Elmə maraq niyə azalır? - Əngəllər...

05 fevral, 2022 10:11

Sovet dönəmində elmi dərəcə və elmi adların verilməsi sistemi mərkəzləşmişdi. Yəni, elmi dərəcə və elmi adlar bütün dünyada olduğu kimi, universitetlər tərəfindən deyil, inzibati dövlət qurumu olan Ali Attestasiya Komissiyası tərəfindən verilirdi. Məqsəd “ideoloji yetkinliyi” təmin etmək idi və bunun üçün də “ali attestasiya” ciddi bir alət idi. Bu gün “sovet ideologiya tələbi” olmasa da, ali təhsil sistemi beynəlxalq tələblərə uyğunlaşdırılsa da, elmi dərəcə və elmi adların verilməsində sovet sistemi olan “ali attestasiya” tətbiq edilməkdədi.

Bu prosesdən necə imtina edə bilərik? İmtina edə bilməyimiz mümkündürmü?

Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı çodern.az-a bildirib ki, elmi dərəcələrin və elmi adların verilməsi universitetlərin səlahiyyətində olmalıdır.

Onun sözlərinə görə, hazırda dünyanın əksər ölkələrində attestasiya məsələsini universitetlər özləri həll edirlər:

"Ali Attestasiya Komitəsinin həm müsbət, həm də mənfi tərəfləri var. Bu prosesin tərəfdarıyam ki, universitetlər özləri həyata keçirsin. Mən şəxsən komitə iclaslarında da bu məsələyə dəfələrlə toxunmuşam. Dünyada qəbul olunmuş standartlar var, dünyanın hər yerində müdafiə bir dəfə olur.  Bu sahədə islahatlar aparmalıyıq.  Elmi dərəcələrin, adların verilməsi universitetlərin səlahiyyətinə verilməlidir. Universitetlər bu məsələ ilə bağlı ciddi çətinliklər yaşayırlar. Müdafiə şuralarında, dərs sistemində müdafiə prosesi gecikdiyi üçün universitetlərin fəaliyyətində problemlər yaradır. Ola bilər ki, ilk mərhələdə neqativ hallar olsun, ancaq zamanla tənzimlənib həllini tapa bilər. Bu səlahiyyətləri universitetlərə verərək ümumi nəzarəti təmin edə bilərik”. 

Deputat qeyd edib ki, Azərbaycanda elmi adların alınması prosesi çətindir:

"Bunun obyektiv və subyektiv səbəbləri  var, ancaq bütün hallarda bu qədər çətinlik elmə heç bir töhfə vermir. Hər bir işin nəticəsi olmalıdır, nəticə etibarı ilə çətinləşmədən nəsə əldə edə bilmirik. Həm fəlsəfə doktorluğunu, həm də elmlər doktorluğunu müdafiə edən insanların qarşısına çox çətin şərtlər qoyurlar. Bunu da yüngülləşdirməliyik. Bu gün fəlsəfə doktorluğunda ingilis dili çox ciddi maneəyə çevrilib. Başa düşürəm ki, komissiya istəyir ki, mütəxəssislər ingilis dilini bilsinlər, ancaq bizim tarixçimiz, arxeoloqumuz, ilhaiyyatçımız ingilis dilini nə qədər yüksək səviyyədə bilir ki, imtahan versin. Universitetlər üçün lazımi şərait yaradılmalıdır ki, gecikmələr olmasın. Nəzərə almalıyıq ki, getdikcə elmə, araşdırmaya maraq azalır. Gənclərimizin elmi adlara, dərəcələrə marağı azalır. Proseslərin mürəkkəbliyi onları daha da uzaqlaşdırır. Əgər belə davam edərsə, növbəti illərdə dissertasiya şuralarında çox ciddi çətinliklərlə üzləşəcəyik. Professor, elmlər doktoru tapmayacağıq ki, onlar gəlib müzakirələrdə iştirak etsinlər. Əvvəlki dövrlə müqayisədə Attestasiya kommisiyasının fəaliyyətində irəliləyiş var, həm şəffaflıqla, həm də operativliklə bağlı".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR