Massajist-müğənni: "Çörək qazanmaq üçün başqa sahələrə baş vurmaq lazımdır" - MÜSAHİBƏ

16 mart, 2022 13:19

İllər öncə tamaşaçıya musiqi yarışmalarından ifaları ilə tanış olan, qısa zamanda sevilən və akademik musiqi seçimlərinə görə fərqlənən Şəhla Həmidova son illər səhnədən uzaq düşdü. Bir müddət öncə onu yenidən televiziya kanalında görmək, ifasını eşitmək, əminik ki, savadlı musiqiyə dəyər verən hər bir tamaşaçı üçün xoş oldu. 

Biz də Demokrat.az saytı olaraq Şəhla Həmidova ilə həmsöhbət olduq, ona suallarımızı ünvanladıq...

- Şəhla xanım, müsabiqə vaxtı güclü səs tembri ilə fərqlənirdiniz. Sizi səhnədən uzaq salan səbəb nə oldu?

- O qədər şeylər gördüm, anladım ki, adı kimi incə olan sənətdən əsər-əlamət qalmayıb. Hara gedirdinsə, qarşında maneə görürdün. Səhnədə qalmaq üçün ya gərək abırsız olasan, ya da arxa, köməyin olsun. Yəni, artıq sənət tamaşaçıya maraqlı deyil. Kim harda, necə oxudu, nə oxudu, heç maraqlanan yoxdu. Yetişən nəslin mənəvi zövqü necə olacaq, bilmirəm. Baxdım ki, səhnədə qalmaq üçün lazım olan tələblər məndə yoxdur. Mənim ifam, mənim performansım indiki tamaşaçıya maraqlı deyil. İndi, sanki, incəsənətimiz ilan-qurbağa mahnılardan ibarətdir. Elə bil ki, bu mahnıları  insanların beyninə hopdurublar, hara getsən o mahnıları eşidirsən. Mənim ifalarım o dırnaqarası trendə düşə bilmədi. Ona görə də istər-istəməz uzaqlaşdım. 

- Sizcə, uğurlu ifaçı olmaq üçün səsdən başqa nə lazımdır?

- Uğurlu ifaçı olmaq üçün insanda gərək şans ola. Bir də gərək sponsor ola- arxanda dayanacaq adamın.  

- Yenidən səhnəyə qayıtmağınıza kim və ya nə səbəb oldu?

- Pandemiya göstərdi ki, insanın səhnədən başqa da işi olmalıdır. Çörək qazanmaq üçün başqa sahələrə də baş vurmaq lazımdır. Amma səhnəyə qayıtmağıma səbəb ATV kanalı səbəb oldu. Sağ olsun Nanə xanım, Zaur bəy məni dəvət etdilər. Vüqar bəy çəkdi məni. Sənətə həvəsim ölmüşdü, onlar həvəsimi geri qaytardı,sanki. Onların dəvətindən sonra mən bir çox məclislərə, banketə dəvət olundum. Sənət adamı da başqa hardan qazanc əldə edə bilər?! Mənim konsert etməyə imkanım yoxdu, ancaq elə məclislərdən qazandığım pulla dolana bilərəm. Onlara dönə-dönə təşəkkür edirəm. Özümdə yenə də güc tapdım, səhnəyə qayıtdım, nə qədər davam edə bilərəm, bilmirəm. 

- Nələr üçün "gecdir artıq" deyirsiniz?

- Bilsəydim ki, musiqimiz bu vəziyyətə qalacaq, ifaçı olmaq barədə düşünməzdim. Ya da çalışardım ki, sənəti bu qədər sevən, dərinliyinə qədər bilən ifaçı olmazdım. İndi necə gəldi oxuyurlar, mən də onlar kimi olardım. Amma daha gecdi, özümü dəyişə bilmərəm. Bivec olmaq istəyərdim, bunun üçün də gecdir artıq. Mən və mənim kimi insanlar üçün nəinki sənət, həyat özü də çətindir. 

- Səhnə vəfasızdır, deyirlər. Bəs niyə onu sevirlər?

- İnsan öləcəyini bildiyi halda, əzmlə vuruşur. Bir maşınla kifayətlənmir, üç maşın alır, evlər, mal-mülklər, amma əslində, hər kəs 2x1 yerə gedirik də.. Mənim ən böyük arzum odur ki, böyük səhnədə konsertlə çıxış edim. Amma onu da bilirəm ki, həyat kimi səhnə də vəfasızdır. Necə ki, vəfasız olduğu halda həyatı da sevirik, səhnə də elədir. Kiminsə yaradıcılıq gecəsi olanda, dəvətlilər içərisində mən də olanda, elə təsəvvür edirdim ki, mənim konsertimdir. Səhnə həvəsimi, oxumaq tələbatımı elə ödəyirdim. Hər kəs gərək vaxtında səhnədən getməyi bacarsın. Gərək səhnədən gedəndə də gözəllik qoyub gedəsən, yaddaşlarda yaxşı qalasan. 

Maya Həsənova
Demokrat.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR