Fəal narkomaniyaya qarşı mübarizə sistemində islahatların aparılmasını təklif edib

07 fevral, 2022 17:49

Narkotik maddələrin yayılmasına qarşı mübarizə kampaniya xarakteri daşımamalıdır, bu sahədə düşünülmüş dövlət siyasəti olmalıdır.

Bu fikri Turan agentliyinə hüquq müdafiəçisi Elşən Həsənov söyləyib.

O, diqqəti ona yönəldib ki, son vaxtlar hüquq-mühafizə orqanları demək olar ki, hər gün narkotik maddələrlə bağlı cinayətlərin törədilməsində şübhəli bilinən onlarla şəxs barəsində raport verirlər.

"Bir neçə gün öncə Daxili İşlər Nazirliyi Sabunçu rayonunda həbs edilmiş narkomanlar barədə məlumat verib. Mən özüm Sabunçu rayonunda yaşayıram və deyə bilərəm ki, ümumilikdə paytaxtda olduğu kimi, burada da narkomaniya problemi kəskindir. Hər bir sahə müvəkkili narkotik maddədən asılı olanların hamısını tanıyır. Qonşuların şikayətlərinə baxmayaraq, indiyə qədər hüquq-mühafizə orqanları buna reaksiya verməyiblər", - Həsənov deyib.

Hazırda görülən tədbirlər sovet dövrü ruhunda kampaniyanı xatırladır və təkcə narkotik maddə alverçiləri yox, xəstələr də həbsə məruz qalırlar.

Narkotik maddələr siyasəti məsələləri üzrə Qlobal komissiya (Global Commission on Drug Policy) - 2011-ci ildə yaradılmış ictimai qurum hesab edir ki, repressiyalar narkotik maddədən asılılıq problemini həll etmir.

O, öz məruzəsində bir sıra tövsiyələr irəli sürüb. Əsasən narkomanların təqib edilməsi və cəzalandırılmasının əvəzinə onlara tibbi-profilaktik yardım göstərilməli və müalicə edilməlidir. Məcburi müalicə və cəza ilə yox, könüllü müalicə yolu ilə narkotik maddə asılılığının aradan qaldırılması daha effektivdir.

Azərbaycanda isə narkomanlar qanun pozucuları kimi tanınır. Narkotik maddə asılılığından məcburi müalicə haqqında qanun qüvvədədir.

Həsənov hesab edir ki, hakimiyyət hökumətin tənqidçilərini təqib etmək üçün narkomaniya ilə mübarizədə geniş cəza tədbirlərindən istifadə edir.

Belə ki, siyasi məhbusların siyahısında əhəmiyyətli hissəni narkotik maddələrə görə məhkum olunmuş şəxslər təşkil edirlər.

Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, Azərbaycanda narkotik maddələrin saxlanmasına yol verilən hədd digər ölkələrə nisbətən xeyli azdır.

Belə ki, Azərbaycanda şəxsi istifadə üçün 1 qram marixuanaya icazə verilir. Ukraynada bu 5 qram, Finlandiya -15 qram, Avstriya-20 qram, Portuqaliya- 25 qram, Hollandiyada 30 qramdır.

"Yəni, Azərbaycanda narkotik maddədən asılı şəxs dünya standartlarına zidd olaraq, xəstə yox, cinayətkar sayılır. Onu məcburi müalicəyə məhkum edirlər.

Bütün bunlar korrupsiyaya şərait yaradır. İslah müəssisələrində narkomanlar üçün, ümumiyyətlə, heç bir müalicə yoxdur. Məcburi müalicə isə həbs olunanlardan pul yığmaq işinə yarayır, çünki müalicə haqda arayışı olmayan narkoman vaxtından əvvəl azadlığa buraxılacağına ümid edə bilməz və narkomaniyaya görə yenidən həbs olunacağı barədə şantaja məruz qalır", - Həsənov qeyd edib.

Çoxsaylı qeyri-hökumət təşkilatların olmasına və vəsait ayrılmasına baxmayaraq, narkomaniya probleminin həlli üçün praktiki olaraq heç bir iş yoxdur.

Hüquq müdafiəçisi ümumdünya standartlarına uyğun olaraq, Azərbaycanda narkomanların bu səbəbdən irəli gələn bütün nəticələrlə xəstə kimi tanınmasını təklif edir. Yəni, onlar üçün müalicə könüllülük əsasında olmalı, kompleks tibbi və psixososial müayinə və müalicə aparılmalıdır.

Fəal penitensiar sistemdə narkotik maddə aludəçilərinin müalicəsinə ayrılan vəsaitin bölüşdürülməsinə və onlara tibbi yardım prosedurlarına ictimai nəzarətin tətbiq olunmasını təklif edir.

Elşən Həsənov həmçinin məcburi müalicə haqqında qanunun ləğvini və Azərbaycan qanunvericiliyinin demokratik dövlətlərin standartlarına uyğunlaşdırılmasını təklif edir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR