Təkrar seçki qərarı yoxdur, amma onlar deputat olmağa hazırlaşırlar

22 yanvar, 2022 10:09

Partiyalar deputatların sayının artırılmasını istəyir

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ötən ilin dekabrında Milli Məclisin boş qalmış deputat yerlərinə təkrar seçkilər keçiriləcəyinə işarə etmişdi. Sədrin sözlərinə görə, Milli Məclisdə təmsilçisi olmayan dairələrə seçkilərin keçirilməsi yaxın vaxtlarda baş tuta bilər.

Yanvarın 20-də isə jurnalistlərə açıqlamasında M.Pənahov həmin dairələrə seçkiləri keçirilib-keçirilməyəcəyi barədə suala cavabında deyib ki, qərar veriləndə seçkilərin keçirilməsinin şahidi olacaqsınız. Seçkinin keçirilməsi barədə qərarı isə ölkə Prezidenti verməlidir. Məlum olduğu kimi hələ ki, belə bir qərar elan olunmayıb.

Qeyd edək ki, hazırda 6 seçki dairəsinin Milli Məclisdə təmsilçisi yoxdur və parlament 119 deputatla fəaliyyət göstərir. Bunlar 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan, 116 saylı Qəbələ və 55 saylı Xaçmaz şəhər seçki dairələridir. Maraqlıdır ki, seçkilərlə bağlı qərar olmasa da, bəzi partiyalar təkrar seçkilərdə iştirak üçün hazırlıqlar başlayıblar.

ReAl təkrar seçkilər keçiriləcəksə, bu prosesdə iştirak edəcəyini bəyan edib. Hətta iddia olunur ki, Bakıdakı dairələrin birindən seçkiyə qatılacağı gözlənilən sədr İlqar Məmmədov deputat mandatı da ala bilər.

AY Partiya isə növbədənkənar parlament seçkilərinə tərəfdardır, sadəcə, boş qalan yerlərə təkrar seçki keçirilsə, AY Partiya tək namizədlə seçkiyə qatılacaq.

Öz növbəsində AĞ Partiya sədri Tural Abbaslı bir neçə gün əvvəl partiyasının hələlik seçkiyə köklənmədiyini bildirsə də, iddialara görə, hakimiyyət onun da mandat almasına isti baxır.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, bu il parlamentdə boş qalan 6 yerə seçki olacağı deyilir, amma reallıqda bu seçkilərin keçiriləcəyi gözlənilmir: “Gözlənilmədiyi üçün də partiyanın həmin dairələrə iddiasının olub-olmamasını söyləməyin bir anlamı qalmır. Seçki olacağı təqdirdə müəyyən qədər siyasi fəallığın artmasını gözləmək olar. Hakimiyyətə də görünür bu sərf etmir, ona görə də təkrar seçkilər keçirməkdə maraqlı deyillər. Müxalifətin da belə bir qərarı qəbul etdirməyə gücü çatmır, beynəlxalq təşkilatların, iri xarici güclərin də marağı yoxdur. Odur ki, ən yaxşı halda 2024-cü ildə parlamentə yeni seçkilərin keçirilməsini proqnozlaşdırmaq daha məntiqli görünür”.

AMİP funksioneri Əli Orucova görə, parlamentə boş qalan yerlərə çoxdan seçkilər keçirilməli idi: “İndiyədək boş qalan dairələrdən Milli Məclisə təmsilçiliyin olmaması həm də on minlərlə seçicinin hüquqlarının kobud surətdə pozulması deməkdir. Halbuki icra hakimiyyəti orqanlarında boş qalan yerlərə təyinatı bu qədər gecikdirməzdilər. Biz ümumiyyətlə parlamentin buraxılmasının və yeni parlamentin azad və demokratik şəraitdə formalaşdırılmasının tərəfdarıyıq. Boş qalan dairələr üzrə seçkilərin keçiriləcəyi və nə vaxt keçiriləcəyi məlum deyil. Rəsmi ortada heç nə yoxdur. Ona görə də bu məsələni partiyada müzakirə etməyin də mənası yoxdur. Nə vaxt rəsmi qərar verilərsə dəyərləndirilər. Mən hesab etmirəm ki, parlamentə gələcəkdə mandat qazana biləcək 6 nəfər parlamentin keyfiyyətinə və iş qabiliyyətinə hansısa müsbət təsir göstərə biləcək. Bu, ayrıca müzakirə olunmalı məsələdir. Biz hesab edirik ki, Milli Məclis üzvlərinin sayı artırılmalı, ən azı 151 nəfər olmalıdır. Azərbaycanda əhalinin sayı 7 milyon olanda da 125 deputat var idi, indi 10 milyon əhali var, yenə də Milli Məclisdə 125 deputat yeri var. Biz həmçinin hesab edirik ki, ölkədə proposrional seçki sistemi bərpa edilməlidir”.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə bildirdi ki, ümumiyyətlə, hər bir partiya yarandığı gündən etibarən seçkilərə hazırlaşmalıdır: “Bir seçki bitdisə dərhal növbətisinə hazırlıq başlamalıdır. Burda qeyri-təbii heç nə yoxdur. Təbii ki, boş qalmış 6 dairə üzrə seçkilər keçirilərsə mütləq şəkildə iştirak etmək və qalib gəlmək əzmindəyik. Parlamentin say tərkibinin artırılması və ölkə üzrə yeni seçki keçirilməsinə hazır olub-olmadığımıza dair suala gəldikdə isə, bilirsiniz ki, bunun olması üçün ilk əvvəl konstitusiya islahatları ilə bağlı referendum olmalıdır və parlamentin sayının azaldılması və ya dediyiniz kimi artırılması məsələsi referendumda həllini tapa bilər. Hesab edirəm ki, bununla bağlı referendum keçirilərsə bundan sonra nəsə dəqiq bir mövqe ifadə etmək olar. Ümumən Gələcək Azərbaycan Partiyası olaraq hesab edirik ki, yaranmış yeni şəraitə uyğun olaraq, ələlxüsus da şanlı zəfərimizdən sonra konstitusiya islahatları labüddür”(musavat.com)

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"