Yeni bahalaşma dalğası: "Azərbaycanda inflyasiya yüksək həddə çatacaq" - MÜSAHİBƏ

18 mart, 2022 11:43

Federal Ehtiyat Sistemi (FES) ABŞ-nin 2022-ci ildə ÜDM-in artımı proqnozunu 4 faizdən 2,8 faizə qədər pisləşdirib, 2023-cü il üçün isə 2,2 faizlik proqnozu saxlayıb. Eyni zamanda, FES də ABŞ-də inflyasiya proqnozunu 2022-ci ildə 2,6 faizdən 4,3 faizə, 2023-cü ildə 2,3 faizdən 2,7 faizə, 2024-cü ildə 2,1 faizdən 2,3 faizə yüksəldib. Federal Açıq Bazar Komitəsinin (FOMC) bəzi üzvləri FES-in 2023-2024-cü illərdə uçot dərəcəsini 3,5-3,75 faizə qədər artıracağını gözləyirlər.

Mövzu ilə bağlı “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, iqtisadçı Vüqar Oruc Yenicag.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Vüqar bəy, uçot dərəcəsinin artırılması fonunda dünya iqtisadiyyatında hansı dəyişikliklər yaşanacaq?

– Federal Ehtiyat Sistemi tərəfindən uçot dərəcəsinin yüksəldilməsi nəinki ABŞ-yə, hətta əsas valyuta hesab olunan dollardan istifadə olunan bütün ölkələrə və Azərbaycana da təsir göstərəcək. Uçot faiz dərəcəsinin yüksəlməsi verilən kreditlərin faizlərini yüksəldir. Bu isə iqtisadiyyata ciddi şəkildə təsir göstərən amildir. Bu təsiri Azərbaycan da hiss edəcək. Çünki ölkə banklarının əksəriyyəti donor qurumlardan və təşkilatlardan dollarla aşağı faizli kreditlər götürürlər. Əvvəllər faiz aşağı olduğu halda, qiymətlər artıq qalxacaq. Bu, iqtisadi fəallığın azalmasına və məhsulların maya dəyərinin, satış qiymətinin artmasına səbəb olacaq. Adətən uçot dərəcəsinin qalxması enerji resurslarının daşıyıcılarında özünü göstərir və nəticədə bütün məhsullar bahalaşır.

– Ukraynada baş verən hadisələr qlobal təchizat zəncirlərinin vəziyyətini nə dərəcədə pisləşdirə bilər?

– Bu gün Kiyevin iqtisadiyyatı ciddi zərbələr altındadır və bu vəziyyət ətraf ölkələrə təsirsiz ötüşməyəcək. Rusiya da təcavüzkar siyasətinə görə dünya ölkələri tərəfindən arzuolunmaz dövlətə çevrilib. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar nəticəsində beynəxalq iqtisadi əlaqələri ciddi şəkildə zərbə alıb. Rusiyanın ölkəmizin əsas iqtisadi partnyoru olduğunu nəzərə alsaq, mövcud vəziyyət bizə də təsir edəcək. Artıq ilk işartılar hiss olunmağa başlayıb. Bu gün bazarlarda bəzi məhsulların qıtlığı yaranıb. Tələb-təklif qanununa əsasən, hansısa zəruri istehlak malının bazarda həcminin azalması onun qiymətinin avtomatik olaraq bahalaşmasına səbəb olur. Bu baxımdan istehlak məhsullarının qiymətlərinin yüksələcəyi proqnozlaşdırılır.

– Dünya bazarında neftin və enerji daşıyıcılarının qiymətləri yüksəlməkdədir. Uçot dərəcəsinin qaldırılması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

– Bahalaşmanın ilk işartılarına səbəblərdən biri budur ki, Rusiya-Ukrayna müharibəsi daşınmaz əmlak bazarına ciddi şəkildə mənfi təsir göstərir. Azərbaycanın dünya iqtisadiyyatının bir parçası olduğunu nəzərə alsaq, beynəlxalq aləmdə baş verən proseslər ölkəmizə birbaşa və ya dolayı yolla təsirini göstərir. Qeyd edim ki, Amerika iqtisadiyyatında inflyasiya proqnozlaşması yüksəlməkdədir. İnflyasiya yüksək olanda dolların alıcılıq qabiliyyəti aşağı düşür. Bu isə məhsulların dollarla alışında müəyyən problemlər yaradır. Ümumilikdə yaxın gələcəkdə Azərbaycanda və digər ölkələrdə inflyasiya yüksək həddə çatacaq. İnflyasiya yaradan amillərə valyutanın alıcılıq qabiliyyətinin itməsi və məhsul qıtlığı daxildir. Bu gün məhsul qıtlığı artıq yaşanır. Sanskiyalar müqabilində Rusiya ümumi ticarət bazarından kənarlaşmaq üzrədir. Bu gedişat dünya bazarındakı bir çox istehlak məhsullarının həcminin azalmasına səbəb olacaq. Azərbaycanda məsul şəxslər bu situasiyada əsasən sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrin əziyyət çəkməməsi üçün onların mənafeyini qorumaq istiqamətində tədbirlər görməlidir.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI