Yaxşı insan peşə deyil

06 fevral, 2022 11:54

Son günlər şagirdlərin dərs vaxtı qeyri-etik hərəkətlər etməsi ilə bağlı ard-arda sosial şəbəkələrdə videolar yayılır. Həmin videolar ictimaiyyət arasında geniş müzakirə mövzusuna çevrilib. Əksər insanlar bu kimi halların məktəblərdə təlim-tərbiyə sisteminin aşağı olmasından qaynaqlandığını desə də, bu kimi videoların ard-arda yayılmasını təhsilə, nazirliyə qarşı təxribat və ya qara piar olduğunu düşünənlər də var. Təhsil üzrə ekspert Elşən Qafarov mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.

Sual: Elşən bəy, son günlər şagirdlərin dərs vaxtı qeyri-etik hərəkətlər etməsi ilə bağlı ard-arda  sosial şəbəkələrdə videolar yayılır. Məktəblərdə nə baş verir? Sizcə, baş verənlər bir təxribatdır, yoxsa məktəblərdə təlim və tərbiyənin bariz göstəricisi?

Cavab: Məktəblərimizdən son günlər yayılan videolara bir qədər geniş mənada baxsaq, əslində qeyri adi heç nə baş vermir. Yəni bizim əksəriyyətimizin  məktəb illəri ilə bağlı bu və ya başqa formada xatirələrimiz var. Amma olanların videolara çəkilərək sosial şəbəkə üzərindən yayılması, ictimailəşdirilməsi cəmiyyyət tərəfindən kəskin qınandı. Düşünürəm ki, söylənilən iradlar haqlıdır, istər təhsili idarəetmə qurumlarının, istər məktəb və ya müəllimin, istərsə də valideyinlərin ünvanlarına. 14-16 yaşlı uşaq nə bilir təxribat nədir?  Baş verənlər sadəcə nəticədir.Təhsilimizdə ciddi problemlər var. Və bu problemlər zaman-zaman ayrı-ayrı hadisələrlə qabarıq hala gəlmiş olur.Ən böyük problem isə biz bu nəticələri törədən səbəbləri araşdırıb, tapıb aradan qaldırmaq istəmirik və ya bacarmırıq. Bunun da öz səbəbləri var.

Sual: Şagirdlərin dərs vaxtı qeyri-etik hərəkətləri ilə bağlı yayılan videolardan başqa, məktəb direktorunun müəllimdən rüşvət istəməsinə dair səs yazısı yayılır. Bağçada müəllimin uşağı döyməsi ilə bağlı video yayılır, valideyn tərbiyəçi münaqişəsinin görüntüləri yayılır. Əgər baş verənlər təxribatdırsa, bu kimə qarşı yönəlib və məqsəd nədir?

Cavab: Təhsil Nazirliyinin illərdir məktəblərdə rüşvət hallarına qarşı mübarizəsi lazımi səmərəni vermir. Səbəbi mübarizənin sistemli olmamasıdır.Yəni bir nəticələrin üzərinə gedib cəzalar tətbiq edirik, bəzən ictimailəşməməsi üçün, gizlədilməsi üçün addımlar atırıq. Yenə qeyd etmək istəyirəm ki, heç bir təxribatdan söhbət belə gedə bilməz. Ortada reallıq var və bu reallıq ondan ibarətdir ki , sadəcə xaricdə təhsil alıb, filankəsin qohumu və ya filankəsin tanışıdır meyarları ilə Təhsil Nazirliyində funksional vəzifələrə təyinatlar , “xarici dil bilirəmsə və ya xaricdə təhsil almışamsa demək ki mən hər şeyi bilirəm” yanaşması, təhsil sahəsində təcrübələri olan mütəxəssislərlə əməkdaşlıq edilməməsi , səriştəsizlik , şəbəkələşmə və.s amillərlə təhsili idarə etmək mümkün deyil. Mənim o şəxslərin hər birinə azərbaycanlı olaraq , gənc olaraq hörmətim var. Yaxşı insan olmaq başqa anlayışdır , yaxşı mütəxəssis olmaq başqa. Nöqsanları tənqid edənləri şəxsi düşmən gözündə görməməlidirlər. 

Sual: Bu kimi videolar yayıldıqdan sonra şahidi oluruq ki, yalnız bir müəllim cəzalandırılır və məsələnin üstündən keçilir. Bu doğrudurmu? Niyə direktor, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəb üzrə psixoloq cəzalandırılmır? Ümumiyyətlə, məktəblərdə belə hallar baş verdikdə hansı addımlar atılmalıdır?

Cavab: Dediyim kimi, səriştəsizlikdir. Bu gün atılan addımlar sanki qaranlıq otaqda kəpənək tutmaq istəyən adam obrazıdır. Təhsil spesifik sahədir. Bu sahədə təhsil adamları işləməlidir. Müdafiə Nazirliyində və ya DTX-da  başqa sahənin mütəxəsissləri işləyərsə nə baş verər ? Təhsil də belə sahədir. Bu sahə ilə zarafat etmək olmaz. Guya rüşvətxorluqla mübarizə aparırıq, əslində günü-gündən artır. Bəs sual olunur – bu necə mübarizə aparmaqdır? Biz Təhsil Nazirliyinə rəhbərlik edən və ya işləyən yoldaşlara dəfələrlə təklif etmişik ki, görüşək müzakirə aparaq, təkliflərimizi nəzərdən keçirin. İnanın o qədər qapalı, o qədər yuxarıdan özlərini aparırlar ki, sanki dövlətin mərkəzi icra orqanı bunların şəxsi mülküdür. Hamının başı qarışıb müxtəlif layihələrlə milyonları göyə sovurmağa . Vəziyyət günü-gündən ciddi xarakter almaqdadır. Təhsil sosial şəbəkə üzərindən idarə olunası sahə deyil .

Sual: Onu da etiraf edək ki, məktəblərdə psixoloq fəaliyyətinin adı var, fəaliyyəti yoxdur. Pedaqoji  fəaliyyət isə çox zəifdir. Sanki son illər Azərbaycanda pedaqoq yetişmir. Psixoloq fəaliyyətinə isə məktəblərdə ciddi yanaşmır. Səbəb nədir? Niyə belə vəziyyət yaranıb? 

Cavab: Məktəblərdə nəinki psixoloji fəaliyyət, eləcə də tərbiyə sistemi də iflic vəziyyətindədir. Məktəb psixoloqlarının fəaliyyətini istiqamətləndirən Əsasnamə yoxdur, olanını da 2018-ci ildə ləğv etdilər. Məktəb psixoloqlarının əmək haqqı çox aşağıdır, deyərdim texniki işçiərin əmək haqqına yaxındır. Məktəblərimizdə tərbiyə sisteminin qurulması üçün ilk növbədə ölkədə Tərbiyə Konsepsiyası qəbul edilməlidir. Təhsil də o konsepsiya üzərində fəaliyyət göstərməlidir. Psixoloji fəaliyyəti qurmadan məktəbdə təlim və tərbiyə sistemini qurmaq mümkünsüzdür. Məktəb psixoloqlarına ögey münasibət (istər psixoloji fəaliyyətə, istərsə də psixoloqların özlərinə qarşı ) dəyişməlidir. Vaxt itirmədən dəyişilməlidir.

Sual: Bir çox ekspertlər bu kimi videoların qarşısının alınması üçün şagirdlər tərəfindən məktəblərə mobil telefonların gətirilməsinin qadağan edilməsini təklif edir. Bu düzgün yoldurmu? Bu kimi görüntülər üzə çıxmasın, məktəblərdəki vəziyyətdən ictimaiyyət xəbər tutmasın deyə, şagirdlərə telefon qadağası qoyulması doğru addımdırmı? 

Cavab: Məktəbdaxili intizam qaydaları tətbiq olunmalıdır. Bəli, tədris prosesinə mane olacaq nə varsa , o cümlədən mobil telefonların tədris prosesi zamanı istifadəsinə məhdudiyyətlər qoyulmalıdr. İstər şagirdlər üçün , istərsə də müəllimlər üçün.  Şagird dərs zamanı telefonla məşğul olur. Bəzən  müəllimlərdən ( təssüf ki belə müəllimlərimizin sayı az deyil ) də  belə hallara yol verilir. Nəticə etibarı ilə tədris pozulur bu da yolverilməzdir. Pandemiya dövrundə tətbiq etdiyimiz online tədrisə qoşulmaq üçün demək olar ki, bütün şagirdlərdə mobil telefon var . Olsun. Eyni zamanda ailələr uşaqların mobil telefondan istifadəsinə nəzarət etmədiyi üçün internet asılılığı yaranıb şagirdlərdə. Bunun həm onların fiziki, həm də mənəvi yetkinləşməsi yolunda ciddi fəsadlar törətdiyini hər birimiz görürük. Bir mənalı şəkildə məktəbdə tədris prosesi vaxtı həm şagirdlərə, həm də müəllimlərə telefondan istifadə ilə bağlı məhdudiyyət qoyulmalıdır.

Sual: Məktəblərin tədris, eləcə də təlim-tərbiyə mərkəzinə çevrilməsi üçün hansı addımlar atılmalıdır?

Cavab: Müstəqilliyimizin 32-ci ilindəyik. Ölkədə 4432 ümumi təhsil məktəbi var. Ümumtəhsil məktəblərinin Əsasnəmsi yoxdur. Ümumtəhsil internat məktəbləri üçün Əsasnamə 1994-cu idə qəbul edilsə də, digər məktəblərimiz üçün yoxdur. 13 yanvar 2011 ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 №-li Qərarı ilə  “ Ümumi təhsil məktəblərinin Nümunəvi Nizamnaməsi “ təsdiq olunub. Hazırda ölkəmizdə heç bir məktəbin fərdi Nizamnaməsi yoxdur. Halbuki həmin sənədin 1.3-cu maddəsində yazılır ki bu Nümunəvi Nizamnamə, hər bir məktəbin fərdi Nizamnaməsinin yaradılması üçün baza rolunu oynayır.

İlk növbədə ümumi təhsil məktəblərinin növlərinə uyğun Nizamnamə yaradılmalı, hər bir məktəb öz fəaliyyətini bu Nizamnamə üzərində qurmalıdır. Ümumi təhsilin idarə olunması ilə, o cümlədən ümumi təhsildə tədris və tərbiyə prosesinin tənzimlənməsi ilə bağlı  hüquqi normativ sənədlər yox səviyyəsindədir. Təhsildə fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı Əsasnamələr, təlimatar hazırlanmalıdır.

Hələ də məktəblərimizdə metodik işin təşkili bağlı heç nə edə bilməmişik. Təhsildə yeganə elmi-pedaqoji araşdırmalar mərkəzi olan Təhsilin İnkişafı İnstitutu bu sahədə heç bir iş görməyib və görmür.

Göründüyü kimi təhsil sahəsində nələrəsə müsbət mənada nail olmaq istəyiriksə , prosesə kompleks yanaşmalıyıq. Bunun üçün isə təhsil sisteminin içindən çıxan kadrlar olmalıdr. Hələ ki onları yaxına buraxan yoxdur. Ona görə də yaxın zamanda nəyinsə yaxşıya doğru dəyişəcəyinə nikbin baxmıram.

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi