"Tərtər işi" açılır... - İctimai həssaslıq tələb edən məsələlər də var

11 fevral, 2022 12:49

2021-ci ilin dekabr ayında Azərbaycan Respublikası Baş Prokurorluğunda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradıldı. İstintaq qrupunun yaradılmasında əsas məqsəd “Tərtər işi”nin tam şəkildə araşdırılması, həqiqi günahkarların ortaya çıxarılması, baş vermiş hadisələrin ən xırda detallarına qədər incələnməsi və ortaya obyektiv nəticənin qoyulmasıdır.

Bir neçə ildən sonra yeni istintaq qrupunun yaradılması onu deməyə əsas verir ki, baş verən hadisələrin obyektiv şəkildə araşdırılması ilə bağlı ortada siyasi iradə var.

HAŞİYƏ: 2016-ci ilin aprel döyüşlərindən sonra 2017-ci ilin may ayında Tərtər rayonunda yerləşən hərbi hissədə baş verən hadisələrə görə cinayət işi açılıb. Sonradan “Tərtər işi” adlanan hadisələr zamanı Azərbaycan ordsunun yüzlərlə hərbçisi istintaqa cəlb edilib, onlar işgəncələr məruz qalıb, hətta işgəncələrdən həyatını itirənlər də olub.

Bu ilin fevral ayının 9-da Baş Prokurorluq “Tərtər işi” ilə bağlı həbs edilən bir neçə şəxsin adlarını açıqladı. Hələki 4 nəfər həbs edilib, onlardan biri 2017-ci ilin may-aprel aylarında tabeliyində olan şəxsləri döyməkdə, işgəncə verməkdə və təhqir etməkdə ittiham olunan N saylı hərbi hissənin komandiri olub. Həbs edilən şəxslərin adlarının açıqlanmasından dərhal sonra onların fotoları da sosial şəbəkələrdə yayıldı.

Zabitlərin həbsindən və onların fotolarının yayılmasından sonra ictimai rəy əsasən iki istiqamətdə özünü büruzə verdi:

- Onlar sadəcə icraçılardır, sifarişçilər - əslində öz əməllərini gzlətmək üçün prosesin başında duran daha yüksək rütbəli şəxslər həbs edilməlidir.

- On minlərlə insan onları istədiyi şəkildə təhqir etməyə başladı.

Birinci məsələnin analizi göstərir ki, həbs edilən şəxslərin vəzifəsi, rütbəsi “Tərtər işi” ilə bağlı aparılan araşdırmaların keyfiyyətini, nəticələrini müəyyənləşdirmiş olacaq. Milli ordunun hərbçilərinə qarşı hansısa dar çirəçivədə və kiçik sifarişçilərin əmri ilə işgəncələrin verilməsi inandırıcı görünmür.  

İkinci məsələ kütlə psixologiyasının ifadəsidir. Çünki bir neçə ildir qatı açılmayan “Tərtər cinayəti”nin araşdırılması üçün yeni ümidlər yaranıb, bu baxımdan insanların aqressiv və söyüşcül münasibəti də gözlənilən idi. Artıq uzun müddətdir ki, paytaxtda və bölgələrdəki ictimai yerlərdə, çayxanalarda insanlar hərbçilərə qarşı həyata keçirilən amansız işgənclərdən danışırlar.

Ancaq insanların münasibəti aparılan istintaq hərəkətləri ilə bağlı bütün detalların indidən ictimiyyətə açıqlanması ilə bağlı müəyyən korrektələrin aparılmasını zəruri edir.

Suallar çoxdur. Məsələn, həbs edilən zabitlərin fotoları indidən sosial şəbəkələrə sızdırılmalıdırmı? Onların vaxtilə Azərbaycan ordusunda xidmət etdiyini nəzərə alaraq, bu istiqamətdəki müəyyən riskləri də hesablamaq lazımdır. Onsuz da istintaqın obyektiv aparılması qərara alınıb, o zaman hər incə detalın hansı şəkildə ictimaiyyətə açıqlanması da ölçülüb-biçilməlidir.

Qeyd etmək yerinə düşər ki, polkovnikin həbsi daha yüksək rütbəli zabitlərin və yüksək vəzifəli şəxslərin həbs edilməsi ilə bağlı haqlı çağırışları bir daha sosial medianın gündəminə gətirmiş oldu.

Digər tərəfdən, “Tərtər işi”nin hansı şəkildə nəticələnəcəyi təkcə Azərbaycan ictimaiyyətinin deyil, bəzi qonşu ölkələrin də maraq dairəsindədir. Heç şübhəsiz, bəzi qonşu ölkələr Azərbaycan cəmiyyətindəki müəyyən boşluqların müəyyənləşdirilməsi ilə bağlı tədbirlər görürlər, addımlar atırlar. “Tərtər işi”nin obyektiv araşdırılması, həqiqi cinayətkarların ortaya çıxarılması nə qədər dövlət əhəmiyyətli (hüquqi) məsələdirsə, bu işin nəticələrinin ictimai və mənəvi tərəfləri də bir o qədər həssaslıq tələb edir.

Məsələnin həssaslığını göstərən əsas məsələlərdən biri hərbçilərə qarşı işgəncələr həyata keçirən şəxslərə kənar qüvvələrin təsirinin olub-olmamasıdır. İşgəncə verən şəxslər kənardan idarə olunan qüvvələrin sifarişlərini icra edə bilərdilərmi? Hər halda cəmiyyətdə böyük ümidlər yaradan yeni istintaq komissiyasının bütün bu məsələləri də müəyyənləşdirəcəyinə inam var.

Milli Məclisin deputatı Vahid Əhmədovun yerli mediaya verdiyi açıqlamada deyir:

“Bu işgəncələri verən 4 nəfər sadəcə icraçıdırlar. Bu işin başında duran şəxslər var və onlar həbs olunmalıdır. Söhbət yalnız insanlara verilən əzab-əziyyətdən yox, həm də Azərbaycan Ordusunda baş verən bu özbaşınalığın aradan qaldırılmasından gedir. Faktiki olaraq Azərbaycan Ordusunda belə işgəncə hallarına yol verilib və kifayət qədər zərərçəkən var. Onların sayı da günü-gündən artır. Ona görə də, bu, məsələni boş buraxmaq olmaz. Dövlət başçısına minnətdarlığımı bildirirəm ki, bu işi yenilədi. Azərbaycan Ordusunun dünya ordu sıralarında öz yerini tutması üçün kifayət qədər vəsaitlər ayrılıb. Eyni zamanda ordu dövlət başçısının həmişə diqqət mərkəzində olub. Bilmirəm, bu dəhşət ordunun daxilindən, yaxud kənardan müəyyən göstərişlər, sifarişlər əsasında olub, amma məsələ tezliklə aydınlaşacaq. Kimliyindən, hansı vəzifə tutmasından asılı olmayaraq, onların hamısı məsuliyyətə cəlb olunmalıdır. Məsuliyyətə cəlb olunması üçün kifayət qədər faktlar aşkarlanıb. Görünür, kimlərsə, öz çirkin əməllərini həyata keçirmək üçün bunu ediblər. Düşünürəm ki, Baş Prokurorluq da burada çox ciddi işlər görüb və bu işi axıra çatdıracaq. Vəzifəsindən asılı olmayaraq bu məsələdə əli olan insanların hamısı cəzalarını alacaqlar”.

Müəllif: Samir Feyruzov

Azsiyaset.com

 

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi