"Müharibə Minsk qrupunun uğursuzluğu idi"  - Fransalı ekspert

18 fevral, 2022 10:26

“Beynəlxalq ictimaiyyətin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü və Qarabağdakı suverenliyini tanıyır və dəstəkləyir”.

"Azsiyaset" bu sözləri yenisabah.az-a açıqlamasında “Sosial Elmlərdə Fənlərarası Tədqiqatlar Mərkəzi”nin direktoru, fransalı siyasi ekspert Naim Asas deyib.

O, BMT tərəfindən qəbul edilən qətnamələri xatırladıb:

“1993-cü ildə BMT TŞ tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələr var. Azərbaycan və Ermənistan bütün problemləri həll etmək üçün hər hansı bir həll yolu tapmalıdır. ATƏT-in Minsk qrupunun Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllində qərəzli olduğu görünür. Müharibə Minsk qrupunun uğursuzluğu idi. Buna görə də, onlar münaqişənin BMT qətnamələri əsasında həlli üçün danışıqlar aparmalıdır. Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə müxtəlif liderlərlə çoxlu görüşlər keçirilib və regionda gərginliyin azaldılması və etimadın yaradılması səylərini dəstəkləmək əzmində olduqlarını bir daha təsdiqləyiblər. Onlar müxtəlif məsələlər, o cümlədən məhbusların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə birgə səylərin davam etdirilməsi, eləcə də dəmir yollarının bərpası üzrə görülən işləri qiymətləndiriblər”.

Mütəxəssis qeyd edib ki, bütün bu görüşlər Brüsselin sülh gündəliyinin davamı olub:

“Tərəflər iki ölkə arasında münasibətlərin müxtəlif aspektlərini, o cümlədən humanitar məsələlər, etimad quruculuğu tədbirləri, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də, sülh müqaviləsi üzrə danışıqları müzakirə ediblər. Ermənistan itkin düşənlərin və kütləvi məzarların tapılması üçün əməkdaşlıq etməlidir. Atəşkəs razılaşmasından sonra ölənlər olduğu üçün iki ölkə sərhədində gərginlik davam edir. Atəşkəs rejiminə hörmət etmək və nəticədə sülhə nail olmaq üçün iki ölkənin liderləri digər tərəfdaşların təşəbbüsü olmadan bir araya gəlməlidir. Baş nazir Paşinyan və Prezident Əliyev bu razılaşmanın əsasıdır və onlar həm də sülh alovunun daşıyıcıları olmalıdırlar. Prezident Əliyevlə Baş nazir Paşinyan arasında Soçi görüşündən bəri məqsəd gərginliyi azaltmaq və daha dərin böhrandan qaçmaqdır. Hesab edirəm ki, onlar ilk növbədə əsas prinsiplər üzrə razılığa gəlməlidirlər”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR