Nə Rusiya, nə də Ukrayna istəyinə nail oldu - Putinin məqsədi nədir? - ŞƏRH

29 mart, 2022 13:06

“Qısa zamanda Rusiya ilə Ukrayna arasında ilkin razılaşmalar olacaq”.

Bu sözləri keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bakupost.az -a açıqlamasında qeyd edib.

O, razılaşmalar üçün təşkil olunacaq görüşlərdə hansı məsələlərin müzakirə olunacağına diqqət çəkib:

“Onlayn rejimdə görüşlərin keçirildiyi haqda məlumatlar var. Nümayəndələr artıq gələcək ilkin razılaşmalar barədə fikir mübadiləsi aparırlar. Ukrayna rəsmiləri də bu görüşlərin müəyyən ölkələr vasitəsilə həyata keçirildiyini qeyd edib. Atəşkəsin bərpa olunması, qoşunların hansı hissələrə yerini dəyişməsi və çəkilməsi danışıqlar mövzusudur. Ukrayna 23 fevraldakı vəziyyətə qayıtmağı tələb edəcək. Amma Rusiya da görüşlər vaxtı öz tələblərini səsləndirəcək. Ukraynanın gələcək neytral statusu ilə bağlı ümumi fikirlərin səslənməsi də istisna deyil. Artıq hərbi əməliyyatlar barədə elə də önəmli məlumat yoxdur. Sanki nəyisə gözləyirlər. Rusiya Xarkov və Kiyev kimi şəhərləri mühasirəyə alıb, lakin ora hücum etməyə cəhd göstərmir”.

T.Zülfüqarov düşünür ki, ilkin razılaşmanı hər iki tərəf özünün qələbəsi kimi göstərəcək:

“Bu, siyasətçilərin adətidir. Amma müharibə geniş şəkildə Rusiyanın imicinə, iqtisadiyyatına, daxili siyasətinə ciddi zərbə vurur. Mən bunu dərin böhran adlandırıram. Müharibə nəticəsində Rusiyanı ciddi dəyişikliklər gözləyir. Hər iki ölkənin daxili qüvvələri qələbəni tənqid edəcək. “Razılaşmalar olacaqdısa, müharibə nəyə lazım idi?”, “Müharibədən öncə şərtləri qəbul edərdilər” kimi deyimlər olacaq. Müharibədə siyasi baxımdan nəsə əldə etmək mümkün olmadı. Burada mütləq siyasi günahkar olmalıdır. Biz də 30 ildir ki, məsələni həll etməyə cəhd edirdik, ermənilər imkan vermirdi. Amma biz buna nail olduq. Ukrayna isə bu müharibə nəticəsində öz istəklərinə nail ola bilmir, eləcə də Rusiya”.

Politoloq sülhməramlı missiyaların işə düşəcəyi ehtimallarından da danışıb:

“Ukraynada ATƏT-in müşahidəçi missiyası mövcud idi. Ukrayna Minsk qrupu çərçivəsində 3-4 ölkə ilə danışıqlar keçirib. Müşahidəçilər buradan əldə olunan razılaşmalara nəzarət edirdilər. Düşünürəm ki, hazırkı vəziyyətdə də bu strukturdan istifadə edəcək. Sülhməramlılar səviyyəsində nəzarətə Rusiyanın razı olacağına inanmıram”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR