Azərbaycanda maliyyə cinayətkarları kimlərdir?

21 fevral, 2022 10:08

Ötən gün adına şirkət qurulduğunu öyrənən Astara rayon Toradi kənd sakini Zaur Sovqatov intihar edib. Bildirilir ki, ölümündən bir neçə gün öncə mərhum Zaur Sovqatov aldadıldığını, onun adına bir neçə şirkət yaradıldığı və böyük məbləğdə vergi borcu yarandığı barədə hüquq-mühafizə orqanlarına və digər dövlət qurumlarına müraciət edibmiş.

Bu, Azərbaycanda maliyyə cinayətkarlarının mütəşəkkil şəkildə fəaliyyətinin olduğunu deməyə əsas verirmi? Onlardan necə qorunmalı?

"Azsiyaset" xəbər verir ki, məsələ ilə bağlı deputat Musa Quliyev bakupost.az -a açıqlama verib.

Bildirib ki, bunlar fərdi şəkildə fəaliyyət göstərən dələduzların işidir:

“Ölkədə böyük maliyyə cinayətkarlığı ilə məşğul olan mütəşəkkil qruplaşmaların olduğunu düşünmürəm. Fərdi dələduzlar hər zaman olub, indi də var. Lakin həmin dələduzlar vətəndaşlarımızın sadəlövhlüyündən, savadsızlığından yararlanaraq, həmçinin onları şirnikləndirərək belə addımlar atırlar”.

Onun sözlərinə görə polis, maliyyə orqanları tərəfindən, eyni zamanda mətbuat vasitəsilə davamlı maarifləndirmə işləri aparılmalıdır:

“İnsanlar bilməlidir ki, bu imzanı niyə atır, sabah hansı problemlərlə qarşılaşa bilər və yaxud şəxsi sənədini kiməsə həvalə etmək olmaz. Bunların qarşısını hər hansı bir qanunla almaq mümkün deyil. Lakin bu tip dələduzlara qarşı kifayət qədər qanunlar qəbul olunub. İstər cinayətkarlıqla bağlı, istər maliyyə pozuntuları, istərsə maliyə saxtakarlıqları ilə bağlı qanunlarımızda müddəalar da mövcuddur. Lakin burada vətəndaşlarımızın savadlılığı vacibdir. Hər kəsin yanına polis qoya bilmərik ki, vətəndaşın haqqını qorusun”.

Millət vəkilinin fikrincə indi kibercinayətlər hədsiz çoxalıb:

“Vətəndaşların bank kartlarındakı məlumatları oğurlayaraq onların bank hesablarındakı pullarını çəkirlər. Eyni zamanda müxtəlif ölkələrdən vətəndaşlarımızı şirnikləndirərək onların pullarını almaq halları da var. Belə hallarda vətəndaşların ayıq-sayıqlılığı lazımdır”.

M.Quliyev qeyd edib ki, belə dələduzları həbslər gözləyir:

“Belə dələduzlar 8, 10, 12 ilə qədər həbs oluna bilərlər. Lakin dələduzun cəzalandırılmasının zərərçəkmiş vətəndaşa xeyri olmayacaq. Bəzi vaxtlarda məhkəmə qərar çıxarır ki, vətəndaşa dəymiş ziyan ödənilsin. Bu da çox nadir hallarda icra olunur. Çünki cinayətkarlar adətən öz adlarında nə mülk, nə pul saxlayırlar. Onu da qeyd edim ki, “Asan İmza” qorunur və hər bir vətəndaşın “Asan İmza”sı yoxdur. “Asan İmza” daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlarda olur. Digər hallarda isə, görünür, saxta sənədlər əsasında nələrsə hazırlanır. Hər halda bütün bunları hüquq-mühafizə, vergi, maliyyə orqanları mütləq araşdırmalıdır”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR