"Avropada ekotualetlərdən çox geniş istifadə olunur" - Deputat əhalini suyu israf etməməyə çağırdı

21 yanvar, 2022 13:37

“Bu günləri ölkəmizin qarşısında dayanan strateji vəzifə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması siyasətidir. Artıq bu siyasətin reallaşdırılması prosesinə başlanılıb”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat vurğulayıb ki, Qarabağda erməni vandalları hər şeyi məhv etdiklərinə görə, orada hər şey sıfırdan başlanılır:

“Sıfırdan başlanırsa, onda mütərəqqi dünyanın şəhər quruculuğu sahəsində ən uğurlu hansı praktikası varsa, həmin praktikadan da istifadə olunur və onun tətbiqi reallaşdırılır. Nəzərə alsaq ki, 21-ci əsr texnologiyalar əsridir və bu sahədə çox böyük tərəqqi müşahidə olunmaqdadır. Qarabağın bərpası prosesində də məhz eyni metodoloji yanaşma özünü göstərir. Yəni, əgər biz sıfırdan kənd yaradırıqsa, niyə onu elə 100 il-200 il bundan qabaq olan kənd kimi yaradaq? Artıq 21-ci əsrin kəndi yaradılır və ona “smart kənd”, “ağıllı kənd” deyilir. Yəni, “Ağıllı kənd” o, deməkdir ki, onun idarəçiliyi  elektron sistem vasitəsilə həyata keçirilir, hər şey nəzarətdədir, hər şey elektron qaydada sürətli yüksək templə həyata keçirilir və tənzimlənir. Qeyd edim ki, cənab Prezident Qarabağın yaşıl enerji zonasına çevrilməsini qarşısına məqsəd qoyub. Belə olan təqdirdə yaşıl enerji zonası həm də o, deməkdir ki, ekoloji baxımdan təmizlik məsələləri önə plana keçir. Yəni, ekoloji baxımdan Qarabağ region fərqlənməlidir, seçilməlidir. Həm də bu turizm nöqteyi-nəzərdən də olduqca əhəmiyyətlidir. Ona görə də, “eko” sözünün atılan addımların əvvəlinə əlavə edilməsi, həmin bu mənanı ifadə edir. Necə “smart” sözü nəyi ifadə edirsə, “eko” da bu halda artıq yeni yanaşmaları özündə ifadə edir. İstənilən məsələlərlə bağlı, atılan addımlarla bağlı ekoloji tərəfi ön plana keçir”.

Deputat diqqətə çatdırıb ki, ekoloji problemlər dünyanı narahat edən qlobal problemlər içərisində öncül sırada dayanır:

“Belə olan vəziyyətdə sıfırdan qurulan Qarabağda niyə də ekoloji sistemin saflığı, təmizliyi təmin edilməsin? Ona görə də, burada həm “Ağıllı kənd”, “Ağıllı şəhər” yanaşması, ağıllı idarəçilik yanaşması və paralel şəkildə də ekoloji baxımdan bütün bu proseslərin tənzimlənməsi, yüksək səviyyədə təmin olunması həyata keçirilir. Doğurdan da, Qarabağı ideal bir əraziyə çevirmək və dünyanın ən gözəl projelərindən birinə çevirmək bu nöqteyi-nəzərdən strateji hədəfdir və atılan addımlar da həmin strateji hədəfin reallaşmasına xidmət göstərir”.

E.Nəsirov diqqətə çatdırıb ki, əgər hər hansısa sözə “eko” sözü əlavə etdinsə, demək ilk növbədə həmin ərazinin təmizliyindən, onun ekoloji mühitinin qorunub saxlanılmasından gedir:

“Avropa ölkələrində su təminatı ilə bağlı ekotualetlərdən çox geniş şəkildə istifadə olunur. Elə yerlər var ki, suyu açıq vəziyyətdə qoyurlar və su hədərə işlənir, amma yeni texnoloji sistemlərin tətbiqi nəticəsində uzunmüddətdir ki, belə israfçılığın qarşısı alınır”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR