Bu, çıxış yolu deyil, cənab prokuror! – Media niyə "qamçılanır"? - ƏTRAFLI

21 fevral, 2022 14:46

Əslində bu yazını heç yazmaq istəmirdim. Çünki son ana qədər ədalətin bərqərar olacağına inanırdım. Amma olmadı. Məhkəmələr ədalətin “üzünə tüpürdü”…

Söhbət Baş Prokurorluq tərəfindən ötən il KONKRET.az saytı barədə çıxarılan qərardan gedir. Deməli, 2019-cu ilin dekabrın 18-də həftənin 6-cı günü Respublika Baş Prokurorluğuna dəvət edildim. Güman edirdim ki, ya hansısa araşdırma yazımıza görə bizimlə görüş keçiriləcək və məlumatların dəqiqləşdirilməsi prosesində iştirak edəcəyik, ya da bizdən bu quruma hər hansı şikayət edildiyinə görə izahat verməli olacağıq. Bu minvalla prokurorluğa getdim və orada qarşılaşdıqlarım məni sözün əsl mənasında şoka saldı. Ona görə də prokurorluğun dəhlizində saatlarla susqun vəziyyətdə özümü ayıltmağa çalışırdım. Sözün əsl mənasında sarsıdıcı ədalətsizliklə üz-üzə qalmışdım.

Sən demə, biz “dəhşətli” bir cinayət işləmişdik. “Cinayətimizin” motivi də budur ki, intihar hadisəsi ilə bağlı məktəb direktorunun açıqlamasını başqa media orqanına istinadən vermişik. Bununla bağlı Prokurorluğun cinayət təqibindənkənar icraatlar idarəsində araşdırılma aparılıb. Və bunun nəticəsi olaraq idarənin rəisi Elnur Musayevin imzası ilə haqqımızda verilən qərar Sumqayıt Şəhər Məhkəməsinə göndərildi. Özü də məhz 6-cı gün axşam saat 19:00-da. Gör nə qədər “müdhiş” bir cinayət işlədilmişdi ki, işimizə növbətçi hakim baxırdı. Nə isə… Məhkəmədə baş verənlərdən danışmayacağam. Bu, ayrı bir biabırçılığın mövzusudur…

Məhkəmədə prokurorluğun çox gənc əməkdaşından soruşdum ki, “Axı nəyə görə belə bir absurd qərar qəbul edirsiniz? Bizimlə niyə əsassız olaraq belə sərt, səlahiyyətinizin imkanları daxilndə amansız davranırsınız?

Biz hansısa şəbəkələşmiş qrupun üzvü deyilik axı?! Və yaxud qadağan olunmuş mövzularda təbliğat vərəqələri yayan mütəşəkkil dəstə başçısıyıqmı, bizimlə belə rəftar edirsiniz?! Axı hansı qanunu pozmuşuq ki, külli miqdarda cərimə kəsirsiniz? Belə çıxır ki, sizin qurum bir müddət sonra həbsimizi tələb edən qərarlar çıxaracaq”.

Gənc prokuror isə bu sualların qarşısında sadəcə gülümsədi.

İndi keçək əsas suallara.

Görəsən, Baş Prokurorluğu nə vadar etdi ki, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci  maddəsi ilə bizi “qamçıladı”? Axı saytımıza qarşı aqressiya bu qurumun əməkdaşlarında haradan və necə yarandı? Əgər doğrudan da söhbət qanunun tətbiqindən gedirsə, prokurorluq qanunla ilkin mərhələdə bizə xəbərdarlıq etməli deyildimi?

Axı nə baş verdi? Deyildiyi kimi, intiharı təbliğ etməmişik, məktəb direktorunun açıqlamasını isə başqa media orqanına istinadən dərc etmişik. Yeri gəlmişkən, həmin məlumat əksər saytlarda verilmişdi. Baş Prokurorluqdan deyildi ki, heç kimə fərq qoyulmayacaq. Hər kəs cəzalandırılacaq. Amma belə olmadı.

Xülasə, Baş Prokurorluq əməkdaşlarının bu mövqeyini hələ də anlamırıq. Əgər prokurorluğun bəzi əməkdaşları hesab edirsə ki, belə addımı ilə KONKRET.az-ın gözünü qorxudacaq, yanılır. Mən şəxsən Allahdan başqa heç kimdən qorxmuram. Dövlətimi və Vətənimi isə canımdan artıq sevirəm. Prokurorluğun hansısa əməkdaşının xoşuna gəlsə də, gəlməsə də, tənqidi jurnalistika ilə məşğul olacam. Məni bu yoldan heç kim döndərə bilməz.

Məni sarsıdan digər məqam odur ki, Apellyasiya Məhkəməsi də haqlı olduğumuzu müəyyən etsə də, sifarişin “yuxarı”dan gəldiyini deyib qərarı qüvvədə saxladı. İndi gəl, cəmiyyəti inandır ki, bəs bizdə məhkəmələr müstəqildir, vətəndaşlar öz haqlarını təmin etmək üçün ədalətli məhkəməyə sığına bilərlər.

Əslində mən Avropa Məhkəməsinə müraciət edə bilərdim. Tam əminliklə haqqımızda olan absurd, nihilist qərarı ləğv etdirərdim. Amma bir-iki səriştəsiz, hikkəli prokurorluq əməkdaşına görə ədaləti Avropa Məhkəməsində axtarmağı özümə sığışdırmadım. Bu isə o demək deyil ki, qurumlarda işləyən qərəzli şəxslər mərdi qova-qova namərd etməlidirlər. Əgər Baş Prokurorluq cəmiyyətdə intihar, “Tərtər hadisələri” kimi mövzuların xaos şəkildə gündəmə gəlməsini istəmirsə, bu, ona əsas vermir ki, hakimiyyətin 4-cü qolu hesab edilən media ilə zopa dilində danışsınlar.

Əksinə, yaxşı olardı ki, Baş Prokurorluq DTX və DİN, eləcə də digər qurumların təcrübələrini öyrənsin. Yəni media orqanları, jurnalistlər və blogerlərlə vaxtaşırı seminarlar, maarifləndirici tədbirlər keçirsin, digər kommunikativ üsullardan istifadə etsin.

Cənablar, siz bizə dövlətin sərt üzünü göstərməyin! Əvvəla, biz buna layiq deyilik. Əgər siz yüksək maaş müqabilində dövlətə və xalqa xidmət etdiyinizi düşünürsünüzsə, biz qələm adamları illərdir təzyiqlərlə, ittihamlarla üzləşə-üzləşə 250-600 manata çalışmaqla dövlətin maraqlarını müdafiə edirik.

Mən dövlət ərkanı, dövlətçilik əxlaqı və tərbiyəsinin nə olduğunu yaxşı bilirəm. Onu da dəqiq bilirəm ki, dövlətin ali icra orqanları, hüquq-mühafizə strukturları və mühüm qurum rəhbərlərinin nüfuzuna zərbə vurulmamalıdır. Onda dövlət özü sarsıla bilər.

Amma bunu ancaq biz düşünməməliyik. Zəhmət çəkib, siz də öz səlahiyyətlərinizi aşıb ucdantutma “cərimə” metodlarınızı dayandırın. Yoxsa gün gələr, Baş Prokurorluq bəzi əməkdaşların mediaya qarşı amansız və sərt mövqeyinə görə cəmiyyətdə tamamilə nüfuzdan düşə bilər.

Hamı qanun qarşısında bərabərdir, həkimi də, müəllimi də, jurnalisti də, prokuroru da. Siz dövlət mundirini əyninizə geyinib bizi “qamçılamaqla” yalnız Azərbaycan dövlətini dünyada nüfuzdan sala bilərsiniz.

Unutmayın ki, azad və müstəqil media dövlətçiliyimizin bünövrəsini möhkəmləndirən mühüm institutlardan biridir. İctimai nəzarət funksiyasını yerinə yetirən media lazım gəldikdə dövlətin hüquq-mühafizə orqanlarına bərabər xidmətlər göstərə bilir. Cəmiyyətdə ideologiyanın hərəkətverici qüvvələrindən biri mediadır. Məhz neqativ halların, problemlərin və mövcud çatışmazlığın ştrixlərini, ifadələrini, qısaca desək, güzgü missiyasını prokurorluq deyil, məhz media həyata keçirir. Başqa ölkələrin xüsusi xidmət orqanlarına işləyən beyin mərkəzlərinin istiqamətlərini, dövlətin daha da möhkəmlənməsi üçün ideoloji əsaslarını media icra edə bilər.

Birmənalı şəkildə bildirirəm ki, nəzərdə tutduğunuz məsələlər dövlətin sərt sifəti ilə həll olunmur. Təsir əks-təsirə bərabərdir. Jurnalisti cərimə, həbs və digər təzyiq üsulları ilə sıxmaq, qorxutmaq dövlət tərbiyəsi deyil. Sizi intihar hallarının təbliğ olunması narahat edirsə, buyurun, birgə işləyək, konsepsiya hazırlayaq, Gənclər və İdman, Mədəniyyət, Təhsil nazirlikləri, DTX, DİN, Baş Prokurorluq və başqa əlaqəli qurumlarla daha sıx işləyək.

Məni qınamayın, amma son vaxtlar baş verən proseslərdən belə başa düşürəm ki, Baş Prokurorluqda çalışan bəzi yüksək vəzifəli şəxslərin jurnalistlərə qarşı antipatiyası var və mediaya qarşı kompleksləri getdikcə güclənir. Və istisna deyil ki, onlar arasında mediada sərt tənqid olunan məmurların (aralarında həbs olunanlar da var) övladları var ki, bizə qənim kəsilə bilərlər.

Nə isə, versiyalar çoxdur, amma başımıza gələn xoşagəlməz hadisə dövlətin bu qurumuna inamımızı sözün əsl mənasında sarsıtdı.

Yenə də ümid edirəm ki, bu mövqeyim Baş Prokurorluq tərəfindən anlayışla qarşılanacaq. Rəhbərlik bu məsələləri diqqətdə saxlayacaq, media ilə sadaladığım istiqamətlərdə daha sıx əməkdaşlıq edərək, hüquqi dövlət quruculuğunda öz səylərini əsirgəməyəcək.

Fadil Paşayev

Baş redaktor

20 avqust

13:25 - Fransanın Azərbaycana göndərdiyi yeni səfir kimdir?13:22 - Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir - Rəsmi statistika13:20 - "Bakı və İrəvan arasında saziş İran üçün təhdud yox, fürsət yaradacaq" - Cavad Zərif13:16 - "Kontakt Home”dan şikayətlər səngimir" - "Qızıl Zəmanət" müştəriləri tələyə salıb

18 avqust

13:44 - Rusiyadakı azərbaycanlılara yeni qadağa...13:42 - Əcnəbilərə cinayət işi açıldı - DİN məlumat yaydı13:39 - Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub

15 avqust

13:01 - İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj...12:58 - "İran Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayır, lakin..." 12:56 - "Rusiya Ermənistanı "Tramp yolu"nun yaradılmasında dəstəkləyir" - Overçuk

12 avqust

10:11 - Qarabağda milyonluq tender maxinasiyası - Leysan Məmmədov yenə "iş başındadır"

11 avqust

15:18 - "Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma" İB-dən İlham Əliyevə AÇIQ MƏKTUB15:15 - Paşinyan Putinə hesabat verdi...15:12 - "İran bu şərtlə Zəngəzur dəhlizinin açılmasının lehinədir" - Pezeşkian15:10 - nvestorlar Tramp-Putin görüşünə fokuslanıblar - Neft sürətlə ucuzlaşır

21 iyul

14:06 - Neft Fondunun mənfəəti azalıb14:05 - Karapetyan zindandan məktub göndərdi - Zəngəzur dəhlizi tezliklə reallığa çevriləcək...13:59 - Ermənistan konstitusiyasını dəyişmək istəmir13:57 - Abbas Abbasovun Rusiyadakı biznesi 10 milyon zərər edib

14 iyul

13:09 - Erməni oliqarx yeni partiya yaradır 13:05 - Azərbaycan ildə 2.4 milyard... - Ekspert maraqlı faktlar açıqladı13:02 - Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb

11 iyul

15:07 - Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vuruldu - FOTOLAR

07 iyul

12:31 - Xaricdəki diplomatlarımız Bakıya çağırıldı - SƏBƏB12:29 - Hüquqşünas deputatlardan gileyləndi - "Qanunlara dəyişikliyi yadda saxlamaq çox çətindir"12:27 - Dağıstan rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə - Reaksiya

04 iyul

11:45 - Bu dəfə... - 539 "Şahed", 10 "İsgəndər" raketi11:43 - İlham Əliyev Donald Trampa məktub göndərdi 11:26 - İrəvan Sülh Fondundan 10 milyonu ala bilmir

30 iyun

13:26 - Rusiyada azərbaycanlılara qarşı OMON hücumları