Rusiyadan bəzi məhsulların xaricə çıxarılması qadağasının pərdəarxası

10 mart, 2022 09:17

“Rusiya vaxtında sərhədləri bağlayıb ki, o məhsullara görə ona təzyiqlər olmasın”

Fevralın 24-dən başlayan Rusiya-Ukrayna müharibəsi ölkənin bütün sferalarına təsir etməkdədir. Müxtəlif ölkələrin Rusiyaya qarşı yürütdüyü sanksiyalar prezident Vladimir Putini yeni qərarlar verməyə məcbur edib. Martın 2-dən Putin Rusiya Federasiyasından 10 min dollardan çox məbləğdə xarici nağd pulun ixracını qadağan edən fərman imzalayıb. “2022-ci il martın 2-dən Rusiya Federasiyasından 10 min ABŞ dolları ekvivalentindən artıq olan və Mərkəzi Bankın rəsmi məzənnəsi ilə hesablanan nağd xarici valyutanın və (və ya) xarici valyutada pul alətlərinin çıxarılması qadağan edilsin”, - sənəddə deyilir. Bundan əvvəl Putin əks sanksiyalarla bağlı fərman imzalayıb. Martın 1-dən etibarən Rusiya səlahiyyətli şəxslərinə kredit müqavilələri üzrə xarici valyuta köçürmələri, Rusiya Federasiyasından kənarda öz hesablarına xarici valyutanın mədaxil edilməsi, habelə xarici ödəniş xidmətləri provayderlərinin təqdim etdiyi elektron ödəniş vasitələrindən istifadə etməklə bank hesabı açmadan pul köçürmələri həyata keçirmək qadağandır. Bundan əlavə, sənəd Rusiya ixracatçılarını valyuta gəlirlərinin 80%-ni satmağa məcbur edir.

Ekspertlər bildirirlər ki, əgər bu müharibə davam edərsə, nəinki Rusiya iqtisadiyyatına, eləcə də region ölkələrinə də təsirsiz ötüşməyəcək. Yeri gəlmişkən, Rusiya prezidentinin imzaladığı daha bir fərman da diqqət çəkib. Bir gün öncə Putin xarici iqtisadi fəaliyyət sahəsində ölkənin təhlükəsizliyini təmin etmək üçün xüsusi iqtisadi tədbirlərin görülməsi haqqında fərman imzalayıb. Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, fərmanda hökumətin tərtib edəcəyi məhsulların dekabrın 31-nə qədər Rusiya xaricinə çıxarılmasının qadağan olunması əksini tapıb. Rusiya prezidenti hökumətə iki gün ərzində ölkə xaricinə çıxarılması qadağan olunan məhsul və xammalların siyahısını hazırlamağı tapşırıb. Çoxları Putinin bu qərarını lağlağı ilə qarşılayıb. Amma bir çox ekspertlər bu qadağanın Rusiya üçün əhəmiyyətli olduğunu bildiriblər. Bəs görəsən, bunun əhəmiyyəti nədir?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Elman Sadıqov “Yeni Müsavat”a bunları şərh edib

“Bu fərman ondan ötrü verilib ki, strateji məhsulların Rusiya daxilində qalması təmin edilsin. Çünki əldə olan ehtiyatlar tükənə bilər. Özlərində idxal zəifdir, limitlidir. Həm də ölkə müharibə aparır. Sabah nə olacağı bəlli deyil. Ən çox da orada ixracdan söhbət gedir. Konkret olaraq dənli bitkilər - buğda, arpa, qarğıdalı, günəbaxan və sair Rusiyanın ixracda əsas strateji məhsullarıdır. Qarğıdalı, günəbaxan yağları da bura daxildir. Dünya ixracında buğda və arpa Ukraynada əsas önəmli rol tutur. Bu, Rusiyada da belədir. Ukraynada infrastruktur qalıb, ixrac yoxdur. Rusiyaya tələb arta bilər. Sual olunur ki, tələb artarsa, Rusiyanın anbarlarında hazırda o qədər məhsul varmı? Ölkənin strateji ehtiyatı sayılır.  Həmin məhsullar hesablanmalıdır ki, nə qədər ixrac edə bilərlər. Çünki önəmli olan daxili tələbatdır. Bu bitkilərlə bağlı ciddi problem yaranıb. Rusiya üçün ciddi təhlükə ondan ibarətdir ki, onun ixrac etdiyi məhsulların bir çoxunu Ukrayna da ixrac edirdi. Ukraynada infrastruktur dağılıb, bu dəqiqə ixrac etmək iqtidarında deyil. Ukraynanın ixrac etməli məhsullarının çoxunu da Rusiya ixrac etməlidir, yaxud da edər. Rusiya vaxtında sərhədləri bağlayıb ki, o məhsullar üzrə ona təzyiqlər olmasın. Özü də hazırda dollar çatışmazlığı var.  İdxalda da problemləri var, embarqolar var. Təsəvvür edin ki, bütün ölkə boşaldı, anbarlar boşaldı. İxrac oldu, amma qarşılığı yoxdur. Hələ kənd təsərrüfatı məhsullarının biçiminə də üç ay var. O səbəbdən də Rusiyada ciddi problemlər yarana bilər. Ona görə vaxtında öz anbarlarını, strateji məhsullarını hesablayırlar. Əgər görsələr ki, 4-5 ay risk altına düşə bilər. Onda o halda onlara ciddi şəkildə limit qoyacaqlar”.  

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev də mövzu ilə “Yeni Müsavat”a fikirlərini açıqlayıb: 

“Qadağanın mahiyyəti ölkənin ərzaq təhlükəsizliyini nəzərə alması ilə bağlıdır. Eləcə də strateji məhsulların ölkədən çıxmasının qarşısı alınacaq. Ona görə qərarlar özü də göstərir ki, heç də yaxın vaxtda xoş proqnozlar olmayacaq, özü də tək Ukrayna məsələsi yox, bu daha da genişlənib, başqa ölkələrə də təsir edəcək. Ona görə də bu, onun da siqnalıdır. Daxili bazarda əhali üçün vacib olan strateji məhsulların təminatına ərzaq təhlükəsizliyi kimi baxır. Rusiyada ərzaq təhlükəsizliyi ilə bağlı dövlət proqramı da  var. O strateji məhsullar, qida məhsulları, dərman preparatları kimi məhsullar nəzərdə tutulur ki, ölkədə qıtlığın yaranmasının qarşısı alınsın”.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"