Cinayətkar Cahangir Hacıyev Azərbaycanı necə cərimələtdirib? - Avropa Məhkəməsinin qərarı haqda

11 fevral, 2022 21:07

Hüquqları Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin şikayəti üzrə qərar çıxarıb.

Bu barədə Avropa Məhkəməsinin rəsmi saytı məlumat yayıb.

Strasburq Məhkəməsinin hökmünə əsasən, Azərbaycan məhkəmələri istintaq zamanı Hacıyevin həbsdə saxlanmasının zəruriliyini əsaslandıra bilməyiblər.

Avropa İnsan Hüquqları Məhkəməsi Hacıyevin Avropa Konvensiyasının 5-ci (azadlıq hüququnun pozulması) və 3-cü (qanunsuz həbs) maddələrində nəzərdə tutulan hüquqlarının pozulmasını tanıyıb.

Strasburq məhkəməsi Cahangir Hacıyevə 3500 avro məbləğində təzminat ödənilməsi barədə qərar çıxarıb.

Cahangir Hacıyevlə bağlı yaranmış bu durum hökumət üçün gözlənilən idimi? İndi deyilə bilər ki, Avropa Məhkəməsi bir korrupsioneri, dövlətin pulunu talan etmiş bir iqtisadi cinayətkarı müdafiə edib. Hökumət məsələnin bu yerindən yapışıb, AİHM-i tənqid edə bilər. Bəs tezislərə hüquqşünaslar nə deyir? 

Cahangirlə bağlı AİHM-nin çıxardığı qərar onun azadlığa çıxmasına kömək edəcəkmi? Xatırladaq ki, indiyədək xeyli tanınan məhbusla bağlı Avropa Məhkəməsinin “qeyd-şərtsiz azadlığa buraxılsın” qərarı olub. Fəqət bu qərar sonra da həmin dustaq azından 5-6 il türmədə cəza çəkib.

Tamamən unudulmuş, medianın yadına düşməyən Cahangir Hacıyevlə bağlı Avropa Məhkəməsinin bu qərarı təsadüfdürmü?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat” Azərbaycan məhkəmə-hüquq sistemin əsas problemi cinayətkarlara qarşı qanunlardan kənar cəza tətbiq etmək yolunu tutub: 

“Beynəlxalq Banka Cahangir Hacıyev rəhbərlik etdiyi dövrdə oradakı qanunsuzluqlar haqda mətbuat illərlə yazıb. Onun sərəncamında olan şirkətlərin xırda payçılarına gəlirdən faizlərini verməmək üçün min oyun açırdılar. Qanunsuz kredit verilməsi adi hal idi. Qanunu pozmaqla kredit verdikəri məbləğlər isə astronomik idi. Bunu Cahangir Hacıyev həbs edənlər də, məhkum edənlər də bilirdi. Lakin Cahangir Hacıyevin həbsindən sonra ona qarşı görülən tədbirlər adekvat olmayıb. Bizim hüquq-mühafizə orqanlarımız qanuni, hüquqi cəhətdən korrekt qərar vermək imkanları olduğu halda belə, daha çox qanunların tələblərinə riayət etmədən tapşırılan işi icra edir. Son nəticədə isə Cahangir Hacıyev kimiləri qanunsuzluqlara yol verdikləri halda belə, məhkəmədə qanunsuzluqlar təsbit edilsə belə, Avropa Məhkəməsində əleyhimizə qərar verilməsi qaçılmaz oldu. Hüquq-mühafizə orqanlarında savadlı, öz işini bilən kadrlar az deyil, amma bu kadrların sayı da yetərli deyil. Qarşılarında hüquqsuz Azərbaycan vətəndaşı görməyə alışıblar. Bu gün Azərbaycan məhkəmə-hüquq sistemində  olan vəzifəlilərə münasibətdə cəzasızlıq mühiti hökm sürür. Hakim bilir ki, ona tapşırılan hökmü verəcəyi təqdirdə cəzasız qalacaq. Belə tapşırıqları icra edənlər arxayındır ki, qanunu kənara qoyub nə istəsə edə bilər. Belə də edirlər. Azərbaycan məhkəmələrinin əksəriyyəti müstəqil deyil. Məhkəmələr nəinki cinayətkarla, günahı olmayan vətəndaşlarla belə qanuna uyğun davranmağı əksər hallarda bacarmır. Cahangir Hacıyev həbs edilərkən, sonradan məhkəmə qarşısına çıxarılarkən ona qarşı onun əməlinə adekvat davranış qaydası sərgilənməli idi. Əvəzində ona qarşı uyğun olmayan addımlar atılıb, həkim xidmətindən tutmuş məktublarına, şikayətlərinə adekvat reaksiya verilməyib. Nəticədə Azərbaycan haqlı olduğu halda Avropa Məhkəməsində belə qərar almalı olur. Cahangir Hacıyevi məhkum edənlər isə yenə də kənarda qalıb ölkəni cərimələtdirməkdə, imicini zədələməkdə davam edirlər”. 

Hüquqşünas məhkəmə-hüquq sistemində səriştəsizliyin hər addımda nəzərə çarpdığını bildirib:

“Məhkəmələrdə dəfələrlə görmüşük ki, müttəhim günahkardır. Amma ona qarşı atılan addımlar, görülən tədbirlər onu haqlı çıxarır. Bu, səriştəsizlikdən, savadsızlıqdan, arxayınçılıqdan irəli gəlir. Bizim məhkəmə sistemi formal tələbləri belə saya salmır və son nəticədə Cahangir Hacıyev kimi bank sistemində min oyundan çıxanlar Azərbaycanı cərimələtdirə, özünü haqlı göstərə bilir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR