"Altun"dan ADA-ya - Mediamız necə dirçəlir?

18 mart, 2022 14:40

Bu gün Medianın İnkişafı Agentliyi ADA Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb. Məqsəd ADA Universiteti və MEDİA Agentliyi arasında müştərək layihələrin reallaşdırılması istiqamətində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, elmi-praktiki tədbirlərin həyata keçirilməsi, tələbələrin təcrübi biliklərinin artırılması, habelə media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkil edilməsidir.

Belə bir anlaşma həm universitet, həm də mediamız üçün müsbət perspektivlər vəd edir. Çünki ADA tələbələri təcrübələrini artıracaqlar, media üçün isə mütəxəssislər hazırlanacaq.

MEDİA-nın sələfi olan KİVDF və onun rəhbərliyinin fəaliyyəti ilə mövcud vəziyyəti müqayisə edəndə uçurum qədər fərq olduğu aydın olur. Bu fərq təkcə medianın inkişafında yox, həm də yanaşmasındadır. 

Keçmişdə medianı əllərində saxlayan və oyuncağa çevirənlərin üz tutduğu ünvan şadlıq sarayları idi. Məsələn, “Altun saray” və “Xəmsə” əsas ünvanlardan biri idi. 

Həbs olunan Vüqar Səfərlinin məhkəmə materialları da təsdiqlədi ki, məqsəd media üçün ayrılan dövlət vəsaitini şadlıq saraylarının menyusunda “əritmək” olub və buna da nail olurdular. 

Amma bu biabırçı vəziyyətə nəhayət ki, son qoyuldu və Prezident İlham Əliyevin dəstəyi ilə mediamızda da köklü islahatlara başlanıldı. 

Əvvəlcə cinayətkarlar layiqli cəzalarını aldılar, medianı “oylağa” çevirənlər bu sahədən kənarlaşdırıldı. Media ilə iş sahəsinə doğru, dürüst kadrlar gətirildi. Daha sonra MEDİA agentliyi yaradıldı və dövlətimiz tərəfindən qarşısına medianın inkişafı məqsədilə tapşırıqlar qoyuldu.

Agentlik qısa müddətdə medianı bataqlıqldan çıxarmağı bacardı. Dövlət dəstəyinin ədalətli bölünməsinə, peşəkar medianın fəaliyyətinə imkanların yaradılmasına artıq start verilib, mediada oliqarxlaşmış şəxslərin yenidən “hər şeyi qamarlamasının” qarşısı alınır. Peşəkar media ilə yanaşı, sıravi jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılmasından tutmuş yeni imkanların yaradılmasına qədər bir çox mühüm addımlar atılır.

“Media haqqında” qanunla Prezident İlham Əliyevin dəstəyi ilə başlanan islahatlarda ciddi nəticələr əldə edilir.

Reket jurnalistikanın böyük ölçüdə qarşısı alınır və bu, ən vacibi dövlətin təhlükəsizliyini təhdid edən informasiya axınının da önünün kəsilməsi deməkdir. Medianın tənzimlənməsində müasir dövrün tələbləri nəzərə alınır. Xüsusilə də, keçmişdə Əli Həsənovun yaratdığı xaos vəziyyəti aradan qaldırılır, onlayn media da dövlətin mediaya dəstək paketində yer alır.

MEDİA Agentliyinin həyata keçirdiyi ən ciddi islahatlardan biri də jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması təşəbbüsüdür. Bildiyimiz kimi, bununla bağlı hər şey qanunla təsbit olunub və jurnalistlərə ipoteka kreditinin verilməsi asanlaşdırılıb.

Bütün bunlar Prezident İlham Əliyevin mediaya dəstəyinin tərkib hissəsidir. Belə demək mümkünsə, dövlət başçısı MEDİA-nın təqdirəlayiq təkliflərini dəyərləndirərək, mediamızın inkişafında yeni cığır açıb.

MEDİA Agentliyinin yaradılmasından ötən bir ildə həyata keçirdiyi işlərin, layihələrin, islahatların sayı kifayət qədər genişdir. Lakin hədəf birdir: mediamızın dirçəldilməsi, peşəkarlaşması, beynəlxalq iformasiya məkanına çıxış imkanlarının artırılması.

Əli Həsənovun, Vüqar Səfərlinin zamanında şadlıq saraylarının menyularında batan jurnalistikamız bu gün ən nüfuzlu universitetlərin auditoriyalarına ayaq açır. ADA Universiteti ilə imzalanan son anlaşma memorandumu bunun əyani sübutudur. 

Bəli, “Altun”dan ADA-ya uzanan inkişaf yoluna qısa müddətdə nail olmaq da MEDİA Agentliyinin adına yazılan ən böyük uğurlardan olacaq.

Vasif Həsənli
“Demokrat.az” xəbər portalının baş redaktoru

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR