Azərbyacanın bank sektorunda yeni problem - "Əksər bankların müxbir hesabları Rusiya banklarında olduğundan..."

04 aprel, 2022 17:37

"Rusiyanın bank-maliyyə sektoruna tətbiq olunan sanksiyaların, xüsusilə ölkənin 10-dək ən iri bankının SWIFT-dən uzaqlaşdırılmasının Azərbaycanın bank sektoruna təsirləri barədə analiz aparmaq çox çətindir".

Bu barədə iqtisadçı Rövşən Ağayev bildirib.

"Əsas səbəb odur ki, məlumat qıtlığı var. Ölkədə informasiya qapalılığı biznesin də canına hopub" - deyə, ekspert əlavə edib.

R.Ağayev qeyd edir ki, milli bank sektorumuzun Rusiyanın üzləşdiyi sanksiyalardan təsirlənməməsi imkansızdır: 

"Ən azından çox sadə səbəbdən ki, 3-5 bankı çıxmaq şərtilə yerdə qalan bütün bankların müxbir hesabları Rusiya banklarında idi. Səbəbinə gəldikdə, hələ 3-4 il əvvəl bank sektorunda işləyən 2 ayrı dostdan eşitmişdim ki, FATF tələblərinə uyğun gəlmədiyinə görə Azərbaycan banklarının əksər hissəsi Avropa və ABŞ banklarındakı müxbir hesabları aça bilmirdilər, hətta mövcud hesablar da bağlanırdı. Bizim bankların Rusiya banklarında müxbir hesabının olması o deməkdir ki, azərbaycanlı fiziki və hüquqi şəxslərin dünya ilə hesablaşmaları, VİSA və Mastercard kimi ödəmə kartlarından istifadə məhz Rusiyadakı müxbir hesablar sayəsində mümkündür. Yəni rus bankları vasitəçi bank kimi bizə ordakı müxbir hesablar üzərindən klirinq xidmətləri göstərir. Bildiyim qədər Azərbaycan bank sektorunda üstün paya malik banklardan yalnız Beynəlxaql Bankın bilavasitə Avropa və ABŞ banklarında müxbir hesabları var. Belə hesabları olan 3-4 bankın adı isə ölkənin bank sektorunda ən böyük paya malik olan ilk 5 bank arasında yoxdur".

R.Ağayev hesab edir ki, Rusiyaya qarşı sanksiyalar uzun sürərsə, Azərbaycanda banklararası müştəri axını başlayacaq. Onun sözlərinə görə, biznes və sadə vətəndaşlar dollar və ya avro hesablarından, həmçinin beynəlxalq ödəniş kartlarndan istifadə üçün ABŞ və Avropada müxbir hesabları olan bankları seçməyə çalışacaqlar.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR