"Hakimlərin cəzalandırılması mexanizmi işə düşməlidir" - hüquq müdafiəçisindən çağırış

01 fevral, 2022 11:32

Çingiz Qənizadə: “Məhkəmə hakimiyyəti xalqın tam güvən yeri olarsa, hüquqi dövlətin daha da möhkəmlənməsinə şahid ola bilərik”

Hüquqi dövlət quruculuğu demokratikləşmə prosesi ilə qoşa addımlamalıdır. Bu iki institut yanaşı inkişaf etməsə, digəri axsayacaq və irəliləyiş mümkün olmayacaq. Hüquqi dövlətdə demokratiya təməl prinsipdir - azad seçki, sərbət toplaşma azadlığı, ifadə və söz azadlığı...

Eyni zamanda məhkəmə sistemi müstəqil olmayanda hüquqi dövlət quruculuğunda tərəqqi əldə etmək çətinləşir. Həmçinin,  ədliyyə, prokurorluq və digər orqanlarda obyektlivlik, ədalətli araşdırma aparılanda hüquqi sistem qurmaq mümkün olur.

Çox təəssüf ki, son illərdə Azərbaycanda ən çox şikayət edilən istiqamətlərdən biri məhkəmə sistemidir. Məhkəmə-hüquq sahəsində bir sıra islahatlar həyata keçirildiyi söylənsə də, yenə də məhkəmələrin, hakimlərin müstəqil olmadıqları göz önündədir. Ona görə biz hüquqi dövlət quruculuğunu inkişaf etdirmək, təkmilləşdirmək istəyiriksə, ilk növbədə məhkəmələrdən başlamaq lazımdır. Ədalətli məhkəmə sistemi olanda cəmiyyət bütün problemlərin həllinə nail ola bilir.

“Mənfi halların ifşası üçün siyasi hakimiyyətə dəstək verilməlidir”

Habelə azad seçki mühiti hüquqi dövlət quruculuğu üçün əsas proritetlərdən sayılır. Hüquqi dövlət hər bir vətəndaşa siyasi həyatda iştirak etmək barədə hüquqi imkanlar açır. Lakin bizim demokratikləşmə prosesində görməli olduğumuz hələ çox iş var. Xüsusən işğala son qoyulmasından sonra dövlətçiliyin inkişafı üçün islahatların sürətləndirilməsi zəruridir. Yəni biz milli həmrəyliyə nail ola bilmişiksə, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı üçün siyasi palitrada milli barış da əldə etməliyik. Ancaq özəlliklə məhkəmələrin müstəqilliyi, bu sahədə reformların gücləndirilməsi üçün daha çox görülməli işlər var. Çünki həbs-qətimkan tədbirlərinin seçilməsi, əsassız, sifarişli hökmlərin oxunması kimi neqativ hallara yenə də rast gəlinməkdədir. Odur ki, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir. Bir sıra hallarda mülkiyyət hüququ, aliment verilməsi və digər işlərlə bağlı məhkəmələrin ədalətsiz qərarlar verməsinə şahid oluruq. Bu da cəmiyyətin məhkəmə sisteminə inamını sarsıtmaqdadır.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a dedi ki, Azərbaycan Respublikası unitar hüquqi dövlətdir: “Konstitusiyaya görə, demokratik, hüquqi, dünyəvi və unitar dövlətik. Bu 4 anlayış Azərbaycanda hüquq sistemi olduğunu göstərir. Hesab edirəm ki, ölkəmizdə hüququn aliliyi var, vətəndaş cəmiyyətinin qurulmasında hüquqi üstünlüklərə önəm verilir, şəxsiyyət azadlığı qorunur, dinin dövlətdən ayrı olması da Azərbaycanın hüquqi dövlət olduğunu isbat edir”.

Ç.Qənizadənin sözlərinə görə, bundan başqa, demokratiya xalqın iradəsi deməkdir: “Ölkədə bütün dəyişikliklər xalqın iradəsi ilə həll olunur - yəni istər seçkilər, istər vəzifələrdən kənarlaşdırmalar məhz xalqın iradəsi ilə baş verir. Ona görə referendumlar keçirilir ki, xalqın mövqeyi öyrənilsin, məsələlər  həllini tapsın. Ümumiyyətlə, hakimiyyətin bir neçə forması var ki, burada əsas ədalət prinsipi xalqın proseslərdə iştirak məsələsidir. Azərbaycanda bəzilərində bu prinsip öz həllini tapır: misal üçün, prezident, parlament, bələdiyyə seçkilərində xalqın iştirakı var. Amma məhkəmə hakimiyyəti ilə bağlı insanların ümidi azdırsa, demokratik ənənələr şübhə altına alına bilər. Biz elə etməliyik ki, həm daxildə, həm xaricdə bu şübhələr olmasın”.

Hüquq müdafiəçisinin fikrincə, məhkəmə hakimiyyətində islahatları daha da davam etdirməliyik: “Cənab Prezidentin 2019, 3 aprel tarixində vermiş olduğu məhkəmə-hüquq sahəsində dərinləşdirmə ilə bağlı fərmandan irəli gələrək islahatları tam baş çatdırmalıyıq. Ona görə zaman keçdikcə məhkəmə hakimiyyətində çatışmazlıqları, neqativ halları aradan qaldırmaq üçün ciddi islahatlar aparılmalıdır, o cümlədən cəzalandırma mexanizmi işə düşməlidir. Demokratik və hüquqi dövlətdə əgər məhkəmə hakimiyyəti xalqın tam güvən yeri olarsa, o zaman Azərbaycanda hüquqi dövlətin daha da möhkəmlənməsinə şahidi ola bilərik. Eyni zamanda məhkəmə sahəsinə inamı bərpa etmək üçün addımlar atılmalıdır, rüşvət və korrupsiya ilə mübarizə daha da güclənməlidir, bəzi məmurlarla bağlı sərt tədbirlər görülməlidir, mətbuatın, ictimai nəzarətin gücü artırılmalı, mənfi halların ifşası üçün siyasi hakimiyyətə dəstək verilməlidir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR