Rusiya ilə Ukrayna müharibəsi Azərbaycanı və bölgəni ac qoya bilərmi? - VİDEO

18 mart, 2022 23:18

Natiq Cəfərli: “Qiymətlərin kəskin artmasını insanlarımız yaxın zamanlarda hiss edəcəklər”

Rusiya-Ukrayna müharibəsinin ərzaq qıtlığı, bahalaşma ilə müşayiət olunacağı son günlərdə ən çox müzakirə olunan məsələdir.

TV Müsavatın efirində yayımlanan “Dərin Təhlil” verilişinin qonağı, iqtisadçı ekspert Natiq Cəfərli bu mövzu ilə bağlı maraqlı analitik çıxış edib. Musavat.com gözlənilən bahalaşma ssenariləri ilə bağlı N.Cəfərlinin fikirlərini təqdim edir.

N.Cəfərli: “Rusiya ilə bizim ticarət dövriyyəmiz keçən il 3 milyard dollar civarında idi. 2 milyard dollar biz Rusiyadan mal alırıq. 987 milyon dollar isə satırıq Rusiyaya. Satdığımız malların böyük əksəriyyəti isə kənd təsərrüfatı məhsullarıdır. Kənd təsərrüfatı məhsullarının 70 faizini Rusiyaya satırıq. Burda problem nədir? Satışda problem odur ki, bizim fermer neçəyə satacağını bilmir. Rubl o qədər oynaqdır ki, Rusiyada üç məzənnə rejimi var. Bir Mərkəzi Bankın rəsmi məzənnəsi, bir Mərkəzi Bankın və digərlərinin alış məzənnəsi, bir də qara bazar məzənnəsi var. Bizim fermerimiz öz pomidorunu neçəyə satacağını bilmir. Neçəyə satsın ki, ziyan etməsin.

O ki qaldı idxalımıza, bizim keçən il buğda idxalımız 1 milyon 140 min ton olub. Bunun 907 min tonu Rusiyadandır. Və bu, böyük rəqəmdir. Amma Rusiyadan da almaq sərfəli idi. Çünki ucuz idi. Yerdə qalan 200 mindən bir az yuxarısı Ukrayna və Qazaxıstanın payına düşürdü. İndi Ukrayna bazardan tam çıxıb. Ən azından bu il mümkün deyil. Rusiya da sentyabrın 9-a qədər uzatdılar idxalı. Bizə bu tarixə qədər taxıl satmayacaqlar. Nə baş verir? Azərbaycanın 260-270 günlük taxıl ehtiyatı var. Qazaxıstanla danışıqlar gedir, ordan daha baha qiymətə alacağıq. İnsanımız da hazır olmalıdır ki, taxılın qiyməti qalxdığı üçün un məmulatları və çörəyin qiymətində də artım olacaq. Bu, qaçılmazdır. Rusiya və Qazaxıstan taxılları arasında 70 dollar fərq var idi. İndi zatən taxılın qiyməti dünya bazarında qalxıb, bu da qiymətə təsir edəcək. Daha kritik vəziyyət bitki yağları ilə bağlıdır. Günəbaxan və qarğıdalı yağları dünya bazarında Rusiya və Ukrayna 58 faiz paya malikdir.

Az qala yarıdan çoxu iki ölkənin payına düşür. Bunu əvəz etmək çox çətindir. Qarğıdalı yağının bir başqa alternativ mənbəyi Latın Amerikasıdır, ordan gəlməsi çox bahadır. Bizim bazar onu həzm edə bilməz. Yağ məsələsində problem yaşayacağıq. Bizim yerli istehsalımız yox imiş yerli yağla bağlı. Marketlərdə yerli markaların adı var, amma adları var. Gəmilərdə gəlir, qablara doldururlur, etiket vurulur. Bu sahədə ciddi problem yaşayacağıq. Bitki yağında ay yarımlıq stok var. Taxıl ehtiyatı sahəsində 250-270 günlük stok var. Çörək, buğda məsələsi daha asan həll olunacaq məsələdir, nəinki yağ, süd məhsulları məsələsi, ət məhsulları, tikinti materialları. Qiymətlərin kəskin artmasını insanlarımız yaxın zamanlarda hiss edəcəklər”.

Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiz.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR