İlham Əliyevə təbrik məktubu - Bayden hansı mesajları verdi?

21 mart, 2022 13:13

ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. C.Baydenin İ.Əliyevə ünvanlanan təbrik məktubundakı fikirləri bir neçə mühüm istiqamətdə diqqət çəkir və Azərbaycanın qlobal əhəmiyyətli mövqeyini bir daha təsdiqləmiş olur.

Təbrikdə hansı mühüm məqamlar qeyd olunur:

- İki ölkə arasındakı diplomatik münasibətlərin qurulmasının 30 illiyinin vurğulanması. Bu 30 il ərzində regionda və dünyada inqilabi hadisələr baş versə də, bütün bunlar iki ölkə arasındakı strateji partnyorluğa xələl gətirməyib. 2001-ci ildə iki ölkə arasındakı iqtisadi-siyasi münasibətlər yeni və həlledici mərhələyə qədəm qoyub. 2010-ci ildən sonra ABŞ-Azərbaycan arasındakı münasibətlər hərbi, beynəlxalq təhlükəsizlik və iqtisadi-siyasi əlaqələri qlobal əhəmiyyətli hal alıb. Baydenin demək istədiyi budur: ABŞ-ın 30 il ərzində (1992-2022) Azərbaycanla pozitiv əlaqələr qurması onun strateji hədəfləri sırasında olub. Bundan sonrakı mərhələdə də ABŞ eyni mövqedədir və Azərbaycan hakimiyyəti ilə strateji partyorluğu davam etdirmək niyyətindədir.

- ABŞ Prezidenti Administrasiyasının Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəyinin qeyd olunması... ABŞ başa düşür ki, Ermənistan tamamilə Moskvanın orbitinə daxil olub. Qarabağdakı məğlubiyyətdən sonra Ermənistanın gələcək inkişafı da Azərbaycanın verəcəyi regional qərarlardan asılı olacaq. Gürcüstanda isə hələ də siyasi-iqtisadi sabitliyi, dayanqlılığı bərpa etmək mümkün olmayıb. Cənubi Qafqazda yeganə ölkə Azərbaycandır ki, tam siyasi sabitliyə və müstəqil siyasətə malikdir və iqtisadi dayanıqlıq dövlətin strateji planının əsas tərkib hissəsidir. Cənubi Qafqazda sülhün, demokratiyanın əsas təminatçısı bundan sonra da məhz Bakı ola bilər. Qarabağda terrorçuların zərərsizləşdirilməsi, ardınca qlobal əhəmiyyətli regioanl layihələrin işə düşməsi Azərbaycanın Cənubi Qafqazın həlledici dövləti olduğunu göstərir.

- İqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəklərinin vacibliyinin bildirilməsi. Şərqi Zəngəzur iqtisadi rayounun yaradılması, İranla bağlanan müqavilə, Qarabağın bərpası prosesinin sürətlə aparılması, Cənub-Qaz Dəhlizi çəriçivəsində Azərbaycanın əhəmiyyətli və alternativ mövqeyi, Şərqlə Qərbi birləşdirəcək layihələrin məhz Azərbaycanın təşəbbüsü ilə reallaşdırılması istiqamətində atılan praktiki addımlar ABŞ-ı başqa seçim qarşısında qoya bilməzdi. Rəsmi Vaşinqton anlayır ki, NATO-nun əsas hərbi və iqtisadi güclərindən olan Türkiyə Azərbaycanın əvəzsiz dostudur. Azərbaycanla hər hansı diplomatik skandala rəvac vermək, iqtisadi-siyasi əlaqələrin tormozlanmasını həyata keçirmək Türkiyənin də maraqlarının tapdanması demək olardı. Azərbaycana yönələn bütün təhdidlər həm də Türkiyəyə yönəlmiş olur, eləcə də Azərbaycana verilən dəstək həm də Türkiyənin mövqeyinin ifadəsi hesab olunmalıdır. Digər tərəfdən, Azərbaycan çoxşaxaəli, balanslaşdırılmış siyasət aparır və hərbi toqquşmalara qoşulmama mövqeyində olmaqla, sülhün-barışın tərəfindədir.

ABŞ Prezident Administrasiyası Azərbaycan hakimiyyəti ilə işləməkdə maraqlıdır və bu, Vaşinqtonun milli maraqları prizmasından da belə görünür. Heç şübhəsiz, qarşılıqlı əməkdaşlıq və yeni təşəbbüs meylləri ABŞ-Azərbaycan işbirliyinin yeni və daha perspektivli istiqamətlərini də formalaşdıra bilər.

Samir Feyruzov 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI