Rusiya Qarabağda postlarının sayını artırdı - FOTOLAR

06 aprel, 2022 10:29

Rusiyanın “sülhməramlı” hərbi kontingentinin komandanlığı müvəqqəti(!) məsuliyyət zonası olan Azərbaycan torpaqlarında müşahidə postlarının sayını artırıb.

Bu, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı”lara aid bölmədə dərc edilmiş xəritələrdən bəlli olur.

Belə ki, diqqətlə müşahidə etdikdə məlum olur ki, 10 noyabr 2020-ci ildən bəri ilk dəfə olaraq “sülhməramlı”ların xəritələrində qeyd edilən müşahidə post və məntəqələrinin sayı artırılıb.

Aprelin 4-ü və 5-i tarixlərindəki xəritələri aprelin 2,3, 1-i və daha öncəki tarixli xəritələrlə müqayisə edəndə son 2 gündə “sülhməramlı”ların məsuliyyət zonasındakı müşahidə postlarının sayının 27-dən 33-ə qaldırıldığı aydın görünür.

Çox güman ki, bu, martın son günlərində Ağdam yaxınlığındakı Fərrux dağı ətrafında baş verən gərginliklə bağlı baş verib. 10 noyabr 2020-ci ildən bəri daim 1-ci və sonuncu 27-ci postlar Laçın rayonun “dəhliz” sahəsindəki Zabux və Ağanus kəndlərində olub. Ancaq aprelin 4-ü və 5-dəki xəritələrdə 1-ci post yerində qalsa da, sonuncu post artıq 33 nömrəsi ilə Ağanus kəndində yox, Xocalı rayonunun Fərrux kəndi yaxınlığındakı Pirlər kəndi ərazisində yerləşib. Laçın rayonunun Ağanus kəndindəki 27-ci post da yerində qalıb. Ancaq 4 aprel tarixində həmin kənd yaxınlığına 28-ci post da salınıb. Ayın 5-də isə Ağanus kəndinin adı xəritədə iki dəfə qeyd edilib. Bu təsadüfi texniki səhv sayıla bilməz. Çünki Ağanus kəndi Qubadlı-Laçın yolu üzərindəki Turşsu  bulağı yaxınlığındakı aşağı(bəzi mənbələrdə həmin hissə Turşsu kəndi də adlanır) və Şuşa rayonunun Aşağı Qaladərəsinə yaxın olan yuxarı hissələrdən ibarətdir. Ağanus kəndinin şimal hissəsinin yaxınlığında isə 1782 metr hündürlüyündəki strateji Ağdaş yüksəkliyi yerləşir. Öncəki yazılarımızda qeyd etdiyimiz kimi, həmin yüksəklikdən Şuşa rayonunun hazırda ermənilərin məskunlaşdığı Aşağı və Yuxarı Qaladərəsi, eləcə də Salatınkənd(Sarıbaba), Göytala kəndlərinə, həmçinin Şuşa-Laçın və Qubadlı-Laçın yollarına nəzarət etmək mümkündür. 10 noyabr razılaşmasına əsasən həmin yüksəklikdə Azərbaycan ordusunun postu yerləşdirilib və orada “Azersel” rabitə qülləsi quraşdırılıb. Ötən bir il 4 ay ərzində erməni mediasında yayılmış məlumatlara görə, Aşağı Qaladərəsindəki haylar  dəfələrlə Rusiya hərbçilərinə guya sözügedən Ağdaş yüksəkliyindəki Azərbaycan hərbçiləri tərəfindən onlara qarşı təhlükə yaranması haqda müraciətlər ediblər. Yəni onların məqsədi həmin yüksəklikdə Rusiya hərbçilərinin yerləşdirilməsi olub. 44 günlük müharibə zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan Rusiyanın “WarGonzo” layihəsinin jurnalisti Semyon Peqov da Aşağı Qaladərəsinə gələrək separatçı ermənilərin istəyinə uyğun eyni hədyanları təkrarlamışdı. Qeyd edək ki, Aşağı Qaladərəsi kəndində Rusiya hərbçilərinin yerləşməsi dəqiqdir. Oradan bir neçə dəfə bunu təsdiq edən görüntülər də yayılıb.

Bəs Rusiya ordusunun  digər əlavə 4 postu Azərbaycanın hansı məntəqələrində yerləşdirirlib? 

Xəritələr üzrə araşdırmalardan bəlli olur ki,  Şuşa rayonunun  təxminən Sarıbaba(Salatınkənd) kəndi ərazisindəki 3-cü postdan əlavə, ermənilərin istədiyi kimi “Lısaqor” olaraq qeyd edilmiş Turşsu qəsəbəsi yaxınlığındakı “eyniadlı” Keçəldağ yüksəkliyində(2214 m) 29-cu post qoyulmuş, aprelin 5-dəki xəritədə isə Kiçik Kirs zirvəsi(2346 m) istiqamətində daha bir məntəqə qeyd olunmuşdur.

Rusiya  ordusunun 30-cu postu Tərtər rayonunun Çardaqlı və Lüləsaz kəndləri istiqamətində, 31-ci post isə Göyarx kəndi yaxınlığında yerləşdirilib. Nəhayət, 32-ci postun Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində yerləşdiyi məlum olur.

Beləliklə,  aydın olur ki, Rusiya “sülhməramlı” kontingenti heç bir rəsmi açıqlama vermədən Azərbaycan ərazisindəki müşahidə postlarının sayını 27-dən 33-ə qaldırıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR