizim məhlədə, 20 yanvar hadisəsindən sonra məhləmizin ən çirkin qızı o heykəlin boynuna kəndir atıb yerə sərmişdi. Keniya meymunları kimi üz-gözünü qıl basmış bu qəhrəman qızın atasının yanaqları susuz səhra kimi əzab-əziyyətdən çat vermişdi. Heykəli aşırdığına görə şəklini məktəbdə divara da vurmuşdular, amma nə atası rahat bir gün gördü, nə də qız ömrü boyu bircə gün xoşbəxt ola bildi.

Bu qız evimizin yaxınlığında, yol boyu düzülən rus tanklarına bizim məhlənin şalvarı yırtıq, ayağı qaloşlu 5-6 yaşlı oğlanları ilə birlikdə sapandla daş atırdı. Rus əsgərləri bizi tutub tankın üstündən aşağı fırlatdılar. Qayçı ilə başımızı deşik-deşik etmişdilər. Qonşumuz rus əsgərlərinin təpik-yumruğundan sonra xəstəliyə tutuldu, bir balaca həyəcanlanan kimi dili-dodağı əsir, özündən keçirdi...

Bir neçə gün sonra şəhərdə əliyalın insanlar gülləbaran ediləcəkdi. Biz türk serialları ilə böyüməmişdik, ərli qadınların sevgi uğrunda “ben kocamı yok, başka birisini seviyorum” iniltisi ilə ailəsini qurban verməyinin doğru yol olduğunu təbliğ edən ən alçaq filmlərin yol açmadığı kasıb evlərdə yaşayırdıq. “Dəli Kür” filminə başqasının arvadını qaçıran Cahandar ağaya nifrət etdiyimizə görə baxmırdıq. Qorbaçovun pencəyindən bizim hərəmizə 5-10 cüt tuman-şalvar çıxardı, amma onun başındakı xalın mənasını müzakirə edirdik. Biz cinayətə Raskolnikov kimi yanaşırdıq, heç vaxt başqasının cibinə girməzdik.

Qısası, bizim məhlədən rus tanklarına daş atan heç bir uşaq böyüyüb xoşbəxt ola bilmədi. Hərəsi bir cür bədbəxt oldu. Amma xalqımız, tariximiz azad oldu, müstəqil dövlət qurduq. Daha sonra çörək növbəsinə durduq, atamız işsiz qaldı, anamız çarəsizlikdən damağını yedi. Olmadı, yenə də olmadı. Sonra Qarabağ müharibəsi, şəhidlər, veteranlar... Tahir Kərimlinin parlamentdəki qışqırıqları bağrımızı yarmışdı, nə istədiyini ata-anamız da izah edə bilmirdi. Elçibəyin çarəsiz baxışlarla parlamentdə siqaret çəkməsi... Bizim uşaqlığımız belə ümidsiz keçdi. Gecə yarısından səhərə qədər çörək növbəsində bizdən böyüklərin təpiklərinin altında qaldıq. 

Üstündən illər keçdi, 3-cü kursda oxuyan zaman dövlət imtahanına getmək üçün yol pulu da tapa bilmədik, anamız başındakı kələyağını sələmlə borca pul verən qohumuna satdı. Yol pulu elədik. Eyni anda 6 partiyanın üzvlük biletini üstündə gəzdirən tələbə yoldaşlarımız vardı.

“Etibarlı gələcək Etibarla gələcək” deyənlərin övladları bu dəfə “İsa gələcək, zülm bitəcək” şüarı ilə kulturamıza tüpürdülər.

Allahın lənətinə gəlmiş insanların günahları ucbatından bir çoxu içkiyə qurşandı, başa düşdü ki, bu ölkədə ayıq başına yaşamaq bəşəri cinayətdir. Qoltuqlarında butulka məzara yollandılar. İt kimi dəfn elədik onları. Cənazəsinin altına girməyə ailəsi tapılmadı, meyiti yumağa da qoymadılar.

Sözümü nəyə gətirirəm... Saxlayın qərənfilləri, ağladıqca korlaşılırıq, kəsməyə ucumuz, deməyə dilmiz qalmır. Məgər dünya durduqca yaşamaq fikriniz var? Gedin şəhidlərimizi də ziyarət edin, düşmənlərə nifrət də oxuyun, amma ağlamayın, ağlamayın! Ayaq üstündə durun, dayanın!

Habil Əliyevin kamançasının səsi yenə də 30 il əvvəlin ağrı-acılarını ürəyimə qusacaq, telekanallarda insan karvanı bir gözümdən girib o biri gözümdən çıxacaq...

Tələbə vaxtı hardasa eşitmişdim ki, hətta metroda da 20 Yanvara gedən yol Azadlıqdan keçir. Bir dəfə bekarçılıqdan tələbə yoldaşımla 20 dəfə o yolu gedib gəldik. Azadlıqdan 20 Yanvara rahat gəlirdik, amma hər dəfə 20 Yanvardan Azadlığa qayıdanda...

Ruhunuz şad olsun, Şəhidlər!

Müəllif: Samir Feyruzov 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR